Məhkəmə qərarları › İş №2(006)-5123/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5123/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5123/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********64314 olan «Samsung Galaxy A50» markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********55364 olan «Samsung Galaxy A20s» markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 129 (bir yüz iyirmi doqquz) manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqavilə üzrə «X5» üçün 114 (bir yüz on dörd) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat dəbbə pulu, 26.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52897 olan «X4 10» markalı telefon, Mİ Power bank üçün 1836 (bir min səkkiz yüz otuz altı) manat ödənilməmiş hissə, 550 (beş yüz əlli) manat dəbbə pulu, 18.11.2019-cu il tarixli müqavilə üzrə «HOFFMANN Şirə çəkən» üçün 126 (bir yüz iyirmi altı) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat dəbbə pulu olmaqla, ümumilikdə 3674 (üç min altı yüz yetmiş dörd) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış, 22.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600 (altı yüz) manat (6 ay x 80 manat + 120 manat ilkin ödəniş) İMEİ kodu **********64314 olan «Samsung Galaxy A50» markalı telefon üçün ümumilikdə, 416 (dörd yüz on altı) manat olmaqla, 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 602 manat (12 ay x 36 manat + 170 manat ilkin ödəniş, İMEİ kodu **********55364 olan «Samsung Galaxy A20s» markalı telefon üçün ümumilikdə, 561 (beş yüz altmış bir) manat olmaqla, 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 129 (bir yüz iyirmi doqquz) manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 141 (bir yüz qırx bir) manat olan «X5» üçün ümumilikdə, 148 (bir yüz qırx səkkiz) manat olmaqla 114 (bir yüz on dörd) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat dəbbə pulu, 26.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52897 olan «X4 10» markalı telefon, Mİ Power bank üçün ümumilikdə, 2386 (iki min üç yüz səksən altı) manat olmaqla, 1836 (bir min səkkiz yüz otuz altı) manat ödənilməmiş hissə, 536 (beş yüz otuz altı) manat dəbbə pulu, 18.11.2019-cu il tarixli müqavilə alqı-satqı qiyməti 160 (bir yüz altmış) manat olan «HOFFMANN Şirə çəkən» üçün ümumilikdə, 163 (bir yüz altmış üç) manat olmaqla, 126 (bir yüz iyirmi altı) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat dəbbə pulu olmaqla, ümumilikdə 3674 (üç min altı yüz yetmiş dörd) manat borc) manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1210 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 22.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 600 (altı yüz) manat təşkil edən İMEİ kodu **********64314 olan «Samsung Galaxy A50» markalı telefonu 120 (bir yüz iyirmi) ilkin ödəniş, 6 ay müddətinə, hər ay 80 (səksən) manat ödəniş etmək şərti ilə Cavabdeh oğluna satmışdır. 15.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 602 (altı yüz iki) manat təşkil edən İMEİ kodu **********55364 olan «Samsung Galaxy A20s» markalı telefonu 170 (bir yüz yetmiş) ilkin ödəniş, 12 ay müddətinə, hər ay 36 (otuz altı) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 15.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 141 (bir yüz qırx bir) manat təşkil edən «X5» üçün 27 (iyirmi yeddi) ilkin ödəniş, 6 ay müddətinə, hər ay 19 (on doqquz) manat ödəniş etmək şərti ilə Cavabdeh oğluna satmışdır. 26.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 2535 (iki min beş yüz otuz beş) manat təşkil edən «X4 10» markalı telefon, Mİ Power bank üçün 699 (altı yüz doxsan doqquz) ilkin ödəniş, 12 ay müddətinə, hər ay 153 (bir yüz əlli üç) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 18.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 160 (bir yüz altmış) manat təşkil edən «HOFFMANN Şirə çəkən» üçün 34 (otuz dörd) manat ilkin ödəniş, 6 ay müddətinə, hər ay 21 (iyirmi bir) manat ödəniş etmək şərti ilə Cavabdeh oğluna satmışdır. 05.05.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 11.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 22.10.2019-cu il, 15.11.2019-cu il, 15.11.2019-cu il, 26.10.2019-cu il, 18.11.2019cu il tarixli müqavilələrə əsasən ümumilikdə, 3674 (üç min altı yüz yetmiş dörd) manat borcu vardır. 21.09.2020-ci il tarixli, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikası, Şəki şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev küçəsi, ev 21 mənzil 6-da qeydiyyatdadır. 14.06.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə "xxxx" MMC ümumi dəyəri 600 (altı yüz) manat təşkil edən İMEİ kodu **********64314 olan «Samsung Galaxy A50» markalı telefonu 120 (bir yüz iyirmi) ilkin ödəniş etmək şərti ilə Cavabdeh oğluna nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 6 ay müddətinə, hər ay 80 (səksən) manat ödəniş etməyi, 15.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə "xxxx" MMC ümumi dəyəri 602 (altı yüz iki) manat təşkil edən İMEİ kodu **********55364 olan «Samsung Galaxy A20s» markalı telefonu 170 (bir yüz yetmiş) ilkin ödəniş şərti ilə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 12 ay müddətinə, hər ay 36 (otuz altı) manat ödəniş etməyi, 15.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə "xxxx" MMC ümumi dəyəri 141 (bir yüz qırx bir) manat təşkil edən «X5» üçün 27 (iyirmi yeddi) ilkin ödəniş etmək şərti ilə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 6 ay müddətinə, hər ay 19 (on doqquz) manat ödəniş etməyi, 26.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə "xxxx" MMC ümumi dəyəri 2535 (iki min beş yüz otuz beş) manat olan «X4 10» markalı telefon, Mİ Power bank üçün 699 (altı yüz doxsan doqquz) manat ilkin ödəniş etməyi, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 12 ay müddətinə, hər ay 153 (bir yüz əlli üç) manat ödəniş etməyi, 18.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə "xxxx" MMC ümumi dəyəri 2535 (iki min beş yüz otuz beş) manat olan «HOFFMANN Şirə çəkən» üçün 34 (otuz dörd) manat ilkin ödəniş etməyi, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 6 ay müddətinə, hər ay 21 (iyirmi bir) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin 22.10.2019-cu il, 15.11.2019-cu il, 15.11.2019-cu il, 26.10.2019-cu il, 18.11.2019-cu il tarixli müqavilələri üzrə dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 22.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 96 manat dəbbə pulunun məbləği endirilməli və 9 manat məbləğində, 15.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 129 manat dəbbə pulunun məbləği endirilməli və 10 manat məbləğində müəyyən edilməli, 15.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 34 manat dəbbə pulunun məbləği endirilməli və 3 manat məbləğində müəyyən edilməli, 26.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 550 manat dəbbə pulunun məbləği endirilməli və 50 manat məbləğində müəyyən edilməli, 18.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 37 manat dəbbə pulunun məbləği endirilməli və 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********64314 olan «Samsung Galaxy A50» markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********55364 olan «Samsung Galaxy A20s» markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqavilə üzrə «X5» üçün 114 (bir yüz on dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, 26.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52897 olan «X4 10» markalı telefon, Mİ Power bank üçün 1836 (bir min səkkiz yüz otuz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 18.11.2019-cu il tarixli müqavilə üzrə «HOFFMANN Şirə çəkən» üçün 126 (bir yüz iyirmi altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə 2910 (iki min doqquz yüz on) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********64314 olan «Samsung Galaxy A50» markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********55364 olan «Samsung Galaxy A20s» markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqavilə üzrə «X5» üçün 114 (bir yüz on dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, 26.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52897 olan «X4 10» markalı telefon, Mİ Power bank üçün 1836 (bir min səkkiz yüz otuz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 18.11.2019-cu il tarixli müqavilə üzrə «HOFFMANN Şirə çəkən» üçün 126 (bir yüz iyirmi altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə 2910 (iki min doqquz yüz on) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar