Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5079/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına abonent kodu (**********05569) 1695,01 (min altı yüz doxsan beş manat 01 qəpik) manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına abonent kodu (**********20002) 1695,01 (min altı yüz doxsan beş manat 01 qəpik) manat əsassız borc yazılmışdır. Belə ki, həmin evdə yaşayış olmayıb və yaşayış olmadığı halda 1695,01 (min altı yüz doxsan beş manat 01 qəpik) manat borcun yazılması tamamilə qanunsuz və əsassızdır. Bu barədə MKTD 3 saylı xüsusi təyinatlı MKTB-nin 73 saylı MKİS–nin xx.xx.2025-ci il tarixli arayışına əsasən mənzildə 2000-ci ildən yaşayış yoxdur və olmayıb. Asan xidmətə abonent kimi qeydiyyata alınmağı barədə müraciət edəndə ondan məcburi köçkünlərə aid olan 2275,81 manat borcun ödənilməsini tələb etdilər. "xxxx" ASC-yə də eyni məzmunlu xahişlə (tələblə) müraciət etmiş, Azərişıq ASC xx.xx.2022-ci il tarixli 0199/Ə-756/6643 nömrəli məktubla xahişini rədd etmişdir. O, mülkiyyətçisi olduğu mənzildə yaşamamış və yaranmış 2275,81 manat borca görə orada faktiki yaşamış məcburi köçkünlər məsuliyyət daşıyırlar. Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Onun isə Azərişıqla, yaxud onun qurumları ilə hər hansı müqaviləsi yoxdur. Bu iddianı əvvəlcə Nəsimi Rayon Məhkəməsində qaldırmışdır. 2(006)-3465/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadla (hakim Ramin Xəlilov) işin inzibati məhkəməyə aid olduğu vurğulanmaqla iddiaya baxılması mümkünsüz hesab edilmişdir. Bakı inzibati məhkəməsinə üz tutmuş, 2-1(112)-4222/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla iddianın ümumi məhkəməyə aid olması səbəbindən mahiyyəti üzrə baxılmasından imtina olunmuşdur. Şikayət etdiyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1830/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, müraciəti "xxxx" ASC-yə yaranan borcla bağlıdır. Həmin əmlak həyat yoldaşının olub. Çox uzun müddət orada yaşamamışlar. Bunu qonşular da təsdiq edə bilərlər. MKİS arayışında da qeyd olunub. Əmlak yaşayış üçün yararsız idi. 2024-cü ildə yoldaşı rəhmətə gedib və əmlak onun mülkiyyətinə keçib. Müəyyən edilmişdir ki, 509 manat borcları var. Sənədlərdən isə görünür ki, 2170 manat borc var. 1695 manat aktlardan yaranan borc olmuşdur. 23 iyun 2025-ci ildə 510 manat ödəniş etmişlər. Məhkəmədən xahiş edir ki, 1695 manat borcun silinməsi barədə qətnamə çıxarılsın. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, sözügedən borc 2017-ci ilə qədər yaranmış borcdur. İddiaçı tərəf isə qeyd edir ki, orada yaşayış olmayıb. 2002-ci ildən 2013-cü ilə qədər 1695 manat sərfiyyat üzrə borc yaranıb. Həmin borc silinə bilməz və buna görə də iddia rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən (xx.xx.2025-ci il tarixli) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X12 küçəsi, ev 02, mənzil 02, yeni qaydalarla ünvan 2 ünvanın mülkiyyətçisi İddiaçıdır. 5 saylı «Asan xidmət mərkəzi» Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı 437285 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə hipertenziv hipertoniya xəstəliyindən vəfat etmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli şəhadətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi: Bakı şəhəri, Nəsimi rayonu, Z.Abiyev küç. ev 8 mənzil 27 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********. xx.xx.2015 - Asanl. FİN:1T''TB5Z. d/t:xx.xx.1965) və o miras omakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmiək Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.1997-ci tarixdə Gül-X4 verilmiş 30/133389 qeydə alma römrəsi ilə 588 nömrəli kitabın 133389-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X12 küçəsi, ev 2, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 42.31 kv/m, yardımçı sahəsi 22.0 kv/m, 1 otaqlı olan mənzildən ibarətdir. "xxxx" ASC-nin Cəbrayıl Gülhüseynə ünvanladığı xx.xx.2025-ci il tarixli 13-13/2-2/18-G- 10757-5/2025 saylı məktubuna əsasən bununla əlaqədar olaraq bildirilir ki, **********00002 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixə yaranmış 1649,88 manat borc sayğac sərfiyyatına əsasən yaranmış, mənzildə istehlak edilmiş və ödənişi təmin edilməmiş enerji dəyəridir. 1188307 saylı xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X12 küçəsi, ev 02, mənzil 02 ünvanına İddiaçı ilə "xxxx" ASC arasında elektrik enerjisinin verilməsi barədə müqavilə bağlanmışdır. Abunə haqqından sənəddən (abonentin saldosundan) görünür ki, **********20002 saylı abunə kodu üzrə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X12 küçəsi, 02 saylı evin, 02 saylı mənzilinə 366.84+9.64=1649.88 manat borc yazılmışdır. MKTD 3 saylı xüsusi təyinatlı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı mənzil Kommunal Təsərrüfat Birliyinin 73 saylı MKİSnin xx.xx.2025-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X12 küçəsi, 2 saylı evin, 2 saylı mənzilində 2000-ci ildən yaşayış yoxdur və olmayıb. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X12 küçəsində yerləşən 2 saylı evin, 2 nömrəli mənzili iddiaçının hazırda vərəsəsi olduğu mərhum əri Gül-X4 məxsus olmuş və sağlığında "xxxx" ASC-də Gülhüseyn Cəbrayıl adına qeydə alınmış **********20002 saylı abunə koduna 2000-2013-cü illər üzrə sayğac sərfiyyatına əsasən 1649,88 manat borc yaranmışdır. Hazırda İddiaçı 73 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli arayışına istinad edərək, 2000ci ildən sözügedən mənzildə yaşayışın olmamasını bildirib, borcun silinməli olmasını iddia edir. Cavabdeh isə silinməsi tələb olunan məbləğin sayğac sərfiyyatına əsasən hesablandığını bildirərək, iddianın rədd olunmasını xahiş edir. Hazrkı iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş borcdur. Belə ki, "xxxx" ASC ilə əvvəlki istehlakçı arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən cavabdeh elektrik enerjisinin istehlakına olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda elektrik enerjisi ilə təmin etməyi, istehlakçı isə enerjitəchizatı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Əvvəlki istehlakçı cavabdehin alqı-satqı müqaviləsi əsasında istehlakçılara enerjitəchizatı müəssisəsi vasitəsilə elektrik enerjisinin paylanılması ilə əlaqədar göstərdiyi xidmətlərdən istifadəyə görə ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Belə olan halda hazırkı mülkiyyətçi və istehlakçı olaraq İddiaçı evdə elektrik enerjisinin verilməsi üzrə xidmətlərdən istifadə nəticəsində yaranmış borcun iddia ərizəsində istinad etdiyi əsaslarla silinməsini tələb edə bilməz. Belə ki, cavabdeh tərəfindən müvafiq xidmətlərin göstərilməsi istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir. Abonent saldosunun təhlilinə əsasən də müəyyən edilir ki, abonentə hesablanmış borc məbləği evdə elektrik enerjisinin verilməsi üzrə xidmətlərdən istifadə nəticəsində yaranmış borcdur. İddiaçı 2000-ci ildən mənzildə yaşayışın olmaması barəsə MKİS-in verdiyi arayışı təqdim etsə də, məhkəmə həmin arayışı mötəbər hesab etmir və qeyd edir ki, iddiaçının həmin dəlili işdə olan digər sübutlarla təkzib olunur. Belə ki, sözügedən mənzilə dair “Azəriqaz” İB tərəfindən verilmiş abonent saldosunda 2010, 2011, 2012, 2016-cı illərdə qaz sərfiyyatının, 2002 və 2004-cü illərdə ödənişlərin həyata keçirildiyi, habelə "xxxx" ASC tərəfindən verilmiş abonent kartında 2013-2016-cı illər üzrə su sərfiyyatının olduğu, hətta 2013-cü ildə sudan istifadəyə görə 26 manat ödəniş edildiyi müəyyən olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-5079/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5079/2025
05.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver