Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-505/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-dən 22.000 manat, "xxxx" MMC-dən həmin məbləğin 5 faizi və Cavabdeh3ndən 7 faiz məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin 03 oktyabr 2016-cı il tarixli 67/03 saylı protokoluna əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli icra vərəqəsinin və Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 11.08.2016-cı il tarixli 17/64-538/12-11647/15 saylı sifariş məktubuna əsasən hərraca çıxarılmış və X4 məxsus Cavabdeh1 ASC-də 13.06.2011-ci il tarixli 125 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş «Volkswagen Touareg» markalı ** LJ *** nömrəli avtomobili 22.000 manata almışdır. Avtomobil onun tərəfindən alındıqdan sonra X7, sonra isə digər şəxslərə satılmışdır. Avtomobilin ilk sahibi X5 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli Əmlakın qiymətləndirilməsi barədə hesabatın və "xxxx" MMC-nin Hərracın yekunları barədə 03 oktyabr 2016-cı il tarixli 67/03 nömrəli protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilərək, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın və "xxxx" MMC-nin hərracın yekunları barədə 03 oktyabr 2016-cı il tarixli 67/03 saylı protokolu və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmuşdur. Həmin qətnamədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Odur ki, hərracın yekunları barədə protokol etibarsız sayıldığından avtomobilin onun tərəfindən alınması üçün banka ödəniş etdiyi 22.000 manat, "xxxx" MMC-yə həmin məbləğin 5 faiz və Bakı şəhəri Cavabdeh3nə 7 faiz məbləğin qaytarılması üçün müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 ASC-nin nümayəndələri X9 və X15 Cavabdeh1 ASC-nin problemli aktivlərinin tələb hüququnun "xxxx" QSC-yə keçdiyini qeyd edərək, iddia tələbinin Cavabdeh1 ASC-yə münasibətdə rədd edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 03 oktyabr 2016-cı il tarixli, 67/03 saylı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokolundan görünür ki, 03 oktyabr 2016-cı il tarixdə X4 məxsus “Volkswagen Touareg” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair hərrac keçirilmiş, qeyd edilən avtomobilin satış qiyməti 22.000 manat məbləğində müəyyən edilmiş və hərracın nəticəsi olaraq İddiaçı satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən Cavabdeh1 ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 16.05.2018-ci il tarixli, 2246 saylı aktdan görünür ki, Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən Cavabdeh1 ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X4 dair sənədlər 16.05.2018-ci il tarixli 2246 saylı təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli 2(102)-7174/2018 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(005)-2273/2017 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolunun və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(103)- 1029/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(005)-2273/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolunun və onun doğurduğu bütün hüquqi nəticələrin – İddiaçı, X6 və X10 adına aparılmış qeydiyyatların etibarsız hesab edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat müştərək qaydada cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Səbail rayon İcra Şöbəsindən alınıb müvafiq hesaba keçirilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün 3-cü şəxslər tərəfindən ödənilmiş dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli 2(102)-7174/2018 saylı qərarı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və vəkili Axundov Ramiq Ənvər oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(103)-1029/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş və mübahisələndirilməyən faktlardan göründüyü kimi, İddiaçı "xxxx" MMC-nin 03 oktyabr 2016-cı il tarixli 67/03 saylı protokoluna əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli icra vərəqəsinə və Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 11.08.2016-cı il tarixli 17/64- 538/12-11647/15 saylı sifariş məktubuna əsasən hərraca çıxarılmış, X3 məxsus Cavabdeh1 ASC-də 13.06.2011-ci il tarixli 125 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş «Volkswagen Touareg» markalı ** LJ *** nömrəli avtomobili 22.000 manata almışdır. Avtomobil sonradan X7, daha sonra isə digər şəxslərə satılmışdır. Avtomobilin ilk sahibi X5 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın və "xxxx" MMC-nin hərracın yekunları barədə 03 oktyabr 2016-cı il tarixli 67/03 nömrəli protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə, yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən hazırkı mülki iş üzrə iddiaçının adına olan avtomobilə dair "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolu və onun doğurduğu bütün hüquqi nəticələr – iddiaçının, həmçinin digər şəxslərin (X6 və X10) adına aparılmış qeydiyyat etibarsız hesab edilişdir. Göründüyü kimi, iddiaçının hərracda avtomobili almaq üçün ödədiyi 22.000 manat pul vəsaiti geri qaytarılmalıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, avtomobilin satılması ilə nəticələnmiş hərrac və onun hüquqi nəticələri etibarsız hesab edilmişdir. Belə olduğu təqdirdə, iddiaçının ödədiyi 22.000 manat pul vəsaitinin cavabdehdə saxlanılması üçün hüquqi əsaslar yoxdur, pul geri – iddiaçıya qaytarılmalıdır. Habelə məhkəmə iddia tələbinin digər hissəsi “hərrac təşkilatına ödənilmiş 5 % pul vəsaitinin və icra şöbəsinə ödənilmiş 7 % pul vəsaitinin cavabdehlərdən tutulması” ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: - ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir). «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır. Beləliklə, iddiaçı tərəfindən yuxarıda qeyd edilən xərclərin borclu tərəfindən deyil, hərracı udmuş şəxs, yəni iddiaçı tərəfindən ödənilməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki Prosessual Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, hərracda avtomobilin alınması üçün ödənilmiş 22.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 ASC-dən ("xxxx" ASC-dən) tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hərracda avtomobilin alınması üçün ödənilmiş 22.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 ASC-dən ("xxxx" ASC-dən) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-505/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-505/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver