Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5197/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********45871 olan Samsung Galaxy A10 markalı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 manat dəbbə, cəmi 288 (iki yüz səksən səkkiz) manat borc, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********65432 olan X5 markalı telefon üçün 2704 (iki min yeddi yüz dörd) manat ödənilməmiş hissə, 834 manat dəbbə, cəmi 3538 manat, ümumilikdə 3902 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı MMCnin xeyrinə ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kod **********45871 olan Samsung galaxy A10 və İMEİ kod **********65432 olan X6 markalı telefonlar almış və nəticədə 3902 manat borc yaranmışdır. Cavabdehin müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 manat olan İMEİ kod **********45871 olan Samsung galaxy A10 markalı telefon üçün 364 manat olmaqla ondan, 280 manat ödənilməmiş hissə, 84 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3336 manat olan İMEİ kod **********65432 olan X6 markalı telefon üçün 3538 manat olmaqla, ondan 2704 manat ödənilməmiş hissə, 834 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 667 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” Müştəri”-nin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi peniya ödənilmə\sinə yönəldilə bilər. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, İMEİ kod **********45871 olan Samsung galaxy A10 və markalı telefon almış və nəticədə 315 manat borc yaranmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli müqaviləsində görünür ki, İMEİ kod **********65432 olan X6 markalı telefon almış və nəticədə 3336 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 manat olan İMEİ kod **********45871 olan Samsung galaxy A10 markalı telefon üçün 364 manat olmaqla ondan, 280 manat ödənilməmiş hissə, 84 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3336 manat olan İMEİ kod **********65432 olan X6 markalı telefon üçün 3538 manat olmaqla, ondan 2704 manat ödənilməmiş hissə, 834 manat dəbbə pulu hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». MMC tərəfindən irəli sürülən, 84 manat və 834 manat məbləğində dəbbə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmçinin, Azərbaycan Respublikası MM-nın 600.5-ci maddəsinə əsasən «alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər». Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş 280 və 2704 manat məbləğində borc üçün tələb etdiyi 84 manat və 834 manat məbləğində dəbbə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi dəbbə pulunun məbləğini azaldaraq 8.00 və 83.00 manat məbləğində müəyyən edir. Odur ki, qeyd olunanlara əsasən İddia qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********45871 olan Samsung Galaxy A10 markalı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 8.00 (səkkiz manat) manat dəbbə, cəmi 288 (iki yüz səksən səkkiz) manat borc, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********65432 olan X5 markalı telefon üçün 2704 (iki min yeddi yüz dörd) manat ödənilməmiş hissə, 83 (səksən üç) manat dəbbə, cəmi 2787 (iki min yeddi yüz səksən yeddi) manat, ümumilikdə 3.075 (üç min yetmiş beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********45871 olan Samsung Galaxy A10 markalı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 8.00 (səkkiz manat) manat dəbbə, cəmi 288 (iki yüz səksən səkkiz) manat borc, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********65432 olan X5 markalı telefon üçün 2704 (iki min yeddi yüz dörd) manat ödənilməmiş hissə, 83 (səksən üç) manat dəbbə, cəmi 2787 (iki min yeddi yüz səksən yeddi) manat, ümumilikdə 3.075 (üç min yetmiş beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5197/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5197/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver