Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-495/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Xəlilova Zeynəb Mirzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50902 Samsung galaxy A10 markalı telefon üçün 211 manat ödənilməmiş hissə, 63 manat dəbbə, 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********97103 X4 8 markalı telefon üçün 413 manat ödənilməmiş hissə, 117 manat dəbbə, 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********66075 X4 8T markalı telefon üçün manat ödənilməmiş hissə, 129 manat dəbbə, 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Canon Pixma printer üçün 345.60 manat ödənilməmiş hissə, 108 manat dəbbə, 09.05.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED televizor üçün 1016.80 manat ödənilməmiş hissə, 253 manat dəbbə, ümumilikdə 3087 manat 40 qəpik borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 25.11.2019-cu il, 11.01.2020-ci il, 09.02.2020-ci il, 13.03.2020-ci il, 09.05.20250-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50902 Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********97103 X4 8 markalı telefon, İMEİ kodu **********66075 X4 8T markalı telefon, Canon Pixma printer, LG LED televizor almış və nəticədə 3087.40 (üç min səksən yeddi manat, qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 363 manat (12 ay x 30 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********50902 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 274 manat olmaqla ondan 211 manat ödənilməmiş hissə, 63 manat dəbbə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 588 manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********97103 X4 8 markalı telefon üçün ümumilikdə, 530 manat olmaqla ondan, 413 manat ödənilməmiş hissə, 117 manat dəbbə; 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 manat (12 ay x 48 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********66075 X4 8T markalı telefon üçün ümumilikdə, 560 manat olmaqla ondan, 431 manat ödənilməmiş hissə, 129 manat dəbbə; 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 483.6 manat ( 12 ay x 40.3 manat + 0 manat ilkin ödəniş) Canon Pixma printer üçün ümumilikdə, 453.6 manat olmaqla ondan, 345.6 manat ödənilməmiş hissə, 108 manat dəbbə; 09.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1180.8 manat ( 18 ay x 65.6 manat + 0 qəpik ilkin ödəniş) LG LED televizor üçün ümumilikdə, 1269.8 manat olmaqla ondan, 1016.8 manat ödənilməmiş hissə, 253 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 774 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 09.05.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 1180.80 (min yüz səksən) manat 80 (səksən) qəpik ( 18 ay x 65.6 manat + 0 qəpik ilkin ödəniş) LG LED televizor üçün ümumilikdə, ümumilikdə, 1269.8 manat olmaqla ondan, 1016.8 manat ödənilməmiş hissə, 253 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.03.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 483.6 manat ( 12 ay x 40.3 manat + 0 manat ilkin ödəniş) Canon Pixma printer üçün ümumilikdə, 453.6 manat olmaqla ondan, 345.6 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 09.02.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 576 manat (12 ay x 48 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********66075 X4 8T markalı telefon üçün ümumilikdə, 560 manat olmaqla ondan, 431 manat ödənilməmiş hissə, 129 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11.01.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 588 manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********97103 X4 8 markalı telefon üçün ümumilikdə, 530 manat olmaqla ondan, 413 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 25.11.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 363 manat (12 ay x 30 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********50902 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 274 manat olmaqla ondan 211 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu hesablanmışdır. 10.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********50902 olan Samsung Galaxy A40 markalı telefonun aylıq ödənişi 30 manat, İMEİ kodu **********97103 olan X4 8 telefonun aylıq ödənişi 49 manat, İMEİ kodu **********66075 olan X4 8T telefonun ayıq ödənişi 48 manat, Canon Pixma printerin aylıq ödənişi 40.3 manat, LG LED televizorun aylıq ödənişi 65.6 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 23.01.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh 25.11.2019-cu il, 11.01.2020-ci il, 09.02.2020-ci il, 13.03.2020-ci il və 09.05.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən ona hesablanmış İMEİ kodu **********50902 olan Samsung Galaxy A40 markalı telefon üçün 63 manat, İMEİ kodu **********97103 X4 8 markalı telefon 117 manat, İMEİ kodu **********66075 X4 8T markalı telefon üçün 129 manat, Canon Pixma printer üçün 108 manat, LG LED televizor üçün 253 manat məbləğində cərimələrin tutulmasını ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, İMEİ kodu **********50902 olan Samsung Galaxy A40 markalı telefon üçün 6 manat, İMEİ kodu **********97103 X4 8 markalı telefon üçün 11 manat, İMEİ kodu **********66075 X4 8T markalı telefon üçün 13 manat, Canon Pixma printer üçün 10 manat, LG LED televizor üçün 25 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50902 Samsung galaxy A10 markalı telefon üçün 211 (iki yüz on bir) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********97103 X4 8 markalı telefon üçün 413 (dörd yüz on üç) manat ödənilməmiş hissə, 11 (on bir) manat dəbbə; 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********66075 X4 8T markalı telefon üçün 431 (dörd yüz otuz bir) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə; 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Canon Pixma printer üçün 345 (üç yüz qırx beş) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 10 (on) manat dəbbə; 09.05.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED televizor üçün 1016 (min on altı) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə; Ümumilikdə, 2482 (iki min dörd yüz səksən iki) manat 40 (qırx) qəpik borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-495/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-495/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver