Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5103/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 28 oktyabr 2022-ci il tarixdə - İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq’* ASC tərəfindən barələrində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında NDQ 013892 nömrəli 12 oktyabr 2022-ci il tarixli AKT-ın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 18547.50 (on səkkiz min beş yüz qırx yeddi manat, əlli qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11 noyabr 2022-ci il tarixdə - İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı tərəfindən 100,40 (bir yüz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə iddiaçı X2 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçı X1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 100,40 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5103/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5103/2022
22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver