Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-498/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 43 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 120706 nömrəli Qeydiyyat Şəhadətnaməsində qeyd edilmiş “X11”nın AZ 565474 nömrəli doğum haqqında şəhadətnamədə və AZ-İİ 057891 nömrəli ölüm haqqında şəhadətnamədə “X10” ilə eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “X11” barəsində verilmiş MH seriyalı 120706 saylı Qeydiyyat Şəhadətnaməsinin, AZ seriyalı 565474 saylı doğum haqqında şəhadətnamədə və AZ-İİ seriyalı 057891 saylı ölüm haqqında şəhadətnamədə qeyd edilmiş “X10”ya məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X10 1963-cü ildə anadan olmuş, 27.12.2019-cu il tarixdə isə ürəyin aterosklerotik xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. X12 Qriqoriyevna isə 2005-ci ildə böyrək çatışmamazlığından Bakı şəhərində vəfat etmişdir. Nənəsindən ona əmlaklar miras qalmışdır. Nənəsinin ondan və anasından başqa heç bir yaxın qohumu olmamışdır. O, bu yaxınlarda nənəsindən miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 43 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirmişlər ki, 27.12.2019-cu il tarixdə vəfat etmiş X3 adına açılmış vərəsəlik işi ilə əlaqədar olaraq toplanmış sənədlərdə uyğunsuzluq olmuşdur. Belə ki, əsas sənəd hesab edilən Daşınmaz əmlaka dair X1 Lyusi Petrosovnanın ata adı Petrovna kimi qeyd edilmişdir. Bu səbəbdən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bildirir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən nənəsinin adına verilmiş MH seriyalı 120706 nömrəli Qeydiyyat Şəhdətnaməsində ata adı Petrovna kimi qeyd edilsə də, nənəsinə məxsus olan doğum haqqında şəhadətnamədə, ölüm haqqında şəhadətnamədə və digər sənədlərdə ata adı Petrosovna kimi yazılmışdır. Nənəsinin ata adında olan səhvlik ona bəzi sənədləşdirmə işlərinin aparılmasında müəyyən çətikliklər yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 43 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Oktyabr rayon Bürosu tərəfindən 14 noyabr 1963-cü il tarixdə verilmiş AZ seriyalı 565474 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01 aprel 1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 noyabr 1963-cü il tarixdə 5365 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 29 dekabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 057891 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 dekabr 2019-cu il tarixdə “ürəyin aterosklerotik xəstəliyi” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 dekabr 2019-cu il tarixdə 2357 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 09 sentyabr 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 282120 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 fevral 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası X7. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26 mart 1982-ci il tarixdə 996 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 15 fevral 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 130428 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 fevral 2005-ci il tarixdə “böyrək çatmamazlığı” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 fevral 2005ci il tarixdə 154 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 12 mart 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 336387 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X2. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 120706 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, 7-ci Binəqədi küçəsi, 3 saylı yaşayış evinin 1 saylı mənzili X9 adından qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2ən verilmiş 03 may 2020-ci il tarixli, 460 saylı cavab məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, tərəflərindən 03.05.2020-ci il tarixdə 27.12.2019-cu ildə vəfat etmiş X5 adına açılmış vərəsəlik işi ilə əlaqədar olaraq toplanmış sənədlərdə uyğunsuzluq olduğundan (Daşınmaz əmlaka dair Qeydiyyat şəhadətnaməsində X5 ata adı Petrovna yazılmışdır) ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinə imtina edilmiş və bununla əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İlk öncə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Bakı şəhəri 43 saylı Notariat Ofisinin Ərizəçi ünvanladığı 03 may 2020-ci il tarixli, 460 saylı cavab məktubunda 27.12.2019-cu ildə vəfat etmiş X5 adına açılmış vərəsəlik işi ilə əlaqədar olaraq toplanmış sənədlərdə uyğunsuzluq olduğundan (Daşınmaz əmlaka dair Qeydiyyat şəhadətnaməsində X5 ata adı Petrovna yazılmışdır) ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinə imtina edilmiş və bununla əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, ərizəçinin nənəsinin ata adı “Petrosovna” olduğu halda, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 120706 saylı Qeydiyyat Vəsiqəsində ata adı “Petrovna” kimi göstərilmişdir. Bu səbəbdən ərizəçi bir sıra sənədləşmə işləri, daha doğrusu ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar çətinlik çəkir. Belə ki, ərizəçi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “X11” barəsində verilmiş MH seriyalı 120706 saylı Qeydiyyat Vəsiqəsinin nənəsi “X10”ya məxsus olması faktını başqa qaydada təsdiq edə bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin nənəsinə məxsus olmuş məhkəmə baxışı zamanı məhkəmə tərəfindən tədqiq edilmiş müxtəlif sənədlərdə (AZ seriyalı 565474 saylı doğum haqqında şəhadətnamədə və AZ-İİ seriyalı 057891 saylı ölüm haqqında şəhadətnamədə) göstərilən nənəsinin ata adı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 120706 saylı Qeydiyyat Vəsiqəsində göstərilən ata adı ilə düz gəlmədiyindən və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “X11” barəsində verilmiş MH seriyalı 120706 saylı Qeydiyyat Vəsiqəsinin, AZ seriyalı 565474 saylı doğum haqqında şəhadətnamədə və AZ-İİ seriyalı 057891 saylı ölüm haqqında şəhadətnamədə qeyd edilmiş “X10”ya məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “X11” barəsində verilmiş MH seriyalı 120706 saylı Qeydiyyat Vəsiqəsinin, AZ seriyalı 565474 saylı doğum haqqında şəhadətnamədə və AZ-İİ seriyalı 057891 saylı ölüm haqqında şəhadətnamədə qeyd edilmiş “X10”ya məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-498/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-498/2022
01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver