Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5211/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.12.2018-ci il tarixli müqaviləyə əsasən «Hoffmann Led» markalı televizor, «Sonorous Surefix» markalı asqı üçün 144 manat ödənilməmiş hissə, 43 manat cərimə, 13.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********67438 olan «Xiaomi Mi A2 Lite» markalı telefon üçün 174 manat ödənilməmiş hissə, 52 manat cərimə, 09.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********33766 olan «X4» markalı telefon üçün 135 manat ödənilməmiş hissə, 40 manat cərimə, 26.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********81182 olan «Samsung Galaxy A10» markalı telefon üçün 228 manat ödənilməmiş hissə, 68 manat cərimə, 23.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********93259 olan «Samsung Galaxy A50» markalı telefon üçün 432 manat ödənilməmiş hissə, 129 manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********48563 olan «Samsung Galaxy A10» markalı telefon üçün 147,4 manat ödənilməmiş hissə, 44,6 manat cərimə, 09.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********86063 olan «İphone 11 Pro Max» markalı telefon üçün 2.444 manat ödənilməmiş hissə, 594 manat cərimə, olmaqla, cəmi 4.675 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 08.12.2018-ci il, 13.03.2019-cu il, 09.06.2019-cu il, 26.07.2019-cu il, 23.11.2019-cu il, 17.01.2020-ci il və 09.02.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan «Hoffmann Led» markalı televizor, «Sonorous Surefix» markalı asqı, İMEİ Kodu **********67438 olan «Xiaomi Mi A2 Lite» markalı telefon, İMEİ Kodu **********33766 olan «X4» markalı telefon, İMEİ Kodu **********81182 olan «Samsung Galaxy A10» markalı telefon, İMEİ Kodu **********93259 olan «Samsung Galaxy A50» markalı telefon, İMEİ Kodu **********48563 olan «Samsung Galaxy A10» markalı telefon və İMEİ Kodu **********86063 olan «İphone 11 Pro Max» markalı telefon almış, nəticədə 4.675 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.12.2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 864 manat (18 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Led» markalı televizor, «Sonorous Surefix» markalı asqı üçün 187 manat olmaqla, həmin məbləğdən 144 manat ödənilməmiş hissə, 43 manat cərimə pulu, 13.03.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 522 manat (18 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********67438 olan «Xiaomi Mi A2 Lite» markalı telefon üçün 226 manat olmaqla, həmin məbləğdən 174 manat ödənilməmiş hissə, 52 manat cərimə pulu, 09.06.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 270 manat (18 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********33766 olan «X4» markalı telefon üçün 175 manat olmaqla, həmin məbləğdən 135 manat ödənilməmiş hissə, 40 manat cərimə pulu, 26.07.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 380 manat (20 ay x 19 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********81182 olan «Samsung Galaxy A10» markalı telefon üçün 296 manat olmaqla, həmin məbləğdən 228 manat ödənilməmiş hissə, 68 manat cərimə pulu, 23.11.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 631 manat (12 ay x 48 manat + 51 manat ilkin ödəniş) olan İMEİ Kodu **********93259 olan «Samsung Galaxy A50» markalı telefon üçün 561 manat olmaqla, həmin məbləğdən 432 manat ödənilməmiş hissə, 129 manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 304,8 manat (12 ay x 21,40 manat + 48 manat ilkin ödəniş) olan İMEİ Kodu **********48563 olan «Samsung Galaxy A10» markalı telefon üçün 192 manat olmaqla, həmin məbləğdən 147,4 manat ödənilməmiş hissə, 44,6 manat cərimə, 09.02.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3.473,6 manat (18 ay x 165,70 manat + 491 manat ilkin ödəniş) olan İMEİ Kodu **********86063 olan «İphone 11 Pro Max» markalı telefon üçün 3.038 manat olmaqla, həmin məbləğdən 2.444 manat ödənilməmiş hissə, 594 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.741 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin tələblərini 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.12.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissə-hissə ödəmək şərti ilə Hoffmann Led» markalı televizor, «Sonorous Surefix» markalı asqı almışdır. Əşyaların alğı-satqı qiyməti 864 manat olmaqla, cavabdeh 18 ay ərzində hər ay 48 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə əldə edilmiş əşyaların alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 720 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.03.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********67438 olan «Xiaomi Mi A2 Lite» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 522 manat olmaqla, cavabdeh 18 ay ərzində hər ay 29 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********67438 olan «Xiaomi Mi A2 Lite» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 348 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.06.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********33766 olan «X4» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 270 manat olmaqla, cavabdeh 18 ay ərzində hər ay 15 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********33766 olan «X4» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 135 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********81182 olan «Samsung Galaxy A10» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 380 manat olmaqla, cavabdeh 20 ay ərzində hər ay 19 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********81182 olan «Samsung Galaxy A10» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 152 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.11.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********93259 olan «Samsung Galaxy A50» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 631 manat olmaqla, cavabdeh 12 ay ərzində hər ay 48 manat, həmçinin 55 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********93259 olan «Samsung Galaxy A50» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 199 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********48563 olan «Samsung Galaxy A10» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 304,8 manat olmaqla, cavabdeh 12 ay ərzində hər ay 21,4 manat, həmçinin 48 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********48563 olan «Samsung Galaxy A10» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 157,4 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.02.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ Kodu **********86063 olan «İphone 11 Pro Max» markalı telefon almışdır. Telefonun alğı-satqı qiyməti 3.473,6 manat olmaqla, cavabdeh 18 ay ərzində hər ay 165,7 manat, həmçinin 491 manat ilkin ödəniş etməli idi. Cavabdeh İMEİ Kodu **********86063 olan «İphone 11 Pro Max» markalı telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 1.029,6 manat ödəniş etmişdir. 07.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08.12.2018-ci il, 13.03.2019-cu il, 09.06.2019-cu il, 26.07.2019-cu il, 23.11.2019-cu il, 17.01.2020-ci il və 09.02.2020-ci il tarixli müqavilələr üzrə 3.704,4 manat əsas borcu, 970,6 manat cərimə olmaqla, cəmi 4.675 manat borcunun olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərlərini hissə-hissə ödəmək şərti ilə müxtəlif əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə dəbbə pulu hesablanmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 08.12.2018-ci il tarixli müqavilə üzrə 144 manat əsas borc, 10 manat cərimə, 13.03.2019cu il tarixli müqavilə üzrə 174 manat əsas borc, 15 manat cərimə, 09.06.2019-cu il tarixli müqavilə üzrə 135 manat əsas borc, 10 manat cərimə, 26.07.2019-cu il tarixli müqavilə üzrə 228 manat əsas borc, 20 manat cərimə, 23.11.2019-cu il tarixli müqavilə üzrə 432 manat əsas borc, 40 manat cərimə, 17.01.2020-ci il tarixli müqavilə üzrə 147,4 manat əsas borc, 15 manat cərimə, 09.02.2020-ci il tarixli müqavilə üzrə 2.444 manat əsas borc, 60 manat cərimə, cəmi 3.874,4 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 08.12.2018-ci il tarixli müqavilə üzrə 10 manat, 13.03.2019cu il tarixli müqavilə üzrə 15 manat, 09.06.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 26.07.2019-cu il tarixli müqavilə üzrə 20 manat, 23.11.2019-cu il tarixli müqavilə üzrə 40 manat, 17.01.2020-ci il tarixli müqavilə üzrə 15 manat və 09.02.2020-ci il tarixli müqavilə üzrə 60 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 08.12.2018-ci il tarixli müqavilə üzrə 144 manat əsas borc, 10 manat cərimə, 13.03.2019-cu il tarixli müqavilə üzrə 174 manat əsas borc, 15 manat cərimə, 09.06.2019-cu il tarixli müqavilə üzrə 135 manat əsas borc, 10 manat cərimə, 26.07.2019-cu il tarixli müqavilə üzrə 228 manat əsas borc, 20 manat cərimə, 23.11.2019-cu il tarixli müqavilə üzrə 432 manat əsas borc, 40 manat cərimə, 17.01.2020ci il tarixli müqavilə üzrə 147,4 manat əsas borc, 15 manat cərimə, 09.02.2020-ci il tarixli müqavilə üzrə 2.444 manat əsas borc, 60 manat cərimə, cəmi 3.874,4 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5211/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5211/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver