Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-494/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X24 oğlunun sədrliyi, X13 qızının katibliyi ilə, İddiaçı Cavabdehə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehə qarşı “mənzildən istifadəyə yaranmış maneənin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 127.6 kv.m sahəsi olan 45 saylı mənzildən iddiaçının istifadəsinə yaranmış maneənin aradan qaldırılmasına və əmlakın iddiaçının mülkiyyətinə verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 avqust 2006-cı il tarixdə "xxxx" MTK ilə N 025 BP saylı müqavilə imzalamışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında hər biri 127.6 kv.m olan iki yaşayış sahəsinin tikilib iddiaçıya təhvil verilməsi razılaşdırılmışdır. Həmin müqaviləyə əsasən mənzillərin ümumi dəyəri 80.500 (səksən min beş yüz) ABŞ dolları təşkil edirdi. Eyni tarixdə yuxarıda qeyd olunan müqavilə çərçivəsində 45 saylı mənzilə dair Y 025 (A) BP saylı və 40 saylı mənzilə dair Y 025 (B) BP saylı iki müqavilə imzalanmışdır. 08 avqust 2006-cı il tarixdə iddiaçı həmin şirkətə bu iki mənzilə görə 100000 (yüz min) ABŞ dolları məbləğində vəsait ödəmiş və bu məqsədlə onlar arasında Borc öhdəliyi imzalanmışdır. İddiaçı 18 dekabr 2009-cu il tarixdə 40 saylı mənzilə dair müqavilədən imtina etməsinə dair notarial qaydada ərizə vermiş və həmin mənzil xx.xx.2010-cu il tarixli Y 025 (B) BP saylı müqaviləyə əsasən X8 adına rəsmiləşdirilmişdir. Həmin müqavilənin də 2.1-ci maddəsinə əsasən evin dəyəri olan 79750 (yetmiş doqquz min yeddi yüz əlli) manat məbləğində vəsait alıcı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ödənilməli idi. xx.xx.2007-ci il tarixdə iki ev üçün ödənilməli olan qalıq məbləği, yəni 40500 ABŞ dolları məbləğində vəsaiti X11 Alem SC vasitəsi ilə ödəmişəm. İddiaçı Azərbaycan Respublikasının ərazisinə çox gec-gec gəldiyindən, evin yoxlanılması ilə atası, yaxud qardaşı məşğul olurdu, atası Rusiya Federasiyasında, qardaşı isə Qazaxıstanda yaşadığından onlar da nadir hallarda mənzilə baş çəkə bilirdilər. Lakin buna baxmayaraq, onlar tərəfindən binanın kommunal ödənişləri iddia ərizəsi verilən günədək tam ödənilmişdir. 2018-ci ildə atası mənzilə baş çəkməyə gələrkən özündə olan açarla qapını aça bilməmiş və bu barədə binanın komendantına məlumat vermişdir. Komendant qıfılı daha keyfiyyətlisi ilə əvəz etdiyini və narahatçılığa əsasın olmamasını bildirmişdir. Bundan sonra mənzilə dair bütün kommunal ödənişləri də atasından qəbul etmişdir. 2023-cü ildə qardaşı növbəti dəfə mənzilə baş çəkmək istəyərkən iddiaçının adına mənzil olmadığını bildirmişlər. Səbəbi kimi isə qeyd etmişlər ki, o, öz mənzilindən notarial qaydada MTK-nın xeyrinə imtina edib, mənzili onlara bağışlamış, halbuki, iddia kökündən yanlışdır. Yuxarıda qeyd olunduğu kimi dəyəri iddiaçı tərəfindən ödənilmiş və onun istifadə və sahibliyinə, müqavilə şərtlərinə əsasən, həmçinin, mülkiyyətinə verilməli olan əmlaka olan hüquqlarının həyata keçirilməsinə maneələr yaradılır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-cu ilin fevral ayında müqavilə üzrə icra müddəti bitmişdir. Belə olan halda iddiaçı tərəfindən həm müqavilə tələbləri üzrə iddia müddəti (6 il), həm də ümumi iddia müddəti (10 il) artıq 5 ildən çoxdur ki, ötürülmüşdür. Hazırkı iş üzrə sübutların toplanması uzun müddət əvvəl olduğundan, onların etibarlılığı şübhə altındadır. İddia müddəti keçdiyinə görə sübutlar artıq mötəbərliyini itirmişdir, belə olan halda hadisə və şəraitin dəqiq təsviri mümkünsüz olur. Bu səbəbdən iddia müddəti tətbiq olunmalıdır. İddia tələbinin dəqiqləşdirilməsinə dair iki ərizə verilmiş, xx.xx.2025-ci il tarixdə verilmiş sonuncu ərizə ilə Cavabdeh MTK-dan 290.000 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının və cavabdehin vəkilləri-nümayəndələri ərizələr göndərmiş, iddiaçının vəkili-nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini; cavabdehin vəkili-nümayəndəsi isə iclasın təxirə salınmasını xahiş etmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Belə ki, əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçı və onun vəkilinümayəndəsi iddianı müdafiə edib bildirmişlər ki, tərəflər arasında 45 saylı mənzilə dair bağlanmış müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilərək müvafiq pul məbləği və illər üzrə kommunal ödənişlər cavabdeh MTK-ya ödənilsə də, MTK iddiaçı və həyat yoldaşı tərəfindən verilmədiyi ekspert rəyi ilə təsdiqlənən ərizələrə əsaslanaraq həmin mənzili başqa şəxsə də satmışdır. 2019-cu ilədək vaxtaşırı iddiaçının atası mənzilə baş çəkmiş, pandemiya dövründə və ondan sonra isə səhhəti ilə əlaqədar gələ bilməmiş, 2023-cü ildə iddiaçının qardaşı gələndə bu məsələlərdən məlumatı olmuş, buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və vəkilinümayəndəsi mənzilin hazırkı mülkiyyətçisinin vicdanlı alıcı olması səbəbindən, həmin mənzilin dəyərini təşkil edən 290.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdehin vəkillərinümayəndələri iddianı qəbul etməyib bildirmişlər ki, iddiaçı və həyat yoldaşı 2011-ci ildə ərizə göndərərək, mənzildən MTK-nın xeyrinə imtina etdiklərini bildirdiklərindən, MTK haqlı olaraq 2020-ci ildə mənzili başqa şəxsə satmışdır. İddiaçının mənzilə görə pulu MTK-nın hesabına deyil, təsisçinin şəxsi hesabına köçürdüyünü qeyd edib, cavabdehin buna görə məsuliyyət daşımadığını əlavə etmişlər. Həmçinin, iddiaçının daşınmaz əmlakla bağlı 6 illik iddia müddətini və hətta 10 illik ümumi iddia müddətini ötürdüyünü bildirib, buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə ərizələrə nəzər salıb, tərəflərin əvvəlki məhkəmə iclaslarındakı izahatlarını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Cavabdeh MTK ilə X22 arasında bağlanmış borc öhdəliyi adlı xx.xx.2006-cı il tarixli sənəddən görünür ki, X22 Cavabdeh MTK-nın direktoru X3 xx.xx.2006-cı il tarixdə 100.000 ABŞ dolları məbləğində pulu vermişdir. Verilən pulu geri tələb edəndə 3 ay əvvəlcədən MTK-nı yazılı surətdə xəbərdarlıq etməyi öhdəliyinə götürmüş və bu müddətdən sonra pulun ona 2 ay ərzində geri ödənilməsinə etiraz etməmişdir. Cavabdeh MTK-nın direktoru X5 xx.xx.2006-cı il tarixdə 100.000 ABŞ dolları məbləğində pulu X10 almışdır. Cavabdeh MTK ilə X18 arasında bağlanmış yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə xx.xx.2006-cı il tarixli Y 025 (A) BP nömrəli müqavilədən görünür ki, X18 C.Məmmədquluzadə küçəsi, ev 998 ünvanında yerləşən yaşayış evinin tikintisinin sərmayələşdirilməsində iştirak edir, Cavabdeh MTK isə yaşayış evi istifadəyə verildikdən sonra 45 saylı mənzilin, ümumi sahəsi 127,6 kv.m. olan, o cümlədən 3 otaqlı mənzilin X17 verilməsini öhdəsinə götürür. X18 göstərilən mənzillərə görə ödənişi 2 №-li əlavə ilə ödəyir. Göstərilən mənzilin 1 kv.m. = 625 (altı yüz iyirmi beş) ABŞ dolları dəyərində qiymətləndirilir. 127,6 kv.m. tam məbləği 79.750 (yetmiş doqquz min yeddi yüz əlli) ABŞ dolları təşkil edir. Cavabdeh MTK ilə X18 arasında bağlanmış yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə xx.xx.2006-cı il tarixli Y 025 (B) BP nömrəli müqavilədən görünür ki, X18 C.Məmmədquluzadə küçəsi, ev 998 ünvanında yerləşən yaşayış evinin tikintisinin sərmayələşdirilməsində iştirak edir, Cavabdeh MTK isə yaşayış evi istifadəyə verildikdən sonra 40 saylı mənzilin, ümumi sahəsi 127,6 kv.m. olan, o cümlədən 3 otaqlı mənzilin X17 verilməsini öhdəsinə götürür. X18 göstərilən mənzillərə görə ödənişi 2 №-li əlavə ilə ödəyir. Göstərilən mənzilin 1 kv.m. = 625 (altı yüz iyirmi beş) ABŞ dolları dəyərində qiymətləndirilir. 127,6 kv.m. tam məbləği 79.750 (yetmiş doqquz min yeddi yüz əlli) ABŞ dolları təşkil edir. İddiaçıyeviç tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş xx.xx.2011-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2006-cı il tarixli 25 BP saylı müqavilədən yaranmış və ya yaranacaq, Altes Park, Qüllə A, mərtəbə 11 yaşayış kompleksində yerləşən, təxmini ümumi sahəsi 126,7 kv.m. olan 45 saylı mənzilə dair hüquqlarından Cavabdeh şirkətinin xeyrinə imtina etmiş, ərizənin predmeti və sözügedən müqavilə ilə bağlı həmin şirkətə heç bir iddiası olmadığını bildirmişdir. X9 tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş xx.xx.2011-ci il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı İddiaçıyeviçin xx.xx.2006-cı il tarixli 25 BP saylı müqavilədən yaranmış və ya yaranacaq, Altes Park, Qüllə A, mərtəbə 11 yaşayış kompleksində yerləşən, təxmini ümumi sahəsi 126,7 kv.m. olan 45 saylı mənzilə dair hüquqlarından Cavabdeh şirkətinin xeyrinə imtina etməsinə razılıq vermiş, həyat yoldaşına və sözügedən müqavilə ilə bağlı həmin şirkətə heç bir iddiası olmadığını bildirmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 125,70 m2 olan 45 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, giriş 2, M11, m5) xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Notarius X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2011-ci il tarixli 1-122 nömrəli reyestr üzrə X15 adına notariat hərəkəti Moskva şəhəri notariusu X6 tərəfindən təsdiq edilməmişdir. “Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Respublika Dövlət Qurumunun X17 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sərhəd Xidmətinin İnformasiya Sisteminin məlumatlarına uyğun olaraq, onun 1 yanvar-31 dekabr 2011-ci il tarixləri arasında Qazaxıstan Respublikasının dövlət sərhədini keçdiyi faktlar müəyyən edilməyib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilərək məhkəməyə təqdim edilmiş balanssaxlayıcısı Cavabdeh MTK olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi (küçənin sənəddəki adı – C.Məmmədquluzadə, 998-ci məhəllə), ev 20, mənzil 45 ünvanına dair arxiv sənədlərinin təsdiq edilmiş surətlərindən görünür ki, sözügedən mənzil Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışı və protokoldan çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə ilkin olaraq X2, notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1, başqa bir alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/2029 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 231-ci vərəqində olan xx.xx.2011-ci il tarixli ərizədə “V” qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 125 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında 11-ci mərtəbədə yerləşən 125,7 kv.m. sahəsi olan 45 saylı mənzilin təmirsiz vəziyyətdə bazar dəyəri 289.000 manat, təmirli vəziyyətdə bazar dəyəri təmir xərci istifadə olunan tikinti materiallarından və dizayn formalarından asılı olaraq 307.900 manatla 377.000 manat aralığında təşkil edir. MMC-nin həmin tarixli məktubundan görünür ki, xidmət haqqı 300 manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh MTK ünvan 4 ünvanında (yeni qaydalarla küçə adı dəyişmişdir) inşa etdiyi yaşayış evini istifadəyə verdikdən sonra 45 saylı, ümumi sahəsi 127,6 kv.m. olan 3 otaqlı mənzili İddiaçıyeviçə verməyə dair öhdəlik götürmüşdür. İddiaçı mənzilin dəyərini ödəsə də, cavabdeh 2020-ci ildə başqa bir şəxsə həmin mənzilə dair maliyyə arayışı və protokoldan çıxarış vermiş, həmin şəxs isə mənzilə dair dövlət reyestrindən çıxarış almış və bundan sonra mənzil alqısatqı müqavilələri əsasında müvafiq qaydada başqa şəxslərin adlarına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının və həyat yoldaşının 2011-ci ildə notarial qaydada təsdiqlənmiş ərizələr verərək, mənzildən cavabdehin xeyrinə imtina etdiklərini bildirsə də, həmin ərizədəki imzanın iddiaçıya məxsus olmaması məhkəmə araşdırmaları zamanı əldə edilmiş ekspert rəyi ilə mübahisəsiz olaraq müəyyən edilmişdir. Cavabdeh iddiaçının mənzilə görə pulu cavabdehin hesabına deyil, təsisçinin şəxsi hesabına köçürdüyünü mübahisələndirmiş, lakin bu dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh iddiaçının nəinki 6 illik xüsusi iddia müddətini, o cümlədən 10 illik ümumi iddia müddətini ötürdüyünü bildirərək, iddianın təmin edilməməsini xahiş etmiş, iddiaçı isə pandemiyaya qədər atasının vaxtaşırı mənzilə baş çəkərək, kommunal xərcləri komendanta ödədiyini, lakin mənzilin 2020-ci ildə başqa şəxsə satılmasından həmin vaxt pandemiya olması səbəbindən ölkəyə gələ bilmədiklərinə görə yalnız 2023-cü ildə qardaşı gələn zaman xəbər tutduğunu, buna görə də həmin vaxt iddia ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində "xxxx" MMC-dən əldə edilmiş ekspert rəyi ilə mənzilin bazar dəyərinin 289.000 manat (təmirsiz) və 307.900-377.000 manat (təmirli) aralığında olması müəyyən edilmişdir. c) Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçının tələbini əsaslandırdığı hallar müvafiq mötəbər sübutlarla təsdiq edilməklə, cavabdehin etirazının dəlilləri məhkəmə araşdırmaları zamanı heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, iddia təmin edilməlidir. Belə ki, aralarında bağlanmış müqavilədə iddiaçıya verilməsi nəzərdə tutulmuş, iddiaçı tərəfindən dəyəri ödənilmiş mənzili başqa şəxsə satan cavabdeh iddiaçını mülkiyyətindən məhrum etmiş, lakin ona ədalətli kompensasiya ödəməmişdir. Cavabdeh iddiaçının və həyat yoldaşının notariat qaydasında ərizə verərək, mənzildən onun xeyrinə imtina etdiklərini bildirsə də, məhkəmə araşdırmaları zamanı həmin ərizənin iddiaçı tərəfindən verilməməsi məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Beləliklə, iddiaçının dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmış, lakin cavabdehin etirazının heç bir dəlili onun tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh iddiaçının iddia müddətini ötürdüyünü iddia etsə də, məhkəmə hazırkı iddia tələbini Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş, iddia müddətinin şamil edilmədiyi tələb kimi qiymətləndirdiyindən, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməməli olması qənaətinə gəlir. Cavabdehin “iddiaçının mənzilin dəyərini təsisçiyə ödəməsi və s.” digər barədə dəlilləri də formal şifahi mülahizələrdən ibarət olduğundan, məhkəmə tərəfindən əsassız sayılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, əsassız hərəkətləri ilə iddiaçını mülkiyyət hüququndan məhrum edən cavabdeh müvafiq mənzilə görə ədalətli kompensasiya məbləğini iddiaçıya ödəməyə borclu olmuşdur. İş materiallarında olan ekspert rəyini əsas götürən məhkəmə şəhərin mərkəzi küçələrindən birində yerləşən plazada olan, sahəsi 127,60 m2 olan mənzilə görə iddiaçının tələb etdiyi 290.000 manat məbləğində pulu ədalətli kompensasiya kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə görə, cavabdehdən 290.000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilməyən tələblərdir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1-443.3. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101.7, 103.1. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdehdən 290.000 manat məbləğində pul tutularaq İddiaçıya verilməli, iddia təmin edildiyindən, ödənilməli məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 290.000 (iki yüz doxsan min) manat məbləğində pul tutularaq İddiaçıyeviçə verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 125 (bir yüz iyirmi beş) manat məbləğində pul Cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22); mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pul Cavabdeh MənzilTikinti Kooperativindən alınaraq "xxxx" MMC-nin hesabına (Uniprice MMC, VÖEN: **********, İBAN: AZ77AİİB400600C**********218, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, Kod: 201296, SWİFT: AİİBAZ2XXXX) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X25
Məhkəmə qərarları › İş №2(006)-494/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-494/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver