Məhkəmə qərarları › İş №2(006)-495/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-495/2020

13.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-495/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X8, cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər «xxxx» ASC, “X2 Mərkəzi” MMC və Cavabdeh3nə qarşı “Protokol, müqavilə və sifarişin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh - “X2 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti) 19 saylı evin, 19-cu mənzili barədə verilmiş Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-27 nömrəli protokolun və həmin protokol əsasında cavabdehlər “X2 Mərkəzi” MMC ilə Cavabdeh1 İKB ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə, həmçinin həmin əmlakın hərracdan satılmasına dair Cavabdeh3 sifarişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC tərəfindən verilmiş “Hərracın nəticələri haqqında” xx xxxxxx 2019-cu il tarixli Y-27 saylı Protokolla, digər Cavabdeh3 xx.xx.2018-ci il tarixli, 187315/2018-16-6-8797 saylı sifariş məktubu əsasında, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti) 19 saylı evin, 19-cu mənzilinin “xxxx” MMC-yə məxus olduğu kimi qeyd edilərək, hərracdan Cavabdeh1 İKB ASC-nə verilmişdir. xx.xx.2019-cu il tarixdə də həmin mənzilə dair cavabdehlər “X2 Mərkəzi” MMC ilə Cavabdeh1 İKB ASC arasında hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə bağlanmışdır. Aşağıda sadalayacağı hallar və dəlillərə əsasən mübahisələndirilən hərracın nəticələrinə dair protokol və hərracdan əmlakın alqı-satqı müqaviləsi, hərracın keçirilməsi ilə bağlı əmlak sahibinin hüquqlarına münasibətdə pozulmaqla keçirilmiş hesab edilməli və etibarsız elan olunmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7353/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 İKB-nin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti və cərimənin tutulması hissəsində ləğv edilmişdir. Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-16 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar dəyəri – 54.000,0 (əlli dörd min) manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-17 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar dəyəri – 54.000,0 (əlli dörd min) manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-19 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar dəyəri – 54.000,0 (əlli dörd min) manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-22 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar dəyəri - 54 000,0 (əlli dörd min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 180 nömrəli, 3 mərtəbəli binada 94,8 kv.m. ümumi, 51,0 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin - real bazar dəyəri- 190 000,0 (yüz doxsan min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 54,8 kv.m. ümumi, 40,0 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 35 nömrəli mənzilin real bazar dəyəri - 110 000,0 (yüz on min) manat, Bakı şəhəri, Yasamalı rayonu, Əhmədbəyov küçəsində yerləşən 10 nömrəli binada, 75,4 kv.m. ümumi 65,0 kv.m. yaşayış, 10,4 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin real bazar dəyəri 155.000,0 (yüz əlli beş min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 62,0 k/m ümumi, 40,0 k/m yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 nömrəli mənzilin real bazar dəyəri - 120000,0 (yüz iyirmi min) manat, ünvan 2 ünvanında istifadədə olan 0,11239 ha torpaq sahəsində yerləşən 881,5 k/m ümumi, 529,4 k/m əsas, 352,1 k/m köməkçi sahədən ibarət əmlak kompleksinin real bazar dəyəri - 110 000,0 (yüz on min) manat, ünvan 3 ünvanmda yerləşən 2 mərtəbəli binanm 1-ci və 2-ci mərtəbəsində 565,2 k/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri - 1060 000,0 (bir milyon altmış min) manat, "X16 3028 yük" markalı, qeydiyyat nişanı ** JZ ***, TİP Betonnasos, buraxılış ili 2006-cı il, mühərrik **********6275, şassi NMB**********3674, ağ rəngli avtonəqliyyat vasitəsinin real bazar dəyəri - 30 000,0 (otuz min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 28,0 k/m yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzilin real bazar dəyəri - 60 000,0 (altmış min) manat, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (keçmiş Azərbaycan prospekti) yerləşən 19 nömrəli binanm girişində, 11-ci mərtəbəsində, 135 k/m yaşayış sahəsindən ibarət 3 otaqlı, 19 nömrəli mənzilin real bazar dəyəri - 402 000,0 (dörd yüz iki min) manat olmaqla, ilkin satış qiymətləri müəyyən edilmişdir. Cavabdehlər “xxxx” MMC və X5 müştərək qaydada 8000 manat cərimə tutulması, qətnamə qalan hissədə, yəni Cavabdeh1 İKB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 6-BİZ-5-0-12-11 saylı X10 əsasən yaranmış 994870 (doqquz yüz doxsan dörd min səkkiz yüz yetmiş) AZN məbləğində əsas, 185835 (yüz səksəz beş min səkkiz yüz otuz beş) AZN məbləğində faiz, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 120 (yüz iyirmi) manat və xidmət haqqının əvəzi 240 (iki yüz qırx) AZN cavabdehlər "xxxx" MMC-dən və X5 müştərək qaydada tutulub iddiaçı Cavabdeh1 İKB-yə ödənilməsi, Cavabdeh1 İKB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 6-BİZ-5-0-12-11 saylı X13 üzrə yuxarıda göstərilən pul tələblərinin, ipoteka ilə yüklü edilmiş əmlaklara - Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-16 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-17 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-19 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-22 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 180 nömrəli, 3 mərtəbəli binada 94,8 k/m ümumi, 51,0 k/m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 54,8 kv.m. ümumi 40.0 k/m yaşayış sahəsindən ibarət 3 otaqlı, 35 nömrəli mənzilə, Bakı şəhəri Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 10 nömrəli binanın 75,4 kv.m. ümumi, 65.0 k/m yaşayış, 10,4 k/m yardımçı sahədən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli 3 mərtəbəli binada 62,0 k/m ümumi, 40,0 k/m yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 nömrəli mənzilə, ünvan 2 ünvanında istifadədə olan 0,11239 ha torpaq sahəsində yerləşən 881,5 k/m ümumi, 529,4 k/m əsas, 352,1 k/m köməkçi sahədən ibarət əmlak kompleksinə, ünvan 3 ünvanmda yerləşən 2 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 565,2 k/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, "X16 3028 yük" markalı, qeydiyyat nişanı ** JZ ***, TİP Betonnasos, buraxılış ili 2006-cı il, mühərrik **********6275, şassi NMB**********3674, ağ rəngli avtonəqliyyat vasitəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 28,0 k/m yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzilə, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (keçmiş Azərbaycan prospekti) yerləşən 19 nömrəli binanın girişində, 11-ci mərtəbəsində, 135 k/m yaşayış sahəsindən ibarət 3 otaqlı, 19 nömrəli mənzilə yönəldilməsi, ipotekaya qoyulmuş əmlakların ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində Cavabdeh1 İKB-yə ödənilməsi, ipoteka predmeti olan yuxarıda qeyd olunan əmlaklar hərracda satıldıqda, ən geci 1 (bir) ay ərzində həmin əmlakların mülkiyyətçiləri olan ipoteka qoyanlar tərəfindən boşaldılaraq ipoteka saxlayan Cavabdeh1 İKB-yə təhvil verilməsi, “X14” MMC tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli, ƏEM/D 01-704/2016 saylı ekspertiza tədqiqatının dəyərini təşkil edən 600 (altı yüz) manat vəsaitin 200 (iki yüz) manat hissəsi iddiaçıdan, 400 (dörd yüz) manat hissəsi isə cavabdehlər “xxxx” MMC-dən və X5 müştərək qaydada tutularaq “X14”MMC-nin hesabına köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılması, Qiymətləndiricinin xidmət haqqı olan 1300 (min üç yüz) manat pul vəsaiti cavabdehlər "xxxx" MMC-dən və X5 müştərək qaydada alınaraq “xxxx” MMC-nin, H/h N” AZ34AZEG********************, VÖEN **********, benefısiar (alan) bank: “xxxx” ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ 75NABZ********************, SWİFT BİK AZEGAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icrası Cavabdeh3nə tapşırılmışdır. Qeyd olunan qətnamə əsasında verilmiş icra sənədi də, qətnamənin nəticə hissəsində qeyd edilənlərlə eyni məzmundadır. Yuxarıda qeyd etdiyi kimi mübahisələndirilən hərracın nəticələri barədə protokolda adı keçən və hərracdan satılan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti) 19 saylı evin, 19-cu mənzili “xxxx” MMC-yə məxsus olduğu kimi hərraca təqdim edilmiş və hərrac da həmin əmlakı “xxxx” MMC-yə məxsus olan əmlak kimi hərraca çıxarmış və satmışdır. Bu baxımdan da yəni əmlak sahibi “xxxx” MMC qeyd edildiyindən hərrac barədə ona bildirilməmişdir. Əslində isə adı çəkilən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti) 19 saylı evin, 19-cu mənzili “xxxx” MMC-yə deyil, o - İddiaçı məxsusdur və xüsusi mülkiyyətində olan əmlakdır. Göründüyü kimi əmlakı hərraca sifariş edən Cavabdeh3 tərəfindən yol verilmiş pozuntu, daha sonra digər Cavabdeh2 MMC tərəfindən davam edilmiş, bu hal digər Cavabdeh1 İKB ASC-yə sərf etdiyindən, bilərəkdən susmuşdur. Hərraca çıxarılan əmlakın yiyəsi kimi qeyd edilmiş “xxxx” MMC-yə ola bilərmişdi ki, məktub çatmasın, amma həmin kreditin təminatında tərəflərdən biri də odur və hərrac keçirilirdisə bundan ilkin olaraq xəbərdarlıq verilən şəxslər sırasına o da daxildir. Onlar onsuzda tələbkara kreditdən qalan borcunu ödəmək üçün yollar axtarmaqdadır. Hərracın ilkin nəticəsinə görə də həmin ev ona təklif olunmalı idi. Lakin cavabdeh tərəfindən hərracın keçirilməsi qaydasına riayyət edilməmiş, hərracda iştirakının təmini üçün lazımi tədbir görülməməsi qanunla ona verilmiş hüquqların istifadəsindən məhrum edilməyinə səbəb olmuş və nəticədə ona məxsus əmlakın özgəsi tərəfindən ələ keçirilməsinə şərait yaradılmışdır. Bundan başqa - mübahisələndirilən protokolun məzmunundan görünür ki, hərrac xx.xx.2019-cu il tarixdə keçirilmişdir. Buna sifariş isə xx.xx.2018-ci il tarixdə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin, vəkil sorğusuna **********09 saylı xx.xx.2019-cu il tarixli cavabında Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 19 saylı evin, 19-cu mənzilin xx.xx.2016-cı il tarixdən Cavabdeh1 İKB ASC-nın adına qeydiyyatdan keçdiyi və hazırda, yəni xx.xx.2019-cu il tarixdə onun mülkiyyətində olduğu qeyd edilir. Göründüyü kimi, mübahisələndirilən hərrac protokolunun aid olduğu xx.xx.2019-cu il tarixdə keçirilmiş hərrac, bununla bağlı Cavabdeh3 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş sifariş məktubu, formal xarakter daşımış və həqiqətə uyğun deyildir. Çünki artıq Cavabdeh1 İKB ASC-nin adına qeydiyyatda olan əmlakın, yenidən hərracdan onun Öz adına alqı-satqı edilməsi mümkün ola bilməzdi. Bu barədə cavabdehə müraciəti nəzərə alınıb, mübahisələndirilən xx.xx.2019-cu il tarixli Y-27 saylı hərrac protokolu və alqı-satqı müqaviləsinin surətləri xx.xx.2019-cu il tarixdə ona verilmişdir. Lakin protokolun ləğv edilməsi cavabdeh MMC-nin səlahiyyətlərindən kənarda olduğu bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də mübahisənin məhkəmə yolu ilə həll etmək məcburiyyəti yaranmışdır. Yuxarıda sadalananları nəzərə alaraq, cavabdeh - “X2 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti) 19 saylı evin, 19-cu mənzili barədə verilmiş Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-27 nömrəli protokolun və həmin protokol əsasında cavabdehlər “X2 Mərkəzi” MMC ilə Cavabdeh1 İKB ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə, həmçinin həmin əmlakın hərracdan satılmasına dair Cavabdeh3 sifarişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2019-da, xx.xx.2019-da, xx.xx.2019-da cavabdehlərə rəsmi müraciətlər edərək, “X2 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti) 19 saylı evin, 19-cu mənzili barədə verilmiş Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-27 nömrəli protokolun və həmin protokol əsasında cavabdehlər “X2 Mərkəzi” MMC ilə Cavabdeh1 İKB ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin, həmçinin həmin əmlakın hərracdan satılmasına dair Cavabdeh3 sifarişinin etibarsız hesab edilməsini (ləğv edilməsini) xahiş etmişlər. Bu barədə müsbət nəticə əldə edilmədiyinə görə Nəsimi rayon məhkəməsində xx.xx.2019-cu ildə iddia qaldırılmışdır. Əldə edilən sənədlərdən görünür ki: Y-27 saylı, xx.xx.2019-cu il tarixli protokolda satılan əmlakın məxsusluğu “xxxx” MMC göstərilmişdir. Halbuki mənzil İddiaçı olmuşdur. “X2 Mərkəzi” MMC-nin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Səbail rayon İcra Şöbəsinin 187315/18-16-15-28 saylı, xx.xx.2018-ci il tarixli məktubu əsasında icra işi hərrac keçirilmədən digər cavabdeh Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. “X2 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixli, 002 saylı protokolundan görsənir ki, Cavabdeh3 187315/2018-16- 6/8797 saylı, xx.xx.2018-ci il tarixli sifarişi üzrə həmin şöbənin 187315/18-16-15-28 saylı, 28.12.18-ci il tarixli məktubu əsasında hərrac dayandırılmışdır. Cavabdeh1 İKB-nin xx.xx.2018-ci il tarixli, 1936-03/18 saylı məktubundan görünür ki, Səbail rayon İcra şöbəsindən və “X2 Mərkəzi” MMC-dən “İcra haqqında” Azərbaycan Respublikası qanununun 18.1.6-cı maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7353/2017 saylı, xx/xx/2017-ci il tarixli icra vərəqəsinin icrasımn dayandırılması xahiş olunub. Bütün bunlar sübut edir ki, xx.xx.2018-ci il tarixdə sifariş edilən hərracın dayandırılması barədə Cavabdeh1 İKB tərəfindən 26.12,2018-ci il tarixdə müraciət edilmiş, həmin müraciət əsasında Cavabdeh3 xx.xx.2018-ci il tarixli məktubu ilə hərracın dayandırılmasına səbəb olmuş və xx.xx.2019-cu il tarixdə hərrac dayandırılmışdır. Daha sonra cavabdeh “X2 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixli sənədi ilə mübahisələndirilən mənzil barədə icra işi hərrac keçirilmədən digər Cavabdeh3nə geri qaytarılmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli hərracın nəticələri barədə protokol və müqavilə qanunsuz və saxtadır. Belə ki, keçirilmədən dayandırılan hərracın necə nəticələri ola bilər? Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti) 19 saylı evin, 19-cu mənzil xx.xx.2016-cı ildə “Nikyol” İKB-nin adma qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətində olmuşdur. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, 46 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş mübahisələndirilən mənzil barədə notariusun icra qeydi və hərracın yekunları barədə protokol etibarsız hesab edilsə də, hərracdan reyestr xidmətinə məktub daxil olmamış və icra edilməmişdir. Beləliklə də, mübahisələndirilən mənzil xx.xx.2016-cı ildən Cavabdeh1 İKB-nin adında qeydiyyatdan keçmiş halda qalmışdır. Baxmayaraq ki, həmin cavabdeh həmin mənzili guya İsmayılovun Teymurun adından hərraca çıxarılmasını və satılmasını tələb etmişdir. Yekundan eyni mənzili təkrar olaraq qeyri-qanuni şəkildə əldə etmişdir. Həmçinin həmin mənzil üzərində Bakı şəhər Səbail rayon məhkəməsinin xx xxxxxxx 2016cı il tarixli qərardadı ilə həbs mövcud olmuşdur. Həmin həbs xx xxx 2019-cu il tarixə qədər qüvvədə olmuşdur. Üzərində həbs olan əmlakın hərracda satılması da qeyri-qanuni olmuşdur. Bundan əlavə Cavabdeh3 icra məmuru Tural Aşurovun xx.xx.2018-ci il tarixli təqdimatından görünür ki, mübahisələndirilən mənzilin hərracda satılması və sifariş verilməsinə əsas olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7353/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X7 iddianın əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, “xxxx” İKB tərəfindən Cavabdeh3 və “X2 Mərkəzi” MMC-yə ünvanlanmış məktubdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 7353/2017 saylı qətnaməsinə əsasən borclu “xxxx” MMC-dən cəmi ******* manat və ödənilmiş 390 manat məhkəmə xərci tələbkar “xxxx” İKB-nin xeyrinə tutulması və tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, mənzil 19, 3 otaqlı, y/s 135 kv.m əmlaka yönəldilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.6-cı maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-7353/2017 saylı icra vərəqəsinin icrasının dayandırılması xahiş edilmişdir. Hərracın dayandırılması barədə 002 saylı, xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2018-ci il tarixli, 187315/2018-16-6-8797 saylı sifariş məktubuna əsasən hərracın keçirilməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 20 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 19 nömrəli mənzil xx.xx.2016-cı il tarixdə “xxxx” İKB ASC-nin adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. “xxxx” İKB ASC tərəfindən “X2 Mərkəzi” MMC, Cavabdeh3 və Sumqayıt rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 118/19 saylı məktubdan görünür ki, Bank, Bakı şəhəri, Z.Əliyeva küçəsi bina 19, mənzil 19-a dair təklifi qəbul etməyə razı olduğunu bildirmişdir. “X2 Mərkəzi” MMC-nin Cavabdeh3nə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, sifariş məktubu xx.xx.2018-ci il tarixli, 187315/2018-16-6-8797 saylı olan icra işi hərrac keçirilmədən geri qaytarılmışdır. Cavabdeh3 tərəfindən “X2 Mərkəzi” MMC-yə və qeyrilərinə ünvanlanmış məktubdan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Z.Əliyeva küçəsində yerləşən 19 nömrəli binanın girişində, 11-ci mərtəbəsində, 135 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 19 nömrəli mənzilin açıq hərrac yolu ilə satılmasını təşkil edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına dair Bakı şəhəri Cavabdeh3 icra məmuru Tural Aşurov tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. “X2 Mərkəzi” MMC-nin Hərracın yekunları barədə Y-27 nömrəli, xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh3 sifarişinə (Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-7353/2017 saylı icra vərəqəsinə) əsasən, “X2 Mərkəzi” MMC-nin təşkilatçılığı ilə xx.xx.2019-cu il tarixdə “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, mənzil 19 ilə əlaqədar hərrac keçirilmiş, mənzilin ilkin hərrac qiyməti 402.000 manat qiymətləndirilmiş və 25% endirimlə 256275 manat olmaqla “xxxx” ASC-yə satılmışdır. xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, “X2 Mərkəzi” MMC tərəfindən “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, mənzil 19 hərracın nəticələri barədə yekun protokoluna əsasən 256275 manata alıcı “xxxx” ASCyə satılmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-5230/2016 saylı qərardadından görünür ki, ünvan 13 ünvanda yerləşən 19 saylı mənzilinin üzərinə həbs qoyulmuş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(009)-91/2018 saylı qərardadı ilə qeyd olunan mənzilin üzərindən həbs götürülmüşdür. “X2 Mərkəzi” MMC tərəfindən sifarişçi Səbail rayon İcra şöbəsinə, tələbkar Cavabdeh1 İKB ASC-yə, borclu “xxxx” MMC-yə (o cümlədən İddiaçı) ünvanlanmış Açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 695 nömrəli və xx.xx.2018-ci il tarixli, 818 saylı bildirişlərdən görünür ki, “X2 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, 19 saylı mənzil üzrə xx.xx.2018-ci il tarixdə, saat 11:00-da hərracın keçirilməsi və ilkin satış qiymətinin 402000 manat olması müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə elan dərc edilmişdir. “X2 Mərkəzi” MMC tərəfindən sifarişçi Səbail rayon İcra şöbəsinə, tələbkar Cavabdeh1 İKB ASC-yə, borclu “xxxx” MMC-yə (o cümlədən İddiaçı) ünvanlanmış Açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 1203 nömrəli və xx.xx.2018-ci il tarixli, 1326 saylı bildirişlərdən görünür ki, “X2 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, 19 saylı mənzil üzrə xx.xx.2018-ci il tarixdə, saat 11:00-da hərracın keçirilməsi və ilkin satış qiymətinin 341700 manat olması müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində xx.xx.2018xx.xx.2018-ci il tarixlərdə elan dərc edilmişdir. xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli qaimələrdən görünür ki “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı (B.Səfəroğlu küçəsi 180, mənzil 19 ünvanına) hərracın keçilməsi ilə bağlı bildirişlər göndərilsə də, “köçüb” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 il tarixli qaimələrdən görünür ki, “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı (Z.Əliyeva 19, mənzil 19 ünvanına) hərracın keçilməsi ilə bağlı bildirişlər “Novruzov” adlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. “Market” qəzetinin 19 – xx xxxxxxx 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin ilkin satış qiyməti 402.000 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxx 2018-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. “Market” qəzetinin 02 – xx xxxxxx 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin ilkin satış qiyməti 402.000 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxx 2018-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. “Market” qəzetinin 23 – xx xxxxxx 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin ilkin satış qiyməti 402.000 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxx 2018-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. “Market” qəzetinin 02 – xx xxxxxx 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinə dair xx xxxxxx 2018-ci il tarixində keçirilmiş açıq hərracın baş tutmadığı barədə elan verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-91/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər 46 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh1 X6 və “xxxx” MMC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 19 saylı evin 19 saylı mənzilinə tutmanın yönəldilməsi barədə Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən 7E/9087 saylı reyestrlə rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin üzərində ipoteka yüklülüyü saxlanılmaqla, həmin mənzilin satılması ilə bağlı “xxxx” MMC tərəfindən tərtib edilmiş Hərracın yekunları barədə xx xxxx 2016-cı il tarixli 50/12 saylı Protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh3 sifarişi (Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-7353/2017 saylı icra vərəqəsi) əsasında “X2 Mərkəzi” MMC-nin təşkilatçılığı ilə hərrac keçirilmiş, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, 19 saylı mənzil 256.275 manata alıcı “xxxx” İKB ASC-yə satılmışdır. Hərracların keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks edilən bildirişlər göndərilmişdir. Hazırda iddiaçı Y-27 nömrəli, xx.xx.2019-cu il tarixli hərracın keçirilməsi barədə protokolda satılan əmlakın səhv olaraq “xxxx” MMC-yə məxsus olmasının göstərildiyi və bu səbəbdən hərracın keçirilməsi barədə ona məlumat verilmədiyi, icra sənədinin Səbail rayon İcra Şöbəsinin 187315/18-16-15-28 saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən geri qaytarıldığı və daha sonra hərracın dayandırıldığı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə mübahisəli mənzilin xx.xx.2016-cı il tarixdə “xxxx” İKB ASC-nin adına qeydiyyatdan keçdiyi, notariusun icra qeydinin etibarsız hesab edilməsinə baxmayaraq bu barədə Hərracdan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məktubun daxil olmadığı, mənzilin üzərində həbsin mövcudluğuna istinad edərək mülki iş üzrə icraatın başlanmasına əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mübahisənin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 46.1-cı maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının Y-27 nömrəli, xx.xx.2019-cu il tarixli hərracın keçirilməsi barədə protokolda satılan əmlakın səhv olaraq “xxxx” MMC-yə məxsus olmasının göstərildiyi və bu səbəbdən hərracın keçirilməsi barədə ona məlumat verilmədiyi üçün mübahisəli mənzilə dair keçirilmiş hərracın, keçirildiyi zaman qanunvericiliyin tələbləri pozulduğuna görə, etibarsız hesab edilməli olduğu barədə dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və bildirişlər müvafiq ünvanda qəbul edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə onu da vurğulayır ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı müəyyən edilmişdir ki, bildirişlər Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, mənzil 19 ünvanına göndərilməsi ilə yanaşı, iddiaçının pasport qeydiyyatında olduğu ünvana da göndərilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, 19 saylı mənzilin hərracdan satılması ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. “X4 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya göndərilən bildirişlər onun qeydiyyatda olduğu ünvan üzrə qəbul edilmişdir. Bundan başqa hərracın yekunlarına dair protokolda həqiqətən də Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, 19 saylı mənzilin mülkiyyətçisi ilə bağlı səhvə yol verilərək, mülkiyyətçinin adı “xxxx” MMC kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulan qaydada iddiaçıya göndərildiyi üçün qeyd edilən texniki səhvin hərracın ümumi gedişatına mənfi təsiri olmamalıdır. Məhkəmə iddiaçının mübahisəli mənzilin xx.xx.2016-cı il tarixdə “xxxx” İKB ASC-nin adına qeydiyyatdan keçdiyi, notariusun icra qeydinin etibarsız hesab edilməsinə baxmayaraq bu barədə Hərracdan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məktubun daxil olmadığına dair dəlil ilə əlaqədar qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-91/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının tələbi tam təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 19 saylı evin 19 saylı mənzilinə tutmanın yönəldilməsi barədə Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən 7E/9087 saylı reyestrlə rəsmiləşdirilmiş xx.xx.2015-ci tarixli icra qeydinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin üzərində ipoteka yüklülüyü saxlanılmaqla, həmin mənzilin satılması ilə bağlı “xxxx” MMC tərəfindən tərtib edilmiş Hərracın yekunları barədə xx xxxx 2016-cı il tarixli 50/12 saylı Protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Göründüyü kimi, qeyd edilən işə baxılarkən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 19 saylı evin 19 saylı mənzilinə dair “xxxx” İKB ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə tələb iddiaçı tərəfindən irəli sürülməmiş, bu səbəbdən də məhkəmə tərəfindən həmin məsələyə münasibət bildirilməmişdir. Məhkəmə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin “xxxx” İKB ASC-nin adına mülkiyyət hüququ ilə qeydiyyata alınması barədə çıxarışın ləğv edilməsi ilə əlaqədar məktubun hərrac təşkilatından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməməsini məhkəmə qətnaməsində bu məsələyə münasibət bildirilməməsi ilə əlaqələndirir və hesab edir ki, həmin dəlil əsassız hesab edilməlidir. Məhkəmə iddiaçının hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə əlaqədar istinad etdiyi digər dəlillər ilə əlaqədar qeyd edir ki, iddiada göstərilən bu xüsusatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-416-cı maddələrinin və “İpoteka haqqında” Qanunun məzmununa əsasən düzgün keçirilmiş hərracın etibarsızlığına dəlalət etmədiyindən, bu dəlillərə hüquqi qiymət verilməsi “prosessual qənaət” prinsipi baxımından zəruri deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər «xxxx» ASC, Cavabdeh3, “X2 Mərkəzi” MMC-yə qarşı “protokol, müqavilə və sifarişin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər «xxxx» ASC, Cavabdeh3, “X4 Mərkəzi” MMC-yə qarşı “Protokol, müqavilə və sifarişin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar