Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5009/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1193 ( min yüz doxsan üç) manat ödənilməmiş hissə, 370 manat dəbbə pulu, cəmi 1563 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor üçün 1878 (min səkkiz yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 567 manat dəbbə pulu, cəmi 2445 manat, ümumilikdə 4038 manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, cavabdeh xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 02 ədəd Samsung LED markalı televizorlar almış və nəticədə 4008 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1947 manat olan Samsung LED markalı televizor üçün 1563 manat olmaqla ondan, 1193 manat ödənilməmiş hissə, 370 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı 2430 manat olan Samsung Led markalı televizor üçün 2445 manat olmaqla ondan, 1878 manat ödənilməmiş hissə, 567 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1306 manat təşkil edir. Şərh edilənlərə əsasən, iddiaçının nümayəndəsi iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərk təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam badıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsindən görünür ki, Samsung LED markalı televizorlar almış və nəticədə 1947 manat borc yaranmışdır. İş materiallarında olan cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsindən görünür ki, Samsung LED markalı televizorlar almış və nəticədə 2430 manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1947 manat olan Samsung LED markalı televizor üçün 1563 manat olmaqla ondan, 1193 manat ödənilməmiş hissə, 370 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı 2430 manat olan Samsung Led markalı televizor üçün 2445 manat olmaqla ondan, 1878 manat ödənilməmiş hissə, 567 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1306 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə zamanı, həm tərəflərin izahatından, həmçinin iş materiallarından müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1947 manat olan Samsung LED markalı televizor üçün 1563 manat olmaqla ondan, 1193 manat ödənilməmiş hissə, 370 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı 2430 manat olan Samsung Led markalı televizor üçün 2445 manat olmaqla ondan, 1878 manat ödənilməmiş hissə, 567 manat dəbbə pulu hesablanmışdır. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit üzrə əsas və faiz borclarıın ödənilməsində ardıcıl olaraq gecikmələr və ümumiyyətlə ödəməmələr baş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin MM-nin 449.4-cü maddəsinin tələbindən çıxış edərək məhkəmə qeyd edir ki, hazırda iddiaçı bankla cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli kredit müqavilələrində faizlərin hesablanması üçün müddət müəyyənləşdirilmişdir və buna görə də həmin müqavilənin tələbləri əsas götürülməklə əsas borca faizlər müqavilənin qüvvədə olduğu müddət ərzində hesablanmalıdır. Müqavilə müddəti bitdikdən sonra isə kredit məbləğini vaxtında qaytarmadığına görə borcalana gecikdirilmiş məbləğlə bağlı tərəflər arasında bağlanmış müqaviləyə uyğun cərimə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borc məbləği cavabdehdən tutulmalıdır və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçının 370 manat və 567 manat məbləğində cərimə pulun tutulması tələbi ilə iilə bağlı Məhkəmə hesab edirki, həmin tələb tam həcmdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır». Məhkəmə MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq dəbbə pulunun iddia tələbində tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq, Bank tərəfindən tələb edilən dəbbə pulunun məbləğinin azaldılmasını məqsədyönlü hesab edərək, onun məbləğini 37 manat və 57 manat məbləğində müəyyən edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1193 ( min yüz doxsan üç) manat ödənilməmiş hissə, 37(otuz yeddi) manat dəbbə pulu, cəmi 1.230 (min iki yüz otuz) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor üçün 1878 (min səkkiz yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə pulu, cəmi 1.935 (min doqquz yüz otuz beş) manat, ümumilikdə 3.165 (üç min yüz altmış beş) manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1193 ( min yüz doxsan üç) manat ödənilməmiş hissə, 37(otuz yeddi) manat dəbbə pulu, cəmi 1.230 (min iki yüz otuz) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor üçün 1878 (min səkkiz yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə pulu, cəmi 1.935 (min doqquz yüz otuz beş) manat, ümumilikdə 3.165 (üç min yüz altmış beş) manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5009/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5009/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver