Məhkəmə qərarları › İş №2(031)-485/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-485/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - KİV-in tərəf olduğu şərəfin, ləyaqətin və işgüzar nufuzun müdafiəsi üzrə işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-485/2023 16.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdehlər X8 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “yalan məlumatların təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə X6 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər X8 və Cavabdeh2 onun barəsində sosial şəbəkələrdə və " 7Times" saytında yaydığı yalan məlumatı həmin yayım kanalı vasitəsi ilə təkzib etmələri, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, hərəsindən 5000 manat ümumilikdə 10000 manat mənəvi ziyanın və ödədiyi 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixindən Şabran rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və Vətəndaşlarla iş şöbəsinin müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində Şabran rayon sakinləri X8 və Cavabdeh2 "7 times" saytına verdikləri videoreportajda ona böhtan ataraq, şərəf və ləyaqətini alçaldaraq, onun narkotik vasitələrindən istifadə etdiyini bildirmişlər. Öz çıxışlarında onun guyaki, İcra Hakimiyyəti binasında narkotik çəkməyini, qız gəlin gələndə onlar ilə kobud rəftar etməyini, narkoloji dispanserdən keçməyini bildirmişlər. Bununla onun işgüzar nüfuzuna xələl gətirmişlər. Bundan əlavə Cavabdeh1 ilə Cavabdeh2 təşkilatlanmış halda Respublikanın hüquq mühafizə orqanlarına onun barəsində yuxarıda qeyd edilən cümlələrdən istifadə edərək, işgüzar nüfüzunu alçaldan şər və böhtan xarakterli həqiqətə uyğun olmayan məlumatlar yaymışlar. Hər ikisinin müraciətinə Şabran rayon Prokurorluğunda baxılmışdır və hər ikisinə müraciətlərin həqiqəti əks- etdirməməsi barədə müvafiq məlumatlar verilmişdir. Onların ona qarşı belə yalan məlumatları yaymaları, onda və ailə üzvlərində psixoloji sarsıntılar yaratmışdır və onlar mənəvi iztirab keçirmişlər. O, onlardan bu hərəkətlərinə son qoymalarını xahiş və tələb etsə də, onlar onun sözlərinə əhəmiyyət verməmişlər. Onların bu hərəkətlərinin sosial şəbəkələrdə davam etdirmələri onu məhkəməyə müraciət etmə məcburiyyəti yaradır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, ilk növbədə bildirir ki, 2020-ci ilin oktyabr ayının 1-i vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq döyüş bölgəsinə göndərilmişdir. Həmin vaxtlarda könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə-Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə" medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Müharibə veteranıdır. Hazırki iş üzrə iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim edir və bildirir ki, 09 mart 2023-cü il tarixində saat 14-10-da qəbula düşmək üçün Şabran rayon İcra Hakimiyyətinin inzibati binasına yaxınlaşmışdır. Şabran rayon İcra Hakimiyyəti Başçısının müavini Natavan Mustafayevanın qəbulunda olmuş və problemi həll olundu. Qəbuldan çıxdıqdan sonra nahar fasiləsindən qayıdan Şabran rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri İddiaçı qəbul otağının qabağında ona yaxınlaşdı və heç bir əsas olmadan ona bildirdi ki, sizin əlinizdən bezmişik. Bu zaman o, ona bildirmişdir ki, sən məni tanımırsan? İddiaçı isə dedi ki, sizi yaxşı tanıyıram, 15 ildir ki, sizin kimiləri çox yola salmışam. O, yenidən İddiaçı onunla nə kimi probleminin olduğunu soruşduqda ona bildirdi ki, siz başdan-ayağa problemsiniz, siz qazilər işverənsiniz. O, İddiaçı bildirmişdir ki, biz hətta qohumuq, mən problemlərim üçün gəlmişəm, problemim də həll olunub, mənimlə nə işin var? Bu zaman İddiaçı üstünə hücum edərək onu vurmaq istədikdə İcra Hakimiyyətinin işçisi Fərhad adlı şəxs Nəsimini tutdu. Hətta İddiaçı 2 dəfə qışqıra-qışqıra geri qayıdaraq buraxın məni onunla başqa cür söhbət edəcəm desə də, ona yaxınlaşmağa imkan vermədilər. İddiaçı hətta keçdiyi döyüş yoluna baxmayaraq, ağır sözlərlə onu təhqir etdiyindən, dəfələrlə üstünə hücum edib onu vurmağa cəhd etdiyindən döyüş vaxtı aldığı sol kəllə beyin travması nəticəsində onda yaranmış əsəb pozğunluğu ilə əlaqədar özünü cilovlaya bilməmiş və başının sol nahiyəsini İcra Hakimiyyətinin inzibati binasının divarına çırpmışdır. Bu zaman özündə olmadığını görən mühafizə polisi və başqa bir şəxs onu mühafizə polisinin otağına apardılar. Özünü ələ ala bilmədiyindən otaqda kəsici vasitə ilə sağ və sol əlinin bilək nahiyəsinə 3 yerdən xəsarət yetirmişdir. Hətta şah damarını kəsmək istədikdə Rayon İcra Hakimiyyəti Başçısının müavini İlkin müəllim həmin kəsici vasitələri əlindən aldı. Bundan sonra Rayon İcra Hakimiyyətinin işçiləri onu 2-ci mərtəbəyə Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Hüseyn müəllimin otağına apardılar. Məsələni Hüseyn müəllimə danışdıqdan sonra o, ona bildirdi ki, hər şey yaxşı olacaq, İddiaçı gəlib səndən üzrxahlıq edəcək. Bu məqsədlə həmin gün saat 17-45-ə kimi rayon İcra Hakimiyyətinin binasında gözləsə də, ona yaxınlaşan olmadı. O, da məcbur olub oradan ayrılaraq Şabran rayon Prokurorluğuna getmişdir. Həmin vaxt rayon prokuroru onu qəbul edərək fikirlərini dinlədi. Ondan bununla bağlı ərizə alaraq qeydiyata saldılar. Bundan sonra ondan izahat da aldılar. Bunun üzərindən 3 gün keçəndən sonra bibiləri ona zəng vuraraq, daha sonra İddiaçı anası qapılarına gələrək, 2 dəfə dayısıgilə gedərək, Mülayim adlı qohumu bibisigilə, dayısıgilə gedərək, hətta rayonda ona yaxınlaşaraq, xalası Havanisə evlərinə gələrək İddiaçı bağışlamağını, şikayətini geri götürməyini ondan xahiş etmişdirlər. Hətta İddiaçı xalası ona həyat yoldaşının yanında 6000 manat pul da təklif etmişdir. O, isə qazilərin haqqını pula dəyişməyəcəyini ona bildirmişdir. Daha sonra İddiaçı, anası və xalası Havanisə o, həyat yoldaşı, anası və bacısı evdə olarkən yaşadığları evə gəlmişdirlər. Xeyli söhbətdən sonra İddiaçı yalvar-yaxar edərək sosial şəbəklər vasitəsi ilə şikayətlər etməməyini və rayon prokurorluğuna etdiyi şikayəti özünün həll edəcəyini ona bildirdi. O, həmin vaxt İddiaçı onunla heç bir ədavətinin olmadığını bildirdi və o da, bunu təsdiq etdi. İddiaçı sonda onu öpüb-qucaqlayaraq nə qulluğun olsa İcra Hakimiyyətindədir deyə bildirdi. Bununla da məsələ bitdi. Bütün bu danışıqlar evinin içində mövcud olan səs yazma aparatı vasitəsi ilə qeydə alınmışdır, (həmin səs yazını diskə ataraq sübut kimi iddia ərizəsinə əlavə edir) Sonradan isə qulağına sözlər gəlib çatmağa başladı ki, guya İddiaçı ona pul verərək onu susdurmuşdur. O, da bundan sonra dözməyib başına gələnlərlə bağlı müsahibə vermək qərarına gəlmişdir. O, “7 times” də verdiyi müsahibə zamanı İddiaçı hərəkətlərini tənqid etmiş, onu təhqir etməmişdir. İddiaçı isə əksinə vəzifəsindən sui istifadə edərək onu tənqidə görə təqib etməkdədir. Belə ki, o, videoreportajda ona böhtan atmamış, şərəf və ləyaqətini alçaltmamış, onun işgüzar nüfuzuna xələl gətirməmiş, onun narkotik vasitələrindən istifadə etdiyini, İcra Hakimiyyəti binasında narkotik çəkməyini, qız gəlin gələndə onlar ilə kobud rəftar etməyini bildirməmiş, İddiaçı narkoman adlandırmamışdır. O, sadəcə olaraq İddiaçı narkoloji dispanserdən müayinədən keçməyini bildirmiş ki, bunun da mənbəyi sosial şəbəkələr vasitəsi ilə İddiaçı barədə məlumatlar toplamağa başladığı zaman qarşısına çıxan, “7 times”in youtube kanalında yayılan “İddiaçı narkotik aludəçisi olması barədə” video çarx olmuşdur, (həmin video çarxı da diskə ataraq sübut kimi iddia ərizəsinə əlavə edir). Yəni, həmin video çarx 10 mart 2023-cü il tarixində youtube kanalına yerləşdirilmiş, o, isə 08 aprel 2023-cü il tarixində “7 times”ə müsahibə vermişdip. Qeyd edir ki, kiminsə narkoloji dispanserdən müayinədən keçməyini qeyd etmək həmin şəxsi narkoman adlandırmaq anlamına gəlmir. Misal üçün bildirir ki, bir çox dövlət vəzifələrini tutmaq üçün narkoloji kabinetdə qeydiyyatda olub-olmama barədə arayış tələb olunur, bir çox vəzifələrdə işləyən şəxslər mütəmadi olaraq narkoloji dispanserdə müayinələrdən keçirilir. İddiaçı yanaşmasına qalsa onda belə çıxır ki, həmin dövlət qurumları işə düzəlmək istəyən, müxtəlif vəzifələrdə çalışan vətəndaşları narkoman adlandırır. Onda vətəndaşlar həmin dövlət qurumlarını məhkəməyə verməlidirlər? Göründüyü kimi İddiaçı tənqidlərə bu cür yanaşması abdusrddur. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 4 №-li qərarında qeyd olunur ki; -Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. -Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. -Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. -Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. O, həmçinin İddiaçı heç bir mənəvi zərər vurmamışdır. İddiaçı məhkəməyə mənəvi sarsıntı və iztirab keçirməsini, ona mənəvi zərər vurulmasını təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 03 ” noyabr 2008- ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Onun video reportajı yayılandan sonra İddiaçı müxtəlif şəxslər vasitəsi ilə ona və ailəsinə təhdidlər etməyə başladı. Belə bir təhdidlərdən birini İddiaçı göstərişi ilə Şabran rayon sakini Əşrəf adlı şəxs etmişdir. (Əşrəf adlı şəxsin hədə qorxu gəlməsi barədə səs yazısını diskə ataraq sübut kimi iddia ərizəsinə əlavə edir). O, da məcbur olaraq Cənab Prezidentin, Mehriban xanımın, Baş Prokurorluğun, DTX-nın feysbook səhifələrinə müraciətlər ünvanlamış, DTX-nın rayon şöbəsinin rəisinin və müavininin qəbulunda olmuşdur. Bütün bunlardan sonra İddiaçı ona qarşı hazır ki, iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı Şabran rayon məhkəməsində qaldırdığı “yalan məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası ona aid hissədə əsassızdır. Ona görə də xahiş edir, İddiaçı Şabran rayon məhkəməsində qaldırdığı “yalan məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilsin. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsini müdafiə edərək, İddiaçı Şabran rayon məhkəməsində qaldırdığı “yalan məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onunla çoxdan yola getmir, ona Başçının qəbuluna girməyə imkan verməyib, bu barədə aralarında mübahisə olmuşdur, İcra Hakimiyyətinin binasında İddiaçı təqsiri üzündən halsız hala düşmüş, ondan sonra xəstələnmiş, əməliyyat olunmuşdur. İddiaçı həmişə RİHnin binasının damında narkotik maddə çəkir, onun narkotik maddələr qəbul etməsini bütün rayon camaatı bilir. İddiaçının iddiasını əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Xəlil Seyidovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2023cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh2 müraciəti üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İşə əlavə edilmiş Şabran rayon prokuroru baş ədliyyə müşaviri Cəlaləddin X1 ünvanlanmış 30 mart 2023-cü il tarixli O-65/23 saylı məktubunun surətindən görünür ki, Şabran rayon İcra Hakimiyyətinin inzibati binasında Şabran rayon İcra Hakimiyyətinin Sənədlər və Vətəndaşlar ilə işlər şöbəsinin müdiri İddiaçı sizi təhqir etməsi barədə Şabran rayon prokurorluğuna ünvanladığınız müraciətinizə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Şabran rayon prokurorluğunda baxılmışdır. Azərbaycan Respublikasının CPM-nin müddəalarına əsasən təhqirlə bağlı cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilir. İzah edir ki təhqir olunmanız barədə xüsusi ittiham qaydasında Şabran rayon məhkəməsinə müvafiq ərizə ilə müraciət edə bilərsiniz. İşə əlavə edilmiş Şabran rayon İHB tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də 08 aprel 2011-ci il tarixdən Şabran RİHB Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri iş şöbəsinin müdiri vəzifəsində işləyir. İşə əlavə edilmiş Şabran rayon X5 Hüquqi Şəxs tərəfindən verilmiş 12 aprel 2023cü il tarixli 2970 saylı arayışlardan görünür ki, İddiaçı «psixonevroloji» və «nakoloji» kabinetində dispanser qeydiyyatında yoxdur. İşə əlavə edilmiş AZE seriyalı 15888670 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1966-cı ildə Dəvəçi şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyi tərəfindən verilmiş 005596 saylı vəsiqədən görünür ki, X6 İİ qrup müharibə əlili statusu verilmiş, vəsiqənin sahibi status üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşə əlavə edilmiş MediSfera və Bakı sağlamlıq klinikası tərəfindən verilmiş müayinə sənədlərindən görünür ki, X8 «120.0-Qeyri –stabil stenkardiya» diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 110494 saylı vəsiqədən görünür ki, Cavabdeh2 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-1943 saylı vəsiqəsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-1036 saylı vəsiqəsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə «Xocavəndin azad olunmasına görə» medalı təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-4405 saylı vəsiqəsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı təltif olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 120 (yüz iyirmi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir; Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 nömrəli qərarında göstərilir ki, şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Qərarda eyni zamanda qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Həmçinin müvafiq qərarda qeyd edilmişdir ki, vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilərlər. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənlməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. Göründüyü kimi, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir ki, bu da məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Belə ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat.aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki. bunun da nəticəsində cəmiyy ətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ei il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki. "...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur" Həmin Qərarın 7-ci bəndində məhkəmələrə izah olunmuşdur ki. "mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə hilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər". Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı barəsində sosial şəbəkələrdə və «7Times» saytında yaydığı məlumatların öz təsdiqini tapmaması, yalan olması, bu hərəkətləri ilə zərərçəkənin işgüzar nüfuzuna ziyan vurduğundan həmin məlumatlar cavabdeh tərəfindən təkzib edilməklə hesab edir ki, bununla da iddiaçının pozulmuş hüquqları bərpa oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin' hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir, iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kimi rəddedə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probatio" (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında insan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarına və tədid olunmuş sübutlara qiymət verərək belə nəticyə gəlir ki, iddia qismən təmin edilməli, ğavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə İddiaçı barəsində sosial şəbəkələr və “7Times” saytında yaydıqları yalan məlumatı həmin yayım kanalı vasitəsi ilə təkzib edilməsi vəzifəsi qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə İddiaçı barəsində sosial şəbəkələr və “7Times” saytında yaydıqları yalan məlumatı həmin yayım kanalı vasitəsi ilə təkzib edilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar