Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5180/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, işçiyə iddia üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, işçiyə iddia üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 88 saylı əmri ləğv edilməsi, məcburi iş buraxma müddəti – yəni, xx.xx.2020-ci il tarixindən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində X2 direktor müavini vəzifəsi bərpa edilməsi və işəgötürən tərəfindən 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1982-ci ildən etibarən Baki şəhəri üzrə Dövlət Sığorta İdarəsində inspektor kimi işə qəbul olunmuş və 38 ildir ki, bu şirkətdə müxtəlif vəzifələrdə işləmişdir. Son vəzifənin X2 direktor müavini olmuşdur. Dövlət Sığorta Kommersiya Şirkəti sədrinin İ müavini A.Hacıyevin xx xxx 2020-ci il tarixli əmrinə əsasən o və digərləri xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən təqaüd yaşının çatması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1973 , xx.xx.1975-ci illər ərzində Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1975-ci ildə Azərbaycan Respublikası Yüngül Sənayə Nazirliyinin Bakı Mahud-Komvol kombinatında işə qəbul olunmuşdur. Ali təhsilini başa vurduqdan sonra xx.xx.1982-ci ildən Bakı şəhəri üzrə Dövlət Sığorta İdarəsində inspektor kimi işə qəbul olunmuşdur. xx.xx.2020-ci ildək isə eyni bir şirkətdə müxtəlif vəzifələrdə, sonda isə X2 direktor müavini kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddətərzində həmişə müsbət xarakterizə olunmuşdur. Məhz buna görə də daima tutduğu vəzifələrdə irəliləyişə nail olmuşdur. Nəzərinizə çatdırır ki, o, xx xxx 2020-ci il tarixindən 814338 və 711014 saylı xəstəlik vərəqələrinə əsasən xx xxxxxx 2020-ci il tarixədək “Yeni Klinika” adlanan xəstəxanada stasionar qaydada müalicə almışdır. O xəstəxanada olarkən olarkən məlumat verdilər ki, ərizəsi və razılığı olmadan, hətta ona bu barədə xəbərdarlıq etmədən xx.xx.2020-ci il tarixdən etibarən tutduğu vəzifədən azad etmişlər. xx.xx.2020-ci il tarixdə o ərizə ilə müdiyyətə müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, müalicədə olduğu dövrdə xəbəri olmadan işdən azad edilmişdir. Lakin hələlik işdən azad olunmağıla bağlı əmr ona verilməmişdir. Ərizəsi xx.xx.2020-ci il tarixdə 1671 sayla qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinin İnsan Resursları və X1 direktoru X4 tərəfindən İT-0287117 saylı əmək kitabçası ona qaytarılmışdır. xx xxx 2020-ci il tarixli 88 saylı əmrin surəti rəsmi olaraq xx.xx.2020-ci il tarixində əmək kitabçası isə xx.xx.2020-ci il tarixində ona verilmişdir. Sonda İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin xx xxx 2020-ci il tarixli, 88 saylı əmrindən görünür ki, İcraatında olan işlərin və sənədlərin yeni struktur vahidlərinə təhvil-təslim edilməsi üçün əmək haqqı sxlanılmaqla xx xxxx 2020-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüd yaşına çatması ilə əlaqədar olaraq İddiaçı X2 direktor müavini vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin İnsan Resursları və X1 direktoru X4 HT-İ №0287117 saylı İddiaçı əmək kitabçasını xx.xx.2020-ci il tarixdə təhvil vermişdir. İş materiallarında olan X2 direktor müavini İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, xx xxx 2020-ci il tarixdən **********1014 saylı xəstəlik vərəqələrinə əsasən xx xxxxxx 2020-ci il tarixliədək koronavirus pandemiyası xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Müalicədə olduğu dövrdə onu xəbəri olmadan, xəstəxanada ola-ola işdən azad edilmişdir. Lkin işdən azad olmağı ilə bağlı əmr ona verilməmişdir. Xahiş edir ki, ona xəstəlik vərəqəsi üzrə əmək haqqının verilməsini və onun işdən çıxmağına qanuna müvafiq olmasını təmin edilməsini əks halda məhkəməyə müraciət edəcəkdir. İş materiallarında olan 711014 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstə olduğu üçün İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə işdən azad edilmişdir. İş materiallarında olan 814338 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xəstə olduğu üçün İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə işdən azad edilmişdir. İş materiallarında olan AZE 0******* saylı xx.xx.2009-cu il tarixdə Bakı-Binəqədi RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955 ildə Ermənistan, Krasnoselo rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Qeyd olunan Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin xx xxx 2020-ci il tarixli, 88 saylı əmrindən göründüyü kimi İcraatında olan işlərin və sənədlərin yeni struktur vahidlərinə təhvil-təslim edilməsi üçün əmək haqqı saxlanılmaqla xx xxxx 2020-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüd yaşına çatması ilə əlaqədar olaraq İddiaçı X2 direktor müavini vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin xx.xx.2020-ci il tarixli məktubundan göründüyü kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin İnsan Resursları və X1 direktoru X4 HT-İ №0287117 saylı İddiaçı əmək kitabçasını xx.xx.2020-ci il tarixdə təhvil vermişdir. X2 direktor müavini İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, xx xxx 2020-ci il tarixdən **********1014 saylı xəstəlik vərəqələrinə əsasən xx xxxxxx 2020-ci il tarixliədək koronavirus pandemiyası xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Müalicədə olduğu dövrdə onu xəbəri olmadan, xəstəxanada ola-ola işdən azad edilmişdir. İşdən azad olmağı ilə bağlı əmr ona verilməmişdir. Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, xəstə olduğu üçün İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə işdən azad edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti xx xxx 2020-ci il tarixli 88 saylı əmri ilə İddiaçı xx.xx.2020-ci il tarixdən ƏM-nin 69-cu maddəsinin 3-çü hissəsinə əsasən təqaüd yaşının çatması ikə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 88 saylı əmri ləğv edilməsi, məcburi iş buraxma müddəti – yəni, xx.xx.2020-ci il tarixndən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində X2 direktor müavini vəzifəsi bərpa edilməsinə dair iddia tələbi təmin edilməlidir. Lakin, işçiyə işəgötürən tərəfindən 5000 manat mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə hesab edir ki, həmin tələb iş materialları ilə sübut edilmədiyinə görə rədd olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 88 saylı əmri ləğv edilsin, məcburi iş buraxma müddəti – yəni, xx.xx.2020-ci il tarixndən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə o, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində X2 direktor müavini vəzifəsinə bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5180/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5180/2020
06.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver