Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4952/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndə və vəkilləri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 2 saylı Bakı ASAN Xidmət mərkəzinin Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı "bağışlama müqavilələrinin etibarsızlığı, çıxarışların ləğvi və vərəsə payının müəyyən olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 2 saylı Bakı ASAN Xidmət mərkəzinin Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı "bağışlama müqavilələrinin etibarsızlığı, çıxarışların ləğvi və vərəsə payının müəyyən olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkil tərəfindən imzalanmış, nümayəndənin yaxın qohum olduğunu təsdiq edən sənəd, vəkilin isə etibarnaməsi ərizəyə əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə verilmişdir. Mülki Prosessual Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, fiziki şəxsin adından onun yaxın qohumu və yaxud vəkili iddia ilə məhkəməyə müraciət edə bilər. Yaxın qohumların siyahısına babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Hazırki işdə X1 iddiaçıların adından iddia ərizəsini imzalayaraq, məhkəməyə müraciət etdiyini bildirsə də, məhkəmə hesab edir ki, sonuncu yaxın qohumlar siyahısına daxil edildiyini təsdiq edən sənədi təqdim etmədiyindən, o, iddiaçıların adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, habelə iddia ərizəsini imzalamaq hüququna malik deyildir. Belə olan halda məhkəmə hesab ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələblərinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 2 saylı Bakı ASAN Xidmət mərkəzinin Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı "bağışlama müqavilələrinin etibarsızlığı, çıxarışların ləğvi və vərəsə payının müəyyən olunması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçılara izah edilməlidir ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmaqla yenidən verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 2 saylı Bakı ASAN Xidmət mərkəzinin Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı "bağışlama müqavilələrinin etibarsızlığı, çıxarışların ləğvi və vərəsə payının müəyyən olunması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4952/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4952/2021
24.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver