Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5181/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ”ABC-Telecom” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”ABC-Telecom” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 28.09.2019-cu il və 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********655730 olan Huawei P30 markalı telefon, Delongi Qəhvəüyüdən, Kenwood Mikser və Blender, 2 ədəd X1, Samsung Mikrodalğalı soba, Elari qulaqlıq, Plilips Trimmer, Sofram Mikser qabı və sürtkəc, X2 almış və nəticədə 1682 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 756 manat (18 ay x 42 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********65730 Huawei P30 Lite markalı telefon üçün ümumilikdə, 463 manat olmaqla ondan, 421 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 manat cərimə; 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1329.6 manat (12 ay x 110 manat 80 qəpik + 0 manat ilkin ödəniş) Delonghi Qəhvəüyüdən, Kenwood Mikser və Blender, 2 ədəd X1, Samsung Mikrodalğalı soba, Elari qulaqlıq, Philips Trimmer, Sofram Mikser qabı və sürtkəc, X2 üçün ümumilikdə, 1219 manat olmaqla, ondan 1109 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110 manat cərimə hesablanmışdır. Cavabdehin ödədiyi məbləğ 555 manat 60 qəpik təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********655730 olan Huawei P30 markalı telefon üçün 421 manat ödənilməmiş hissə, 42 manat cərimə, 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən Delongi Qəhvəüyüdən, Kenwood Mikser və Blender, 2 ədəd X1, Samsung Mikrodalğalı soba, Elari qulaqlıq, Plilips Trimmer, Sofram Mikser qabı və sürtkəc, X2 üçün 1109 manat ödənilməmiş hissə, 110 manat cərimə, ümumilikdə 1682 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********655730 olan Huawei P30 markalı telefon üçün 421 manat ödənilməmiş hissə, 42 manat cərimə, 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən Delongi Qəhvəüyüdən, Kenwood Mikser və Blender, 2 ədəd X1, Samsung Mikrodalğalı soba, Elari qulaqlıq, Plilips Trimmer, Sofram Mikser qabı və sürtkəc, X2 üçün 1109 manat ödənilməmiş hissə, 110 manat cərimə, ümumilikdə 1682 manat borc, 30 manat dövlət rüsumu Cavabdeh alınaraq ”ABC-Telecom” MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilməyən 30 manat manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********655730 olan Huawei P30 markalı telefon üçün 421 manat ödənilməmiş hissə, 42 manat cərimə, 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən Delongi Qəhvəüyüdən, Kenwood Mikser və Blender, 2 ədəd X1, Samsung Mikrodalğalı soba, Elari qulaqlıq, Plilips Trimmer, Sofram Mikser qabı və sürtkəc, X2 üçün 1109 manat ödənilməmiş hissə, 110 manat cərimə, ümumilikdə 1682 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq ”ABC-Telecom” MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5181/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5181/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver