Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5006/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «beh müqaviləsi üzrə pulun tutulması və zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, 7-ci Binəqədi küçəsi 1A saylı evin 36 saylı mənzilinin alınması ilə bağlı beh müqaviləsi üzrə verdiyi 65.000 manat pulun ikiqat məbləğdə 130.000 manat, mənzilin dəyəri kimi verdiyi 30.000 manat, bank uçot dərəcəsinə əsasən hesablanmaqla faiz olaraq 21.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, ümumilikdə 231.000 manat pul və 30 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını; həmçinin Cavabdeh barəsində xüsusi qərar çıxararaq prokurora göndərilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7ci Binəqədi küçəsi 1A saylı evin 36 saylı mənzilinin satılması ilə bağlı beh müqaviləsi üzrə verilmiş 65.000 manat pulun iki misli məbləğində 130.000 manat, mənzilin dəyəri kimi verilmiş 40.000 manat, bank uçot dərəcəsinə əsasən hesablanmaqla faiz olaraq 21.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, ümumilikdə 241.000 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 28 dekabr 2017-ci il tarixdə beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinin 1.1-ci bəndinə əsasən (müqavilənin predmeti) Cavabdeh mülkiyyətində olan Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzili 105.000 manata İddiaçı satılması barədə razılığa gəlir. Müqavilənin 2.2-ci bəndinə görə (tərəflərin öhdəlikləri) İddiaçı Cavabdeh 65.000 manat məbləğində pulu beh olaraq verir. Cavabdeh qeyd olunan 65.000 manat beh məbləğini qəbul edir. Bundan başqa, cavabdeh iddiaçıdan mənzilin pulunu tam olaraq alıb, cavabdeh iddiaçıdan mənzilin dəyəri kimi əlavə olaraq hissə-hissə 40.000 manat pul da alıb. Bu hal cavabdehin Nərimanov RPİ İŞ-də verdiyi izahatla təsdiq olunur. Beləliklə, cavabdeh iddiaçıdan mənzilin dəyəri olaraq beh kimi 65.000 manat, hissə-hissə isə 40.000 manat, ümumilikdə 105.000 manat pul almış, lakin, iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək mənzili iddiaçıya satmaqdan imtina etmişdir. Qeyd olunan hallarla bağlı Nərimanov RPİ İŞ sonuncu dəfə 14.11.2020-ci il tarixdə qərar qəbul etmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı hazırkı tələblə 2020-ci ilin dekabr ayında Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə baxışı zamanı iddia tələbini dəyişdirmişdir. Odur ki, iddiaçı beh müqaviləsindən irəli gələn tələblə yenidən məhkəməyə müraciət edir. Beh müqaviləsinin 4.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsasən müqavilənin icra edilməsi üçün beh alan məsuliyyət daşıyırsa, behin iki mislini ödəməlidir. Həmçinin, beh məbləği hesaba alınmaqla zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki Məcəllənin 448.2, 449.1-ci maddələrinə istinad edən iddiaçı tərəf daha sonra qeyd etmişdir ki, cavabdeh 65.000 manat beh almış, lakin öhdəliyini pozmuşdur. Odur ki, behin iki misli – 130.000 manat iddiaçıya qaytarmalıdır. Bundan başqa, mənzilin dəyəri kimi 40.000 manat pul da almışdır, həmin məbləği də qaytarmalıdır. Cavabdeh bu günədək iddiaçıya məxsus 105.000 manat pulu özündə qanunsuz olaraq saxlayır və faydalanır. Odur ki, 3 il ərzində ilə 7 faiz hesablanmaqla cavabdehdən 21.000 manat faiz tutulmalıdır. Cavabdeh iddiaçıya mənəvi zərər vurub, o, bu zərəri də kompensasiya etməlidir. İddiaçı mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Beləliklə, cavabdehdən mənzilin alınması ilə bağlı beh müqaviləsi üzrə verilmiş 65.000 manat pul ikiqat məbləğdə 130.000 manat, mənzilin dəyəri kimi verilmiş 40.000 manat, bank uçot dərəcəsinə əsasən hesablamaqla faiz olaraq 21.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, ümumilikdə 241.000 manat pul tutulmalıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, S.Quliyevin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Cavabdeh ilə İddiaçı arasında 28 dekabr 2017-ci il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 16.02.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzilini İddiaçı 105.000 manata satılması barədə müqavilənin bağlanmasına dair razılığa gəlmişlər. Beh müqaviləsi bir ay müddətinə (28.12.2017-28.01.2018) bağlanmışdır - 10 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzilini X1. - Nərimanov RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Xosrov Şükürovun cinayət işi başlanmasının rədd edilməsi barədə 14 noyabr 2020-ci tarixli qərarında əksini tapmış Cavabdeh verdiyi izahatda qeyd etmişdir ki, 2015-ci ilin yanvar ayında «VTB» bankdan 30.000 ABŞ dolları məbləğində pul krediti götürmüşdür. Buna görə hər ay banka 881 ABŞ dolları məbləğində pul ödəməli olmuşdur. 2014-cü ilin dekabr ayında ABŞ dollarının Azərbaycan manatına nisbətdə bahalaşmasına görə 2015-ci ilin may ayında özünə məxsus ünvan 2 ünvanda yerləşən evi 120.000 manat nağd pula satıb banka olan borcunu tam ödəmək istəmişdir. Buna görə ərazidə ev alğı-satqısı ilə məşğul olan şəxslərdən xahiş etmişdir ki, evinin satılmasında ona köməklik göstərsinlər. Bundan sonra ev alğı-satqısı ilə məşğul olan «Vüsal» adlı şəxs evinin satılması üçün bir neçə müştəri gətirmişdir. Belə ki, Vüsalın gətirdiyi müştərilərlə aralarında olan razılığa əsasən evi 110.000 və ya 115.000 manata sata bilərmişlər. Lakin həmin müştərilərin evi 2-3 ay müddətinə almaq istəmələri ilə həyat yoldaşı ilə birlikdə razılaşmışlar. Buna baxmayaraq, təxminən 10-11 may 2015-ci il tarixdə, dəqiq tarixi xatırlamır. «Vüsal» adlı makler «Ağalar Quliyev» adlı digər müştəri gətirərək ona məxsus evi sonuncuya göstərmişdir. Həmin vaxt o, evdə olmuşdur. Ağalar Quliyev evə girib ona salam vermiş, təxminən 10 dəqiqə ərzində evə və həyətə baxdıqdan sonra Vüsal adlı maklerlə söhbət edərək evdən çıxıb getmişlər. Həmin vaxt Ağalar Quliyev və ya Vüsal ona heç nə deməmişlər və onların nə barədə danışdıqlarını eşitməmişdir. Səhəri gün Vüsal, Ağalar Quliyev və sonuncunun atası Seyfəddin Quliyev ilə birlikdə yaşadığı evə gəlmişlər. Həmin vaxt həyat yoldaşı da evdə olmuşdur. Evin alğı-satqısı ilə bağlı xeyli söhbət etdikdən sonra həyat yoldaşı Camal Qasımov evi 105.000 manat pula Seyfəddin Quliyevə satmağa razılıq vermişdir. Söhbət əsnasında Seyfəddinə bildirmişdir ki, ev «VTB» bankda girovdadır və banka cəmi 881 ABŞ dolları və 650 manat pul ödənilib. Aralarında olan razılığa əsasən S.Quliyev evin pulunu onlara verəndən sonra banka olan kredit borcunu tam şəkildə ödəməli olmuşdur. Buna görə Seyfəddin Quliyev beh qismində ona 1.000 manat nağd pul vermiş, qalan pulu isə may ayının sonuna kimi notarial qaydada alğı-satqı müqaviləsi bağladıqdan sonra verəcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, 31.05.2015-ci il tarixdə oğlu Cavad Cavadzadənin böyük toy məclisi keçirilməli olmuşdur. Buna görə də, ona vacib pul lazım olmuş və Seyfəddin Quliyevdən xahiş etmişdir ki, ayın sonuna kimi alğı-satqı işlərini yekunlaşdırsın. Lakin S.Quliyev may ayının sonuna kimi evin pulunu ödəməyə maddi imkanı olmadığını demiş və onu bir müddət gözləmələrini xahiş etmişdir. O isə oğlunun toyuna görə pul lazım olduğunu bildirmişdir. Buna görə təxminən may ayının sonlarında Ağalar Quliyev gətirib yaşadığı evdə ona 5.000 manat pul vermişdir. O da həmin pulu oğlunun toy məclisinə xərcləmişdir. Alğı-satqı zamanı həmin pulu evin pulundan çıxmalı olmuşdur. 2015-ci ilin may ayından sonrakı müddət ərzində Seyfəddin və oğlu Ağalar Quliyev dəfələrlə yaşadığı evə gələrək bildirmişlər ki, müxtəlif ünvanlarda yerləşən özlərinə məxsus torpaq sahələrini və mənzillərini sataraq pulu verəcəklər. O isə banka kredit ödəməli olduğunu, buna görə evi təcili satmaq istədiyini bildirmişdir. Seyfəddin Quliyev isə alğı-satqı müqaviləsi bağlananadək evin banka olan borcunu öz öhdəsinə götürmüş və yenə də ən qısa zamanda evin pulunu verəcəyini bildirmişdir. Beləliklə, sonuncu dəfə o, «VTB» banka 2015-ci ilin may ayında pul krediti ödəmiş, daha sonra, yəni 2015-ci ilin iyun ayından etibarən aylıq kredit ödənişlərini Ağalar Quliyev ödəməyə başlamışdır. Təxminən 2016-cı ilin oktyabr-noyabr ayında kredit ödənişləri vaxtında yerinə yetirilmədiyindən, «VTB» bank onu məhkəməyə vermişdir. Bu zaman ona məlum olmuşdur ki, Ağalar Quliyev 2016-cı ilin fevral ayına kimi banka pul ödəyib, daha sonra sonuncu dəfə 2018-ci il avqust ayında banka pul ödəyib. Əlavə olaraq bildirmişdir ki, bu müddət ərzində Ağalar Quliyev hissə-hissə olaraq ümumilikdə ona 35.000 manat pul vermişdir. 2017-ci ilin dekabr ayının sonlarında o, səhhətində yaranmış problemlərlə bağlı əməliyyat olunmaq üçün Gürcüstana getməli olmuşdur və buna görə ona, təcili pul lazım olmuşdur. Həmin ərəfələrdə Ağalar Quliyevdən xahiş etmişdir ki, ona pul versin. Ağalar Quliyev isə bildirmişdir ki, notarial qaydada beh müqaviləsi bağlanacağı təqdirdə ona 5.000 manat pul verə bilər. O, məcbur olub razılaşaraq, 28.12.2017-ci il tarixdə Bakı şəhərində yerləşən 03 saylı Notariat Kontorunda Ağalar Quliyevin anası İddiaçı ilə beh müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən 28.01.2018-ci il tarixdə aralarında beh müqaviləsi bağlanan zaman İddiaçı ona 40.000 manat pul ödəməli olmuşdur. Bundan sonra Ağalar Quliyev ona 5.000 manat pul vermişdir. Qeyd etmişdir ki, həmin beh müqaviləsində 65.000 manat yazılsa da, o, həmin məbləği almamışdır. Qeyd etmişdir ki, Ağalar Quliyev hissə-hissə olmaqla 2015-ci ilin may ayından 2017-ci ilin dekabr ayınadək olan müddət ərzində cəmi ona 40.000 manat pul vermişdir. 2015-ci ildə onlar razılaşan zaman Ağalar onun banka olan 30.000 ABŞ dolları məbləğində borcunu ödəyəcəyini öz üzərinə götürmüşdür. Lakin Ağalar həmin pulu ödəmədiyinə görə və 2017-ci ildə devalvasiya nəticəsində ölkədə dollar ekvivalenti 1 manat 70 qəpik olduğuna görə onun banka olan borcu 51.000 manata qalxmışdır. Bu artıma səbəb Ağalar olduğuna görə həmin artımı Ağalar ödəyəcəyini demişdir. O da düşünmüşdür ki, beh müqaviləsində yazılan 65.000 manat pulun 40.000 manatı ona verilən puldur, qalan 25.000 manat isə gecikmə nəticəsində yaranan artımdır. Buna görə də, o, beh müqaviləsinə qol çəkmişdir. Qeyd etmişdir ki, o, ilkin razılaşma olan zaman evi 105.000 manata ona satacağını bildirmişdir. Həmçinin evi banka qoyaraq 30.000 ABŞ dolları məbləğində pul götürdüyünü də bildirmişdir. Sonradan onlar evin pulunun verilməsini gecikdirən zaman o, devalvasiya olduğunu, nəticədə onun banka olan 30.000 ABŞ dolları borcunun 51.000 manat olduğunu demiş və bunun ona sərf etmədiyini bildirmişdir. Onlar da yaranan artımı ödəyəcəklərini demişlər. Beləliklə, beh müqaviləsində ödəyəcəklərinə razılaşmışlar. Həmçinin Ağalar beh müqaviləsi bağlanan zaman ona demişdir ki, «40.000 manat sənə faktiki pul vermişəm, 25.000 manat da devalvasiya nəticəsində bankda yaranan artımı ödəmişəm». Lakin sonradan ona məlum olmuşdur ki, Ağalar bankın devalvasiyadan sonra yaranan artım pulunu ödəməmişdir. O da Ağalardan bankla problemi tam həll etməsini, ona isə 35.000 manat pul verməsini bildirmişdir. Lakin o, buna əməl etməmişdir. Belə ki, o, evini devalvasiya olmamışdan əvvəl onunla 105.000 manata razılaşmışdır və evini banka qoyub 30.000 ABŞ dolları pul götürdüyünü də bildirmişdir. Lakin Ağalar vaxtında ona pulu verməməsi səbəbindən həmin 30.000 ABŞ dolları 51.000 manat olmuşdur. O da Ağalara evinin 105.000 manata yox, 125.000 manat müqabilində satacağını bildirmişdir. Çünki onun evin pulunu gecikdirməsi səbəbindən bu problemi yaranmışdır. Ağalar ümumilikdə 125.000 manat puldan ona hissə-hissə olaraq 40.000 manat pul vermiş, qalan 85.000 manatı isə verməmişdir. O da buna görə evi satmamışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli 2(005)- 241/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı «beh müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)- 1561/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı «daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma, alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilin təhvil verilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 28 dekabr 2017-ci il tarixli beh müqaviləsi bağlanmış, Cavabdeh Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 16.02.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən evin 36 saylı mənzilini İddiaçı 105.000 manata satılması barədə müqavilənin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə İddiaçı həmin mənzili Cavabdeh 105.000 manata almaq məqsədi ilə qabaqcadan ona 65.000 manat məbləğində pulu beh verməsini, Cavabdeh həmin göstərilən məbləği qəbul etməklə özünə məxsus həmin mənzili öz aralarında razılaşdıqları kimi 28.01.2018-ci il tarixədək 105.000 manata İddiaçı satmağı öz öhdəsinə götürmüşlər. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqda İddiaçı tərəfindən Cavabdeh əlavə olaraq 40.000 manat ödəniləcəkdir. Beh müqaviləsi bir ay müddətinə (28.12.2017-28.01.2018) bağlanmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tətəfindən iddiaçıdan mənzilin pulunu tam olaraq alınmasına baxmayaraq onun qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək mənzili ona satmaqdan imtina etməsinə görə beh müqaviləsinin 4.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsaslanmaqla müqavilənin icra edilməsi üçün beh alan tərəfin məsuliyyət daşımaqla, behin iki mislini ödəməli olmasını iddia edir. İş materiallarından görünür ki, polisdə verdiyi izahatında cavabdeh beh müqaviləsində 65.000 manat yazılmasına baxmayaraq həmin məbləği almamasını göstərmiş və 10 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzilini X1. Məhkəmə hesab edir ki, polisdə verdiyi izahatında cavabdeh beh müqaviləsində 65.000 manat yazılsa da, onun həmin məbləği almamasını göstərsə də, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin MUĞ seriyalı 339182 saylı qəbzinə imza edilməklə 65.000 manat pul vəsaitini qəbul etmişdir. Pulun məhz Cavabdeh tərəfindən qəbul edilməsi məhkəmənin yuxarıda adı qeyd edilən Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə (müvafiq ekspert rəyinə əsasən) təsdiq edilir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh iddiaçıdan mənzilin dəyərindən 65.000 manat alsa da, sonda mənzili iddiaçıya satmaqdan imtina etmiş, mənzili başqa şəxsə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. - 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. - 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. - 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Bu baxımdan, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilədə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri o halda qəbul oluna bilər ki, həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin. Hazırki işdə iddiaçı cavabdehlə aralarında rəsmiləşdirilmiş beh müqaviləsində əksini tapmış məlumatları mübahisələndirməsə də (bununla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur) müqavilə tərəfinin üzərinə götürdüyü öhdəlikləri pozması əsası ilə hazırki iddianı qaldırmışdır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Məcəllənin 404.1-ci maddəsinin mənasına görə müqavilə öhdəliyinin lazımınca icra edilməsi üçün müqavilənin məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin və müqavilənin bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Buna görə də şərh olunan maddədə müqavilənin məhkəmə qaydasında təfsiri və onun qaydaları nəzərdə tutulmuşdur. Şübhəsiz ki, müqavilənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalıdır. Bununla yanaşı məhkəmə bütövlükdə müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirməlidir. Bunları müəyyənləşdirmək üçün isə, ilk növbədə bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmaqla, müqavilədəki hər bir sözün etimoloji anlamı, bu sözlərin birləşməsindən əmələ gələn düzgün məna aydınlaşdırılmalıdır. Məhkəmə tərəflər arasındakı müqavilə şərtlərini təfsir edərək və işin faktiki və həqiqi hallarını araşdırmaqla müəyyən olunmuş hallar əsasında hesab edir ki, tərəflər arasında beh müqaviləsi bağlansa da, faktiki olaraq aralarında mübahisəli evin alqı-satqısının ilkin şərtləri ilə bağlı müqavilə bağlanmışdır. Belə ki, müqavilənin məzmunundan görünür ki, evin satış qiyməti 105000 manatdır. İddiaçı tərəfindən verilən 65000 manat beh kimi göstərilsə də, bu məbləğ göründüyü kimi evin satış qiymətinin yarısından da çoxdur. İddiaçı tərəf evin qalan pulu olan 40000 manatın da cavabdehə verilməsini göstərsə də, sonuncu polisdə verdiyi izahatında iddiaçının oğlu (Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə şahid) Ağalar Quliyevin ona hissə-hissə olaraq 40.000 manat pul verməsini, lakin onun bu pulun beh müqaviləsində yazılan 65.000 manat pul olmasını düşünməsini göstərmişdir. Həmçinin də izahatında cavabdeh tərəf 2017-ci ildə devalvasiya nəticəsində ölkədə dollar ekvivalenti 1 manat 70 qəpik olduğuna görə onun banka olan borcu 51.000 manata qalxmasını əsas gətirərək evinin 105.000 manata yox, 125.000 manat müqabilində satacağını bildirmişdir. Çünki onun evin pulunu gecikdirməsi səbəbindən bu problemi yaranmışdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhələr yarandığı üçün, tərəflər arasında yaranmış münasibətlərə və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdeh tərəfə 65.000 manat pul vəsaitini mənzilin alınması ilə bağlı avans kimi ödəməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən, məhkəmənin qənaətinə görə iddiaçı cavabdehdən ödənilmiş 65.000 manat məbləğinin iki qatını tələb etməkdə haqlı deyil. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 65.000 manat pul vəsaitinin qaytarılması hissəsində əsaslıdır və iddia qeyd olunan hissədə təmin edilməlidir. Məhkəmə 65.000 manat pul vəsaitinin qaytarılması hissəsini beh kimi qiymətləndirmədiyi üçün digər iddia tələblərinin də əsasının behin qaytarılması ilə bağlı olmalarını nəzərə alaraq onların əsaslılığına hüquqi qiymət verilməsini zəruri saymır və təmin edilməməsi nəticəsinə gəlir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avans kimi ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avans kimi ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5006/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5006/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver