Məhkəmə qərarları › İş №2(006)-4965/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4965/2025

14.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4965/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 49 saylı mənzil üzrə hesablanmış 2668,9 manat borcun qanunsuz hesab edilərək cavabdeh "xxxx" ASC tərəfindən (abunə kodu: **********00555) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 49 saylı mənzil üzrə yeni elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və bununla bağlı yeni sayğacın quraşdırılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə tədqim edərək, dəqiqləşmə barədə ərizəsinin müdafiə etmədiyini, ilkin iddia tələbini müdafiə etdiyini bildirmişdir. İşin iddiada qeyd edilən halları: ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 49 saylı mənzilin mülkiyyət hüquqlarını alqı-satqı yolu ilə iddiaçı əldə etmişdir. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarış verilmişdir. Hazırda qeyd olunan 49 saylı mənzil iddiaçının mülkiyyətindədir. Qeyd olunan mıənzilə iddiaçının adına çıxarış verildikdən sonra elektrik enerjisindən istifadəyə görə kommunal abunəçi kodunun öz adına keçirmək üçün “Asan Kommunal” mərkəzinə müraciət etmiş, lakin orada iddiaçıya həmin mənzilin əvvəlki mülkiyyətçisi olan məcburi köçkün Əlif Vəliyevin adına 2668,9 manat borc olduğu üçün abunəçi kodunun iddiaçının adına keçirilməsinin yalnız həmin məbləğ ödənildikdən sonra mümkün olacağı bildirilmiş və müraciətindən imtina edilmişdir. Belə olan halda mənzilə dair mülkiyyət hüquqlarını əldə etməsinə baxmayaraq, mənzilin əvvəlki mülkiyyətçisi olan məcburi köçkün Əlif Vəliyevin adına elektrik enerjisindən istifadəyə görə xx.xx.2016-cı il tarixli 2668,9 manat məcburi köçkün borcu mövcud olduğundan abunəçi kodunun (**********00555) iddiaçının adına keçirilməsi mümkün olmamışdır. Lakin hazırki ərizəyə qoşma qismində məhkəməyə təqdim edilən abonent kodu üzrə şəxsi hesabdan çıxarışdan da göründüyü kimi həmin borc məbləği məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə hesablanmış borcdur və “Elektrik enerjisindın istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı əsasında silinmiş borc hesab edilir. Sonradan ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 49 saylı mənzil (abunə kodu: **********0555) üzrə hesablanmış 2668,9 manat köhnə məcburi köçkün borcunun abunə hesabından silinməsi, abunəçi kodunun onun adına keçirilməsi və kommunal xidmətlərin göstərilməsinə dair müvafiq müqavilənin bağlamasına dair tərəfindən "xxxx" ASC-yə 08 iyul 2025-ci il tarixində yazılı ərizə ilə müraciət edilmişdir. Buna baxmayaraq, hazırki tarixədək "xxxx" ASC tərəfindən iddiaçının müraciətinə münasibət bildirilməmişdir. Belə olduğu təqdirdə, qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, abunəçi kodunun adına dəyişdirilməsindən cavabdehin imtina etməsi əsassıdır və həmin borc silinməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək borcun silinməsi barədə ilkin iddia ərizəsində irəli sürülmüş tələbin təmin edilməsini xahiş etdi Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İ seriyalı, ******* saylı, xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 49 saylı mənzili X2 84000 manat qiymətinə almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışından görünür ki, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 49 saylı mənzil xx.xx.2025-ci il tarixdən İddiaçı tam paylı mülkiyyətindədir. "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixli abunə haqqında məlumatına əsasən ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 49 saylı mənzil ünvanına 2668,9 manat hesablanmış və həmin borcun xx.xx.2016-cı il tarixdə qaçqın borcu kimi silinməsi nəzərdə tutulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar): 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli 15 saylı qərarı ilə təsdiq olunmuş «Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydaları»nın 3-cü və 4-cü bəndlərinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrıayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. Həmin Qaydaların 6-cı bəndinə əsasən kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il 11 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının təsdiq edilməsi barədə” 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ləğv edilmişdir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli, 1206 nömrəli Fərmanında qeyd edilir ki “Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.” Fərmandan da görünüdüyü kimi, məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğlərin dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus mənzilə dair Abunə haqqında arayışın borc bölməsində göstərilmiş 2668,9 manat məbləğin xx.xx.2016-cı il tarixdə silinməli olan qaçqın borcu olduğu qeyd edilmişdir. Beləliklə də, sözügedən məbləğ Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli, 1206 nömrəli Fərmanına əsasən silinməli olduğundan dondurulmuş həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 49 saylı ünvanda yaşayan İddiaçı adına olan **********00555 saylı abunə koduna hesablanmış 2668 manat 90 qəpik elektrik enerjisi borcu silinməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüünvan 1u haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüünvan 1u ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüünvan 1u, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüünvan 1u haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüünvan 1u tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçr dövlət rüünvan 1u ödəməkdən azad olduğu üçün, məhkəmə xərcinə daxil olan dövlət rüünvan 1u cavabdehə aid edilməli, buna görə də, 46.68 manat dövlət rüünvan 1u cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 49 saylı mənzil üzrə **********00555 saylı abunə koduna hesablanmış 2668,9 manat (iki min altı yüz altmış səkkiz manat doxsan qəpik) borc silinsin. "xxxx" ASC-dən 46.68 manat (qırx altı manat 68 qəpik) dövlət rüünvan 1unun əvəzi alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar