Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4945/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Nəsimi RİH Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon İcra Hakimiyyətini (Qəyyumluq və Himayəçilik Komissiyasını) maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, 13.01.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 1996-cı ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qardaşı üzərində onun, yəni xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə dəqiqləşdirmə verilərək, 13.01.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 1996-cı ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 13.01.1982-ci il təvəllüdlü X10 Ərizəçi qardaşıdır. Onların valideynləri X11 və X9 vəfat etmişlər. Valideynləri vəfat etdiyi gündən etibarən ərizəçi ilə X10 ünvan 1 ünvanda birlikdə yaşamışlar. X10 1996-cı ildən RƏXD-də «Ağır dərəcəli Oliqofreniya-idiotiya» diaqnozu ilə qeydiyyatdadır. Daim həkim nəzarəti altındadır. Mütəmadi olaraq «Aminazin», «Carbomazepin» imtiyazlı dərman preparatları ilə təmin olunur. X1 anadangəlmə qüsurlar olmuş və 04.09.1998-ci il tarixdə ona İ qrup əlillik təyin edilmiş və bununla bağlı 143148 nömrəli vəsiqə verilmişdir. Məlum olduğu kimi, «Ağır dərəcəli Oliqofreniya-idiotiya» diaqnozu qoyulmuş pasiyentlərə nəyi isə öyrətmək mümkün deyil. Onlar danışa bilmir, hərəkətləri yöndəmsiz olur. Emosiyaları narazılıq və məmnunluq hissləri ilə məhdudlaşır. Əqli geriliyin bu formasından əziyyət çəkən uşaqların daim nəzarətə ehtiyacları var və onlar xüsusi müəssisələrə yerləşdirilirlər. Hazırda ərizəçinin qardaşı 13.01.1982-ci il təvəllüdlü X1 olan bu problemə görə bacısı Ərizəçi qardaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olmadığından onun əməllərinə görə qəyyumu kimi adından çıxış edə bilmir. Bununla bağlı Nəsimi RİH Qəyyumluq və Himayəçilik Komissiyasına şifahi olaraq müraciət etməsinə baxmayaraq, onlar bunun yalnız məhkəmə qaydasında mümkün olacağını bildirmişdir. Bu səbəbdən də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 13.01.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə və qardaşı üzərində xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi qəyyum təyin edilməsi barədə qətnamə qəbul olunmalıdır. Mülki Məcəllənin 28.8, 34.2, 35.2, 35.3-cü maddələrinə; MPM-nin 305.1.3, 317.2, 317.3, 318.2-ci maddələrinə istinad edən ərizəçi tərəf həmçinin qeyd etimişdir ki, ərizəyə əlavə olunmuş tibbi sənədlərdən və X7 qoyulmuş diaqnozdan aydın olur ki, o, öz hərəkətlərinin mənasını anlaya bilmir və mütəmadi olaraq nəzarətdə olmağa və qulluğa ehtiyacı vardır. Həmçinin ərizəçi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edilərək, X7 İ qrup əlillik təyin edilməsinə əsas olmuş sənədlərin surəti tələb edilmişdir. Bu barədə sorğuya cavab veriləcəyi təqdirdə ərizəçi tərəfindən məhkəmə iclası zamanı təqdim ediləcəkdir. MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizəyə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən aydın olur ki, ərizəçi və 13.01.1982-ci il təvəllüdlü X10 bacı qardaşdırlar. Ölüm haqqında şəhadətnamələrdən aydın olur ki, onların valideynləri vəfat etmişlər və başqa yaxın qohumları yoxdur. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə (Qəyyumluq və Himayəçilik Komissiyası) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi 13.01.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 bacısıdır. İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə tanış olduqdan sonra, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli 2(006)-4945/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 01.10.2021-ci il tarixli 2290 saylı ekspert rəyindən görünür ki, X3 imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən Kəskin imbesillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən göründüyü kimi, X2 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X10 1996-cı ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13.01.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 1996-cı ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4945/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4945/2021
17.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver