Məhkəmə qərarları › İş №2(006)-5054/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5054/2022

30.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5054/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********30000 nömrəli abunə koduna qanunsuz olaraq yazılmış 798.23 AZN məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 70 ilə yaxın müddətdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Sözügedan ünvanda yaşadıqları evin sahasi çox kiçik olduğundan oğlunun ailəsi ilə yaşaması üçün istifadələrində olan həyətyanı sahədə ayrı fərdi yaşayış evi inşa etdilər. Hal-hazırda oğlu həmin fərdi yaşayış evində ailəsi ilə bnirlikdə yaşayır. Fərdi yaşayış evinin bütün kommunal xətləri ayrıca quraşdırılmlşdlr. Yalnız elektrik enerjisinin xətləri ayrıca çəkilsə də, evə yeni elektrik sayğacının quraşdırılmasından imtina edirlər. Bununla bağlı 3 saylı Bakl 'ASAN"xidmət mərkəzinə müraciət etdi. Müraciətinə cavab olaraq bildirdilər ki, həmin ünvana nıaxsus olan kodun 2002-2006 -ci illərdə "X1 MMC"- yə 798.23 AZN məbləğində borcu var. Ancaq bu borcu ödənildikdən sonra adıgedən ünvana ayrı kod verilə bilər və yalnız bundan sonra həmin ünvana ayrı sayğac quraşdıra bilərlər. Daha sonra rəsmi olaraq “Azərişıq"ASC-yə xx.xx.2018-cil tarixində bu borcla və yaranmış problemlə bağlı araşdırılması üçün ərizə ilə müraciət etdi. "xxxx" ASC-də öz növbəsinda eyni şəkildə xx.xx.2018-ci il tarixinda 07/yx- 1476 saylı məktubunda cavab olaraq bildirildi ki, yaranmış 798.23 manat borc ödənilməli və yalnız ondan sonra abonent (X4) ilə alqı-satqı müqaviləsinin bağlanması, elektrik enerjisi verilişi xəttinin çəkilişi, yeni sayğacın quraşdlrılması və yeni kod verilməsi mümkündür. Onu qeyd etmək istəyir ki, sözügedən borc ünvan 2 ünvandakı sayğacın xx.xx.2305-ci il tarixində "X2 MMC"-in əməkdaşları tərəfindən dəyişdirildikdən sonra heç bir əsas göstərilmədən qanunsuz olaraq yazılmışdır. Onlar bu yaranmış borcla bağlı nə qədər etiraz bildirsələr də, rəsmi şəkildə müraciat etsələr də "X1 MMC” tərəfindən onlara yaranmış borcla bağlı əsaslı sübutlar göstərilə bilməmişdir. Vaxtaşırı müraciətlərindən sonra qeyd edilən cərimə borcu tələb olunmadı. Bu səbəbdən cərimə borcunun silindiyini zənn etdilər. Yuxarıda qeyd etdiyi kimi, həyətyanı sahədə inşa edilmiş evə elektrik enerjisinin verilməsi üçün yeni sayğacın quraşdırılması ilə əlaqədar müraciət edərkən borcun silinmədiyi məlum oldu. Bildirir ki, 2006-cı il tarixindən Bakı şəhərinin elektrik enerjisi ilə təchizatı "xxxx" ASC-yə verildiyi tarixdən "xxxx" ASC onların mənzilə xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinə kimi, yeni sayğac quraşdırıldığına qədər elektrik enerjisinin orta sərfiyyatla aparılıb və həmin dövr üçün yaramış 620.93 AZN məbləğində borc hissə-hissə ödənilmişdir. Hal-hazırda da sərf olunan enerjiyə görə hər ay tam olaraq bütün borclar ödənilir və sözügedən ünvanın elektrik enerjisinə görə heç bir borcu yoxdur. Bu vaxta qədər 798.23 AZN məbləğində olan cərimə borcu ilə bağlı “Azərişıq’ ASC tərəfindən ona heç bir məlumat və xəbərdarlıq edilməyib. Lakin, əsassız yaranmış və heç bir təsdiqini tapmamış bu borc hələ də silinməmiş qalıb. Hesab edir ki, bu tamamilə qanunsuzdur və öz qüvvəsini itirmişdir. Ona görə də silinməlidir. Bugünkü gün həmin borcu tələb etməkdə "xxxx"ASC haqlı deyil. İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC tərəfindən X3 ünvanlanmış 07/yx-1476 saylı, 21 may 2018-ci il tarixli məktubda göstərilmişdir ki, kompyuter məlumat bazasında **********30000 saylı abunə kodu (X9) üzrə bildiriş vərəqinin geniş təhlili nəticəsində məlum olmuşdur ki, 2002- 2006-cı illər "xxxx" MMC dövrünə elektrik enerjisi sərfiyyatı 798,23 manat borc təşkil edir. 2 ünvan 3 ünvanında yeni inşa edilmiş tikiliyə abonentlə enrji alqı-satqı müqaviləsinin bağlanması, elektrik enrjisi verilişi xəttinin çəkilişi, yeni sayğacın quraşdırılması və yeni kod verilməsi üçün dondurulmuş 798,23 manat debitor borc onun tərəfindən ödənilməlidir. "xxxx" ASC tərəfindən ASC**********30000 saylı koda məxsus mənzildə xx.xx.2006cı il tarixdə Yasamal RETSİ-nin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotunu yoxlayan zaman sayğacdan kənar işlədicilər aşkarlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsaslanaraq 016962 saylı akt rəsmiləşdirilmişdir. İtirilmiş enerjini bərpa etmək məqsədilə ona əlavə ödəniş sənədi təqdim edilmişdir. Mənzilinin xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə kimi, yəni yeni sayğac quraşdırılana qədər elektrik enerji hesabatı işlədicilərin gücünə görə orta sərfiyyatla aparılmışdır. Şikayətlə əlaqədar olaraq komissiiyada iştirakı ilə yazılmış orta sərfiyyatın hesabatına yenidən baxılmış və prosedur qaydalara uyğun olaraq aparılmış hesabatın nəticəsində borcun müəyyən hissəsini ödəməklə qalan hissəsinin silinməsi təklifi ilə razılaşmadıqları üçün ikitərəfli Razılaşma protokolu tərtib etmək mümkün olmamışdır. Belə olduğu halda borc teal vəziyyətdə qalacaqdır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında» Sərəcamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmçinin sərəncamla Azərbaycan Respublikasının ərazisində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizat üçün zəruri olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələblərinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. İş materiallarında olan "xxxx" ASC tərəfindən X3 ünvanlanmış 07/yx-1476 saylı, 21 may 2018-ci il tarixli məktubda göstərilmişdir ki, kompyuter məlumat bazasında **********30000 saylı abunə kodu (X9) üzrə bildiriş vərəqinin geniş təhlili nəticəsində məlum olmuşdur ki, 2002-2006-cı illər "xxxx" MMC dövrünə elektrik enerjisi sərfiyyatı 798,23 manat borc təşkil edir. Göründüyü kimi, borc məbləği üzrə Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müdətlər keçdiyindən tələb öz qüvvəsini itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına olan **********30000 saylı abonent koduna hesablanmış 798.23 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adına olan **********30000 saylı abonent koduna hesablanmış 798.23 manat saylı abunə koduna hesablanmış elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar