Məhkəmə qərarları › İş №2(006)-4947/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4947/2024

04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - KİV-in tərəf olduğu şərəfin, ləyaqətin və işgüzar nufuzun müdafiəsi üzrə işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4947/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər “Cavabdeh1”, “Cavabdeh4”, Cavabdeh2, Cavabdeh3, Sumqayıt rəsmi xəbər və “Baku ws.official”a qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər “Cavabdeh1”, “Cavabdeh4”, Cavabdeh2, Cavabdeh3, Sumqayıt rəsmi xəbər və “Baku ws.official”a qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş formasına və məzmununa riayət edilməmiş, yəni cavabdeh qismində cəlb edilmiş şəxslərin eyniləşdirilməsinə imkan verən məlumatlar (media subyektinin adı, VÖEN-i, domen adının sahibi, məsul redaktorun soyadı, adı və atasının adı, onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan və əlaqə vasitələri) iddia ərizəsində göstərilməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən yalnız Cavabdeh2 MMC və Cavabdeh3 MMC olması müəyyən edilsə də, “Cavabdeh1”, “Cavabdeh4”, Sumqayıt rəsmi xəbər və “Baku ws.official” adında hüquqi şəxslərin olması aşkar edilməmişdir. Halbuki, 3* dekabr 2*21-ci il tarixdə qəbul edilmiş “Media haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 1.1 bənd və 1.1.3-cü yarımbəndində qeyd edilmişdir ki, media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir; 18.1-ci maddəsinə əsasən, media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. 25.1, 25.1.3-cü maddəsinə görə, media subyektlərinin bir növü onlayn media subyektidir. 6*.1-6*.3-cü maddəsinə əsasən, onlayn medianın subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər. Onlayn media subyekti özünün veb-saytında aşağıdakı məlumatları göstərməlidir: - adı; - VÖEN-i; - domen adının sahibi; - məsul redaktorun soyadı, adı və atasının adı; - onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan və əlaqə vasitələri. Həmin məlumatlar onlayn mediada “əlaqə” başlığı altında və istifadəçilərin ana səhifədən birbaşa daxil ola biləcəkləri şəkildə göstərilməlidir. 73.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, yuxarıda adı qeyd edilən cavabdehlərdən yalnız “Cavabdeh1” media redaksiyası Media Reyestrinə daxil edilmiş (https://reyestr.media.gov.az/Home/Search), digərləri (“Cavabdeh4”, Sumqayıt rəsmi xəbər və “Baku ws.official”) barədə isə media reyestrində məlumat tapılmamışdır. Lakin iddia ərizəsində cavabdeh qismində media subyekti olan fiziki və ya hüquqi şəxs deyil, xəbər saytları cəlb edilmişdir. Deməli, iddiaçıya düzgün cavabdehləri müəyyən etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə hazırki ərizə geri qaytarılmalıdır (xəbər saytları fiziki və hüquqi şəxslər olmadığından, onlar məhkəmədə cavabdeh ola bilməzlər). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2, 149.2.2-149.2.3, 149.2.5-ci maddələrinə müvafiq olaraq, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1, 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinə əlavə edilmiş 24.*9.2*24-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 7* manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər “Cavabdeh1”, “Cavabdeh4”, Cavabdeh2, Cavabdeh3, Sumqayıt rəsmi xəbər və “Baku ws.official”a qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 7* (yetmiş) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: 15781*27*4). İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar