Məhkəmə qərarları › İş №2(006)-5170/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5170/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5170/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.06.2019-cu il tarixli müqaviləyə əsasən «Smart Segway» üçün 182 manat ödənilməmiş hissə, 50 manat cərimə, 26.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********43094 olan «Samsung Galaxy A50» markalı telefon üçün 200 manat ödənilməmiş hissə, 63 manat cərimə, 08.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********41735 və **********81772 olan 2 ədəd «Xiaomi Redmi 8» markalı telefon üçün 310 manat ödənilməmiş hissə, 91 manat cərimə, 07.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********37976 olan «İphone 11 Pro Max» markalı telefon üçün 2.998,6 manat ödənilməmiş hissə, 933,4 manat cərimə, 14.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********13290 olan «X4 10» markalı telefon üçün 1.410,8 manat ödənilməmiş hissə, 432,2 manat cərimə olmaqla, cəmi 6.671 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 04.06.2019-cu il, 26.07.2019-cu il, 08.12.2019-cu il, 07.02.2020-ci il və 14.03.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan «Smart Segway», İMEİ Kodu **********43094 olan «Samsung Galaxy A50» markalı telefon, İMEİ Kodu **********41735 və **********81772 olan 2 ədəd «Xiaomi Redmi 8» markalı telefon, İMEİ Kodu **********37976 olan «İphone 11 Pro Max» markalı telefon və İMEİ Kodu **********13290 olan «X4 10» markalı telefon almış, nəticədə 6.671 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.06.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 504 manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan «Smart Segway» üçün 232 manat olmaqla, həmin məbləğdən 182 manat ödənilməmiş hissə, 50 manat cərimə pulu, 26.07.2019-cu il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 840 manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********43094 olan «Samsung Galaxy A50» markalı telefon üçün 263 manat olmaqla, həmin məbləğdən 200 manat ödənilməmiş hissə, 63 manat cərimə pulu, 08.12.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 912 manat (12 ay x 76 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********41735 və **********81772 olan 2 ədəd «Xiaomi Redmi 8» markalı telefon üçün 401 manat olmaqla, həmin məbləğdən 310 manat ödənilməmiş hissə, 91 manat cərimə pulu, 07.02.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3.741,6 manat (12 ay x 311,80 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********37976 olan «İphone 11 Pro Max» markalı telefon üçün 3.932 manat olmaqla, həmin məbləğdən 2.998,6 manat ödənilməmiş hissə, 933,4 manat cərimə pulu, 14.03.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.450,8 manat (12 ay x 120,90 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********13290 olan «X4 10» markalı telefon üçün 1.843 manat olmaqla, həmin məbləğdən 1.410,8 manat ödənilməmiş hissə, 432,2 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.347 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin tələblərini 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək onu bildirdi ki, pandemiya dövründə işləmədiyi üçün ödənişlərində belə problem yaranmasını, yeni işə düzəldiyini, imkan daxilində hər ay ödənişlər edəcəyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.06.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissə-hissə ödəmək şərti ilə «Smart Segway» almışdır. Əşyanın alğı-satqı qiyməti 504 manat olmaqla, cavabdeh 18 ay ərzində hər ay 28 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə əldə edilmiş əşyanın alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 322 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********43094 olan «Samsung Galaxy A50» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 840 manat olmaqla, cavabdeh 12 ay ərzində hər ay 70 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********43094 olan «Samsung Galaxy A50» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 640 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.12.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********41735 və **********81772 olan 2 ədəd «Xiaomi Redmi 8» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 912 manat olmaqla, cavabdeh 12 ay ərzində hər ay 76 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********41735 və **********81772 olan 2 ədəd «Xiaomi Redmi 8» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 602 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********37976 olan «İphone 11 Pro Max» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 3.741,6 manat olmaqla, cavabdeh 12 ay ərzində hər ay 311,8 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********37976 olan «İphone 11 Pro Max» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 743 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********13290 olan «X4 10» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 1.450,8 manat olmaqla, cavabdeh 12 ay ərzində hər ay 120,9 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********13290 olan «X4 10» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 40 manat ödəniş etmişdir. 10.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04.06.2019-cu il, 26.07.2019-cu il, 08.12.2019-cu il, 07.02.2020-ci il və 14.03.2020-ci il tarixli müqavilələr üzrə 5.101,4 manat əsas borcu, 1.569,6 manat cərimə olmaqla, cəmi 6.671 manat borcunun olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərlərini hissə-hissə ödəmək şərti ilə müxtəlif əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə dəbbə pulu hesablanmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 04.06.2019-cu il tarixli müqavilə üzrə 182 manat əsas borc, 10 manat cərimə, 26.07.2019cu il tarixli müqavilə üzrə 200 manat əsas borc, 10 manat cərimə, 08.12.2019-cu il tarixli müqavilə üzrə 310 manat əsas borc, 15 manat cərimə, 07.02.2020-ci il tarixli müqavilə üzrə 2.998,6 manat əsas borc, 100 manat cərimə, 14.03.2020-ci il tarixli müqavilə üzrə 1.410,8 manat əsas borc, 40 manat cərimə, cəmi 5.276,4 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 04.06.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 26.07.2019cu il tarixli müqavilə üzrə 10 manat, 08.12.2019-cu il tarixli müqavilə üzrə 15 manat, 07.02.2020-ci il tarixli müqavilə üzrə 100 manat və 14.03.2020-ci il tarixli müqavilə üzrə 40 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 04.06.2019-cu il tarixli müqavilə üzrə 182 manat əsas borc, 10 manat cərimə, 26.07.2019-cu il tarixli müqavilə üzrə 200 manat əsas borc, 10 manat cərimə, 08.12.2019-cu il tarixli müqavilə üzrə 310 manat əsas borc, 15 manat cərimə, 07.02.2020-ci il tarixli müqavilə üzrə 2.998,6 manat əsas borc, 100 manat cərimə, 14.03.2020-ci il tarixli müqavilə üzrə 1.410,8 manat əsas borc, 40 manat cərimə, cəmi 5.276,4 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar