Məhkəmə qərarları › İş №2(105)-1586/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1586/2023

21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - KİV-in tərəf olduğu şərəfin, ləyaqətin və işgüzar nufuzun müdafiəsi üzrə işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1586/2023 21.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlunun və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yalan məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 Şabran Rayon Məhkəməsinə verdiyi etiraza Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun barəsində sosial şəbəkələrdə və «7Times» saytında yaydığı yalan məlumatı həmin yayım kanalı vasitəsi ilə təkzib etmələri barədə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, hər birindən 5000 manat ümumilikdə 10000 manat mənəvi ziyanın və ödədiyi 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə hakimə etiraz etmə barədə ərizə ilə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hal-hazırda işə baxan hakim Çingiz İsgəndərovun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardır. Belə ki, hazırki iş üzrə iddiaçı Şabran rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri vəzifəsində işləyir. İddiaçı fiziki şəxs kimi iddia qaldırsa da, yekun Şabran rayon İcra Hakimiyyətinin vəzifəli şəxsidir. Düzdür hazırki iş inzibati iş olmasa da, qanunla vətəndaşlarla inzibati orqanlar arasında olan inzibati xarakterli işlərə haqlı olaraq inzibati orqanların yerləşdiyi yerdən kənarda yerləşən inzibati məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Göründüyü kimi Şabran rayon İcra Hakimiyyətinin Şabran rayon məhkəməsinə hazırki iş üzrə təsir etmə ehtimalı vardır və nəticədə məhkəmə prosesi Şabran rayon məhkəməsi hakiminin obyektiv qərar qəbul etməməsi ilə nəticələnə bilər. Ona görə də, hazırki proses üzrə hakim Çingiz İsgəndərovun ədalətli qərar qəbul etməsinə şübhə ilə yanaşır, işə onun tərəfindən baxılmasına etiraz edir və etirazını baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(031)-485/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yalan məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi barədə mülki iş üzrə Cavabdeh2 Şabran rayon hakiminə etdiyi etiraz baxılıb həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası etiraza tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-21.4-cü maddələrinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Etiraz etmə və ya öz-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını subut etməlidir. Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir. «Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 5.3-cü bəndində göstərilir ki, bütün məhkəmə tərkibinə etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir. Həmin qərarın 5.4-cü bəndinə görə isə etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad (qərar) qəbul etməklə baxılmamış saxlanılır. Etiraz ərizəsindən görünür ki, cavabdeh Ağayev X1 Rayon Məhkəməsinə etiraz versə də, etirazın əsaslarını konkret olaraq göstərməmişdir. Etirazın əsasını onun heç bir sübuta əsaslanmayan subyektiv mülahizələri təşkil edir və həmin təktərkibli məhkəmənin hakiminin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsaslar yoxdur. Ona görə də cavabdehin verdiyi etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 21-22 və 263-264cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 tərəfindən təktərkibli Şabran Rayon Məhkəməsinin hakiminə edilmiş etiraz təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yalan məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar