Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5121/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02378 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat alimentin alınıb ərizəçiyə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, ərizəçi, Maraqlı şəxs ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2014-cü ildə X3 və X2 adlı və xx.xx.2022-ci ildə isə X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Nicat uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etdi. Nicat ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT0142023-02378 saylı barışıq sazişi imzaladılar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşdılar ki, Maraqlı şəxs üç nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə cəmi 240 manat alimenti özü ödəyəcəkdir. Lakin Nicat barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-02378 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs üç nəfər uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat alimentin ondan alınıb ərizəçiyə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından X4 (xx.xx.2022-ci il təvəllüdlü), X3 (xx.xx.2014-cü il təvəllüdlü), X2 (xx.xx.2014-cü il təvəllüdlü) üç uşağı vardır. Masallı Rayon Məhkəməsinin 2(050)-3682/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02378 saylı Barışıq Sazişinə əsasən, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: - İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay hər bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat alimenti anaları Ərizəçi ödəməsinə dair öhdəlik götürür. - Alimentin hesablanması 2023-cü ilin sentyabr ayının 15-dən başlamaqla, hər ayın 15-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02378 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki halda tərəflər arasında alimentlə bağlı münasibətlər üzrə bağlanmış barışıq sazişində müəyyən edilmiş tarix nəzərə alınmaqla aliment tutulması xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə «sazişin məcburi icrası üçün təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02378 saylı Barışıq sazişinin 2ci bəndi: “İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat alimenti anaları Ərizəçi ödəməsinə öhdəlik götürür. Alimentin hesablanması 2023-cü ilin sentyabr ayının 15-dən başlamaqla, hər ayın 15-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir.” - təsdiq olunsun. Alimentin tutulması (ödənilmiş aliment məbləğləri çıxılmaqla) xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5121/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5121/2023
24.11.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver