Məhkəmə qərarları › İş №2(060)-5629/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5629/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - KİV-in tərəf olduğu şərəfin, ləyaqətin və işgüzar nufuzun müdafiəsi üzrə işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5629/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində 25 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirən məlumatları yaydığına görə cavabdeh “Unikal” qəzetinin baş redaktoru Cavabdeh üzərinə iddiaçıdan yazılı şəkildə həmin qəzetdə yerləşdirilməklə üzr istənilməsi və qəzetin 26 may 2023-cü il tarixli N 20 (2154) buraxılışında “Zaur Hüseynovun keçirdiyi tenderlər tənqid hədəfində” başlıqlı məqalənin təkzib olunması, təkzibin həmin məqalənin yığıldığı şriftlə və “Təkzib” başlığı altında yerləşdirilməsi vəzifələrinin qoyulması, iddiaçının işgüzar nüfuzuna ciddi xələl gətirən məlumatın yayılması nəticəsində iddiaçıya vurduğu ziyana görə cavabdeh “Unikal” qəzetinin baş redaktoru Cavabdeh iddiaçının xeyrinə 5.000 (beş min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Аzərbaycan Рespublikası МPМ-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq, həmçinin iddiaçının iddiadan imtinası barədə ərizəsini və işin digər materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmamaqla yanaşı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Аzərbaycan Рespublikası МPМ-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Respublikası МPМ-in 261.0.4; 262- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar