Məhkəmə qərarları › İş №2(006)-5209/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5209/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5209/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səməd Cəfərov Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 avqust 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple AirPods üçün 117 (yüz on yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu; 01.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 1170 (min yüz yetmiş) manat ödənilməmiş hissə, 351 (üç yüz əlli bir) manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple AirPods üçün 312 (üç yüz on iki) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat dəbbə pulu; 11.11.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********65299 Xiaomi Mi A2 markalı telefon üçün 147 (yüz qırx yeddi) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 297 (iki yüz doxsan yeddi) manat dəbbə pulu; 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********99011 iPhone 8 markalı telefon üçün 1197 (min yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 359 (üç yüz əlli doqquz) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 5112 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 16.02.2019-cu il, 01.04.2019-cu il, 03.04.2019-cu il, 11.11.2018-ci il, 03.04.2019-cu il, 08.08.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, 2 ədəd Apple AirPods, 2 ədəd Apple saat, İMEİ Kodu **********65299 Xiaomi Mi A2 markalı relefon, İMEİ Kodu **********99011 iPhone 8 markalı telefon almış və nəticədə 5112 (beş min yüz on iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 (dörd yüz altmış səkkiz) manat (12 ay x 39 manat + 0 manat ilkin .iəniş) olan Apple AirPods üçün ümumilikdə, 152 (yüz əlli iki) manat olmaqla ondan 117 (yüz n yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu; 01.04.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1620 (min altı yüz iyirmi) manat (18 ay x 90 manat + 0 manat ilkin ödəniş) olan Apple saat üçün ümumilikdə, 1521 (min beş yüz iyirmi bir) manat olmaqla ondan 1170 (min yüz yetmiş) manat ödənilməmiş hissə, 351 (üç yüz əlli bir) manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 492 (dörd yüz doxsan iki) manat (18 ay x 24 manat + 60 manat ilkin ödəniş) olan Apple AirPods üçün ümumilikdə, 405 dörd yüz beş) manat olmaqla ondan 312 (üç yüz on iki) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat dəbbə pulu; 11.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 882 (səkkiz yüz səksən iki) manat (18 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********65299 Xiaomi Mi A2 markalı telefon üçün ümumilikdə, 191 (yüz doxsan bir) manat olmaqla ondan 147 (yüz qırx yeddi) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat dəbbə pulu; 03.04.2019- cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1620 (min altı yüz iyirmi) manat (18 ay x 90 manat + 0 manat ilkin ödəniş) olan Apple saat üçün ümumilikdə, 1287 (min iki yüz səksən yeddi) manat olmaqla ondan 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 297 (iki yüz doxsan yeddi) manat dəbbə pulu; 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1596 (min beş yüz doxsan altı) manat (12 ay x 133 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********99011 iPhone 8 markalı telefon üçün ümumilikdə, 1556 (min beş yüz əlli altı) manat olmaqla ondan 1197 (min yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 359 (üç yüz əlli doqquz) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2745 manat təşkil edir. Ödəniş Cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 08.08.2019-cu il tarixdə bağlanmış, 00831354 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********99011 olan İphone 8 markalı telefon, 03.04.2019-cu il tarixli 00596200 nömrəli müqaviləyə əsasən Apple Watch 4 44mm, 11.11.2018-ci tarixli ******* nömrəli müqaviləyə əsasən Xiaomi Mi A2 markalı telefon, 03.04.2019-cu il tarixli 00597149 nömrəli müqaviləyə əsasən X4, 01.04.2019-cu il tarixli 00594121 nömrəli müqaviləyə əsasən Apple Watch, 16.02.2019-cu il tarixli 00519191 nömrəli müqaviləyə əsaəsən pple X5 almışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. 08.08.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından İphone 8 markalı telefon, 03.04.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından, Apple Watch 4, 11.11.2018-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından Xioami Mi A2 markalı telefon, 03.04.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından Apple AirPods, 01.04.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından Apple Watch 4,16.02.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktındanApple AirPods-un Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınması görünür. 13.02.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə iddiaçı "xxxx" MMC tərəfindən xəbərdar olunmuşdur. Maliyyə və ödəniş cədvəlindən görünür ki, 16.12.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləğ 117 manat, dəbbə pulu 35, 01.04.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləğ 1170 manat, dəbbə pulu 351 manat, 03.04.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləğ 312 manat, dəbbə pulu 93 manat, 11.11.2018-ci il müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləğ 147 manat, dəbbə pulu 44 manat, 03.04.2019-cu il müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləğ 990 manat, dəbbə pulu 297 manat, 08.08.2019-cu il müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləğ 1197 manat, dəbbə pulu 359 manat təşkil edir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 22.09.2019-cu il tarixli əşyanın alqı-satqısına dair müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və dəbbə pulu azaldılmalıdır. Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh - borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16.02.2019-cu il tarixli müqaviləsinə əsasən, 117 əsas borc, 10 manat dəbbə pulu; 01.04.2019-cu il tarixli müqaviləsinə əsasən 1170 manat əsas borc, 30 manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, 312 manat əsas borc, 20 manat dəbbə pulu; 11.11.2018-ci il tarixli müqaviləsinə əsasən 147 manat əsas borc, 10 manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, 990 manat əsas borc, 30 manat dəbbə pulu; 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 1197 manat əsas borc, 30 manat dəbbə pulu, ümumilikdə, 3933 manat əsas borc, 130 manat dəbbə pulu, cəmi 4063 manat və iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16.02.2019-cu il tarixli müqaviləsinə əsasən, 117 əsas borc, 10 manat dəbbə pulu; 01.04.2019-cu il tarixli müqaviləsinə əsasən 1170 manat əsas borc, 30 manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, 312 manat əsas borc, 20 manat dəbbə pulu; 11.11.2018-ci il tarixli müqaviləsinə əsasən 147 manat əsas borc, 10 manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, 990 manat əsas borc, 30 manat dəbbə pulu; 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 1197 manat əsas borc, 30 manat dəbbə pulu, ümumilikdə, 3933 manat əsas borc, 130 manat dəbbə pulu, cəmi 4063 manat və iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar