Məhkəmə qərarları › İş №2(006)-5175/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5175/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5175/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 04.02.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********77795 Samsung Galaxy J7 Neo markalı telefon üçün 156 (yüz əlli altı) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə; 01.08.2018-ci il tarixli müqaviləyə əsasən, Vinzer StoneLine Dərin Tava, 2 ədəd X1, Mehtap Qazan, Tefal Süd sürahi, GORENJE Qapaq, SAMSUNG Tozsoran üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə; 07.08.2018-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Mini soba üçün 45 (qırx beş) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; 02.10.2018-ci il tarixli müqaviləsinə əsasən, Vinzer Bıçaq dəsti, X2 Tava üçün 88 (səksən səkkiz) manat Ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə; 05.12.2018-ci il tarixli müqaviləyə əsasən, Philips Saçqırxan üçün 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; 24.12.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********54322 olan Samsung J3 markalı telefon üçün 434 (dörd yüz otuz dörd) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə; 26.12.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung LED televizor üçün 285 (ikiyüz səksən beş) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə; 02.02.2019-cu il tarixli müqaviləyə əsasən, GORENJE Tozsoran üçün 130 (yüz otuz) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; 03.02.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMANN Mini soba üçün 34 (otuz dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə, 1866 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 04.02.2018-ci il, 01.08.2018-ci il, 07.08.2018-ci il, 02.10.2018-ci il və 05.12.2018-ci il, 24.12.2018-ci il, 26.12.2018-ci il, 02.02.2019-cu il, 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********77795 Samsung Galaxy J7 Neo markalı telefon, Vinzer StoneLine Dərin Tava, 2 ədəd X1 Mehtap Qazan, Tefal Süd sürahi, GORENJE Qapaq, SAMSUNG Tozsoran, 2 ədəd HOFFMANN Mini soba, Vinzer Bıçaq dəsti, X3 Tava, Philips Saçqırxan, İMEİ Kodu **********54322 olan Samsung J3 markalı telefon, Samsung LED televizor, GORENJE Tozsoran almış və nəticədə 1866 (min səkkiz yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.02.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat (18 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********77795 Samsung Galaxy J7 Neo markalı telefon üçün ümumilikdə, 171 (yüz yetmiş bir) manat olmaqla ondan, 156 (yüz dili altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 (on beş) manat cərimə; 01.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 813 (səkkiz yüz on üç) manat (18 ay x 45 manat + 3 manat ilkin ödəniş) Vinzer StoneLine Dərin Tava, 2 ədəd X1, Mehtap Qazan, Tefal Süd sürahi, GORENJE Qapaq, SAMSUNG Tozsoran üçün ümumilikdə, 495 (dörd yüz doxsan beş) manat olmaqla ondan, 450 (dördyüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə; 07.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 189 (yüz səksən doqquz) manat (12 ay x 15 manat + 9 manat ilkin ödəniş) HOFFMANN Mini soba üçün ümumilikdə, 49 (qırx doqquz) manat olmaqla ondan, 45 (qırx beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə; 02.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 (yüz qırx dörd) manat (18 ay x 8 manat + 0 manat ilkin ödəniş) Vinzer Bıçaq dəsti, X3 Tava üçün ümumilikdə, 96 (doxsan altı) manat olmaqla ondan, 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olıuıaraq 8 (səkkiz) manat cərimə; 05.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 143 (yüz qırx üç) manat (11 ay x 13 manat + 0 manat ilkin ödəniş) Philips Saçqırxan üçün ümumilikdə, 85 (səksən beş) manat olmaqla ondan, 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə; 24.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 558 (beş yüz əlli səkkiz) manat (18 ay x 31 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********54322 olan Samsung J3 markalı telefon üçün ümumilikdə, 477 (dörd yüz yetmiş yeddi) manat olmaqla ondan, 434 (dörd yüz otuz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 (qırx üç) manat cərimə; 26.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1311 (min üç yüz on bir) manat (19 ay x 69 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 313 (üç yüz on üç) manat olmaqla ondan, 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə; 02.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 156 (yüz əlli altı) manat (12 ay x 13 manat + 0 manat ilkin ödəniş) GORENJE Tozsoran üçün ümumilikdə, 143 (yüz qırx üç) manat olmaqla ondan, 130 (yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə; 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 253 (iki yüz əlli üç) manat (11 ay x 23 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Mini soba üçün ümumilikdə, 37 (otuz yeddi) manat olmaqla ondan, 34 (otuz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 03.02.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN Mini sobanı 12.11.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsuldan imtina etmiş və məhsul 150 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 26.12.2018-ci il tarixli müqavilə üzrə Samsung LED televizoru 04.09.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsuldan imtina etmiş və məhsul 750 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2569 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 04.02.2018-ci il tarixdə ümumilikdə dəyəri 702 manat təşkil edən “Samsung Galaxy J7” markalı telefon, 01.08.2018-ci il tarixdə ümumilikdə dəyəri 813 manat təşkil edən “Vinzer StoneLine” dərin Tava, 2 ədəd “Mehtap” qazan karniyarik, “Mehtap” qazan, “Tefal” süd sürahi, “GORENJE” qapaq, “SAMSUNG” tozsoran, 07.08.2018-ci il tarixdə ümumilikdə dəyəri 189 manat təşkil edən “Hoffman” markalı mini soba, 02.10.2018-ci il tarixdə ümumilikdə dəyəri 144 manat təşkil edən “Vinzer” bıçaq dəsti, “Granchio Macchiato” krep Tava, 05.12.2018-ci il tarixdə ümumilikdə dəyəri 143 manat təşkil edən “Philips” saçqırxanın, 24.12.2018-ci il tarixdə ümumilikdə dəyəri 558 manat təşkil edən “Samsung J3” markalı telefon, 26.12.2018-ci il tarixdə ümumilikdə dəyəri 1311 manat təşkil edən “Samsung” LED televizorun, 02.02.2019-cu il tarixdə ümumilikdə dəyəri 156 manat təşkil edən “GORENJE” tozsoran, 03.02.2019-cu il tarixdə ümumilikdə dəyəri 253 manat təşkil edən “Hoffman” markalı mini sobanın alqısatqısına dair müqavilələr bağlanılmışdır. Cavabdeh 03.02.2019-cu il tarixli müqavilə üzrə “HOFFMANN” mini sobanı 12.11.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsuldan imtina etmiş və məhsul 150 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 26.12.2018-ci il tarixli müqavilə üzrə “Samsung LED” televizoru 04.09.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsuldan imtina etmiş və məhsul 750 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Tərəflər arasında bağlanmış 02.02.2019, 01.08.2018, 04.02.2018, 03.02.2019, 07.08.2018, 02.10.2018, 05.12.2018, 24.12.2018 və 26.12.2018-ci il tarixli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. 04.02.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 36997 nömrəli alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy J7” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 02.10.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 00320000 nömrəli alqı-satqı müqaviləsi üzrə “Vinzer” bıçaq dəsti, “Granchio Macchiato” krep tava tam qüsursuz halda təhvil verilmişdir. 07.08.2018-ci il tarixli təhvil-təslim aktına əsasən K00242990 nömrəli alqı-satqı müqaviləsi üzrə “Hoffman” markalı mini soba tam qüsursuz halda təhvil verilmişdir. 01.08.2018-ci il tarixli təhvil-təslim aktına əsasən K00235019 nömrəli alqı-satqı müqaviləsi üzrə “Vinzer StoneLine” dərin qapaqlı tava, 2 ədəd “Mehtap” qazan karniyarik, “Mehtap” Qazan, “Tefal” süd sürahi, “GORENJE” qapaq, “SAMSUNG” tozsoran tam qüsursuz halda təhvil verilmişdir. 05.12.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 00403007 nömrəli alqı-satqı müqaviləsi üzrə “Philips” saçqırxan tam qüsursuz halda təhvil verilmişdir. 03.02.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00498334 nömrəli alqı-satqı müqaviləsi üzrə “Hoffman” markalı mini soba tam qüsursuz halda təhvil verilmişdir. 02.02.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00496663 nömrəli alqı-satqı müqaviləsi üzrə “GORENJE” tozsoran tam qüsursuz halda təhvil verilmişdir. 26.12.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 00438446 nömrəli alqı-satqı müqaviləsi üzrə “Samsung LED” televizoru tam qüsursuz halda təhvil verilmişdir. 24.12.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 00434692 nömrəli alqı-satqı müqaviləsi üzrə “Samsung J3” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 22.08.2019-cu il tarixli və 17.06.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 10.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 04.02.2018-ci il tarixli müqaviləsinə əsasən, 156 manat ödənilməmiş hissə, 15 manat cərimə; 01.08.2018-ci il tarixli müqaviləsinə əsasən, 450 manat ödənilməmiş hissə, 45 manat cərimə; 07.08.2018-ci il tarixli müqaviləsinə əsasən 45 manat ödənilməmiş hissə, 4 manat cərimə; 02.10.2018-ci il tarixli müqaviləsinə əsasən 88 manat ödənilməmiş hissə, 8 manat cərimə; 05.12.2018-ci il tarixli müqaviləsinə əsasən 78 manat ödənilməmiş hissə, 7 manat cərimə; 24.12.2018-ci il tarixli müqaviləsinə əsasən 434 manat ödənilməmiş hissə, 43 manat cərimə; 26.12.2018-ci il tarixli müqaviləsinə əsasən 285 manat ödənilməmiş hissə, 28 manat cərimə; 02.02.2019-cu il tarixli müqaviləsinə əsasən 130 manat ödənilməmiş hissə, 13 manat cərimə; 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən 34 manat ödənilməmiş hissə, 3 manat cərimə, ümumilikdə 1866 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 04.02.2018-ci il tarixli müqaviləsinə əsasən 15 manat; 01.08.2018-ci il tarixli müqaviləsinə əsasən 45 manat; 07.08.2018-ci il tarixli müqaviləsinə əsasən 4 manat; 02.10.2018-ci il tarixli müqaviləsinə əsasən 8 manat; 05.12.2018-ci il tarixli müqaviləsinə əsasən 7 manat; 24.12.2018-ci il tarixli müqaviləsinə 43 manat; 26.12.2018-ci il tarixli müqaviləsinə əsasən 28 manat; 02.02.2019-cu il tarixli müqaviləsinə əsasən 13 manat; 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən 3 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04.02.2018-ci il tarixli müqaviləsinə əsasən, 156 manat ödənilməmiş hissə, 15 manat cərimə; 01.08.2018-ci il tarixli müqaviləsinə əsasən, 450 manat ödənilməmiş hissə, 45 manat cərimə; 07.08.2018-ci il tarixli müqaviləsinə əsasən 45 manat ödənilməmiş hissə, 4 manat cərimə; 02.10.2018-ci il tarixli müqaviləsinə əsasən 88 manat Ödənilməmiş hissə, 8 manat cərimə; 05.12.2018-ci il tarixli müqaviləsinə əsasən 78 manat ödənilməmiş hissə, 7 manat cərimə; 24.12.2018-ci il tarixli müqaviləsinə əsasən 434 manat ödənilməmiş hissə, 43 manat cərimə; 26.12.2018-ci il tarixli müqaviləsinə əsasən 285 manat ödənilməmiş hissə, 28 manat cərimə; 02.02.2019-cu il tarixli müqaviləsinə əsasən 130 (yüz otuz) manat ödənilməmiş hissə, 13 manat cərimə; 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən 34 manat ödənilməmiş hissə, 3 manat cərimə, ümumilikdə 1866 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 04.02.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 156 manat, cərimə borcu 15 manat; 01.08.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 450 manat, cərimə borcu üzrə 45 manat; 07.08.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 45 manat, cərimə borcu üzrə 4 manat; 02.10.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 88 manat, cərimə borcu üzrə 8 manat; 05.12.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 78 manat, cərimə borcu üzrə 7 manat; 24.12.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 434 manat, cərimə borcu üzrə 43 manat; 26.12.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 285 manat, cərimə borcu üzrə 28 manat; 02.02.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 130 manat, cərimə borcu üzrə 13 manat; 03.02.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 34 manat, cərimə borcu üzrə 3 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1896 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar