Məhkəmə qərarları › İş №2(006)-5101/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5101/2020

24.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5101/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, cavabdeh “X12 Azərbaycan” QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə, Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə, Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X8 ilə xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuşdur. Uzun müddət birlikdə yaşadıqları müddət ərzində bir neçə daşınmaz əmlak əldə etmişdilər. Lakin bəzi səbəblərdən xx xxxxxx 2017-ci il tarixdə, Nəsimi rayon məhkəməsinin 2(006)- 9371/2017 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikahları dövründə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117 kv.m olan 2 otaqlı mənzili əldə etmişlər. Həmin mənzilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxx 2006-cı ildə (Seriya; MH N9 0014827) "Çıxarış" almışlar. Ərinin yaxın dostu Cavabdeh2 ilə "xxxx" QSC arasında 350.000 (üç yüz əlli min) manat dəyərində, 072013 nömrəli, 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh2 tərəfindən həmin vəsait götürülmüş və kreditin təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117 kv.m olan 2 otaqlı mənzili ipoteka ilə yüklü edilmişdir. Bütün ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamayırlar. Göstərilən mənzilin Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edildiyindən xəbəri olmamışdır. Necə ola bilər ki, əri birgə əmlakıları onun xəbəri olmadan kiminsə xeyrinə ipoteka ilə yüklü etsin? Hazırda bu səbəbə görə birgə mülkiyyətləri olan ev bankın əmlakına çevrilmək üzrədir. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən məktub göndərilmiş, həmin məktub "tələbin könüllü icrası haqqında" bildirişdən və "icraata başlamaq haqqında" qərardan ibarət olmuşdur. Məsələdən xəbərsiz olduğum üçün göndərilən icra sənədlərinin mahiyyətini başa düşməmişdir. Ailə üzvüləri ilə birgə yoldaşından nə baş verdiyini, evləri nə vaxt və nə üçün, kimin kredit borcu üçün girov qoyulduğunu soruşmuşlar. Yoldaşı dostunun krediti üçün evlərini girov qoyduğunu bildirmişdir. Elə həmin gündən də evlərində dava-dalaş, mübahisə davam edir. Bütün ailə üzvləri yoldaşının bu hərəkətinə, mənzililərinin ipoteka ilə yüklü edilməsinə qarşıdırlar. Hazırda məhkəmə qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti olan evləri artıq hərraca çıxarılmaq ərəfəsindədir. Belə olduğu halda bütün ailələri küçəyə atılacaq və onlar bu yaşlarında küçələrdə qalmalı olacaqlar. Məsələ burasındadır ki, götürülmüş kreditdən xəbərləri olmamış, onlara bu barədə məlumat verilməmiş, kredit və ipoteka müqaviləsindən xəbərsiz olmuşlar. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, mənzillərinin yoldaşı tərəfindən onun dostunun borcu ilə bağlı ipoteka qoyulmasından xəbərsiz olmuşdur. Necə olub ki, bank Cavabdeh2 350.000 manat kredit verib və birgə mülkiyyətlərində olan mənzili ailəsinin digər üzvlərinin razılığı olmadan girov götürüb? Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında “cavabdeh “X12 Azərbaycan” QSC-nin nümayəndəsi X5 məhkəməyə etiraz ərizəsini təqdim edərək, işə baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(009)-225/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, “xxxx” MMC və Cavabdeh2 “X12 Azərbaycan” QSC-nin xeyrinə xx xxx 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457,88 manat faiz (1.817,88 manat kapital və 29.640 manat gecikmə faizi) və 2.000 manat cərimə olmaqla, cəmi 213.247,88 (iki yüz on üç min iki yüz qırx yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində borc, xx xxx 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801,67 manat əsas, 29.752,92 manat faiz (1.782,92 manat kapital və 27.970 manat gecikmə faizi) və 2.000 manat cərimə olmaqla, cəmi 201.554,59 (iki yüz bir min beş yüz əlli dörd manat, əlli doqquz qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 19 (on doqquz) manat poçt xərci müştərək qaydada tutulmuş, ipoteka predmetləri: Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90000 manat, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 253 saylı evin 115 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin risə ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə tutma həmin daşınmaz əşyalara yönəldilmiş,qeyd edilən əşyalar açıq hərracdan satılmış və satışdan əldə edilən vəsait hesabına “X12 Azərbaycan” QSC-nin təmin edilmiş tələbləri ödənilmişdir. Qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X1 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evindən, X4 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilindən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilindən və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməklə həmin daşınmaz əşyalar 1 ay müddətində boşaldılmış (iddiaçıya satıldığı təqdirdə). “X12 Azərbaycan” QSC-nin xeyrinə tutulan borc ödənildikdən sönra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qallan hissəsi müvafiq olaraq X2, X6, İddiaçı və Cavabdeh2 qaytarılmış, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan: 500 (beş yüz) manat “xxxx” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq “X9” MMC-nin hesabına, 50 (əlli) manat məbləğində pul isə dövlət nəfinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “X12 Azərbaycan” QSC, cavabdehlər Cavabdeh2 və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanı ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 51 nömrəli reyestr kitabının 4678 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə iddiası təmin edilməmişdir. Məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının sözügedən iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi əsassız olduğuna dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə, Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X12 Azərbaycan” QSC-yə, Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar