Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5140/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «elektrik enerjisinin sərfiyyatına görə debitor borcun adından silinməsi ilə bağlı istehlakçı hüquqlarının müdafiəsi» barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «elektrik enerjisinin sərfiyyatına görə debitor borcun adından silinməsi ilə bağlı istehlakçı hüquqlarının müdafiəsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan **********0021 saylı abonent kodunda qeyd edilmiş 902,9 manat debitor borcunun silinməsi və elektrik enerjisinin sərfiyyatına görə adına olan abonent kodunun yeni mülkiyyətçisi X3 adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh tərəfindən yaradılmış sünu maneələrinin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi ev 23A mənzil 21 ünvanda yerləşən yaşayış sahəsi onun mülkiyyətində olmuş və bu barədə AR /MDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona müvafiq çıxarış verilmişdir. Məlum ünvanda yerləşən daşınmaz əmlakını satmaq qərarına gəlmişdir. 2 saylı Bakı Asan Xidmət Mərkəzində notarial ofisi tərəfindən təsdiqlənmiş xx xxxxxx 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən, sözügedən mənzili X1. Məlum mənzilə aid elektrik enerjisinin sərfiyatına görə istifadəsində olan **********0021 saylı abonent kodunu alıcı X2 adına rəsmiləşdirərkən, xx xxxxxx 2001-ci il tarixinə kimi 902,9 manat debitor borcunun olduğu məlum oldu. Sözügedən borcla bağlı cavabdeh tərəfindən indiyə kimi ona məlumat verilməmiş və hər hansı digər mənbədən məlum borcla bağlı məlumatı olmamışdır. Elektrik elenjisinin sərfiyatına görə yaranmış məlum borcun silinməsi məqsədi ilə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, həmin cəmiyyət xx xxxx 2020-ci il tarixli məktubu ilə xahişi təmin etmədi. Cavabdehin məlum məktubundan məlum olur ki, ödəniş tələb olunmayan borclar yalnız abunə vərəqəsində ad dəyişilərkən və borcun olmaması haqqında arayış alarkən tələb olunur. Qeyd edilməlidir ki, cavabdeh sözügedən məktubunda bu borcun necə yaranması barədə açıqlama verməmiş və məlum debitor borc faktının hüquqi əsaslarını qeyd etməmişdir. Bu səbəbdən o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin xx xxxxxx 2000-ci il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu olan **********30021 Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi ev 23A mənzil 21 ünvanı üzrə əsassız olaraq 902,90 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı adına olan **********30021 saylı abonent kodunda qeyd edilmiş 902,90 (doqquz yüz iki manat doxsan qəpik) manat debitor borcu silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına olan **********30021 saylı abonent kodunda qeyd edilmiş 902,90 (doqquz yüz iki manat doxsan qəpik) manat debitor borcu silinsin. İddia tələbi qalan hissədə rədd edilsinş Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5140/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5140/2020
12.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver