Məhkəmə qərarları › İş №2(006)-522/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-522/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-522/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ermənistan SSR Vardenis rayonu Pembək sovetliyi tərəfindən xx.xx.1969-cu il tarixli İ-JZ seriyalı 005463 nömrəli, X6 adına verilmiş doğum haqqında şəhadətnamənin X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə tələbini müdafiə etdi və izahatında bildirdi ki, Ərizəçi mərhum qardaşı X7 müvafiq hüquqmüəyyənedici sənədində soyadın səhv yazılması ucbatından həmin sənədin qardaşına məxsusluğunun müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, ərizəçinin mərhum qardaşı X11, yəni 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərinin müdafiəsi zamanı aldığı güllə yarasından uzun müddət davam edən müalicələrə baxmayaraq, 1997-ci ildə 04 noyabr tarixdə vəfat etmişdir. Mərhum qardaşının birinci növbə vərəsələrindən valideyinləri vəfat etmiş, özü isə ümumiyyətlə evlənməmişdir. Hazırda 2-ci növbə vərəsə kimi ərizəçi qalmışdır. Hazırda ərizəçi mərhum qardaşının ölümü ilə əlaqədar birdəfəlik yardım almaq üçün müraciət etmiş, lakin Nəsimi rayon qeydiyyat şöbəsi həmin mərhum qardaşının doğum şəhadətnaməsində göstərilən soyad ilə digər sənədlərdə olan soyadları arasında fərq yarandığından, mərhum qardaşının doğum akt qeydi ermənistan SSR-də verildiyindən və hazırda bərpa edilməsi mümkün olmadığındna müvafiq sənəd verə bilməmişdir. Yəni ərizəçinin mərhum qardaşının doğum haqqında şəhadətnamə ilə digər sənədlər arasında ziddiyət olduğundan doğum haqqında şəhadətnamə üzrə müvafiq sənədi verə bilmir. Ona görə də, həmin şəhadətnamədə göstərilən sənədin mərhum qardaşına məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərir olması zəruridir. Birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir). İkincisi, həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır. Üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı iş üzrə qeyd edilən şərtlər mövcuddur və məhz ərizəçinin mərhum qardaşı X8 məxsus X12 qeyd edilmiş doğum haqqında şəhadənamənin X9 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, ərizəçinin mərhum qardaşına məxsus digər sənədlərlə, yəni ölüm haqqında şəhadətnamə, hərbi bilet, xidməti vəsiqə, habelə xəstəlik haqqında şəhadətnamə ilə tam müəyyən edilir ki, onun doğum şəhadətnaməsində göstərilən X12 elə X10r və həmin şəhadətnamə ona məxsusdur. Hazırda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi təmsil etdiyi Ərizəçi qardaşının vəfatı ilə əlaqədar birdəfəlik yardımın alınması üçün lazımdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi Şəfəq Salmanlı məhkəməyə məktub göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəməyə nümayəndə göndərə bilmədiklərini qeyd etmiş, məhkəmədən mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Maraqlı şəxs 02 noyabr 2022-ci il tarixli 05/Q-264/68 saylı məktubundan görünür ki, Ərizəçi qardaşının doğumu haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı həmin Şöbəyə müraciət etmişdir. Təqdim olunmuş sənədlər nəzərdən keçirilərkən ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş İ- JZ seriyalı 005463 saylı doğum haqqında şəhadətnamədə «X12» yazıldığı halda, Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə tərtib edilmiş 1040 saylı ölüm haqqında akt qeydində və digər təqdim olunmuş sənədlərdə «X11» qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə istinad edilməklə bildirilmişdir ki, təqdim edilmiş sənədlər arasında ziddiyyət olduğundan doğum haqqında akt qeydinin bərpası qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. - ermənistan SSR Vardenis rayonu Pembək sovetliyi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş İ-JZ seriyalı 005463 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 01 iyul 1969-cu il tarixdə ermənistan SSR Vardenis rayonu Dərə kəndində doğulmuşdur. X5, anası X15r. - Təqdim olunmuş digər sənədlərdən görünür ki, X2 uğrunda gedən döyüşlərdə iştirak etmiş, 29 mart 1992-ci il tarixdə sol plevra sahəsinə keçən, sol ağ ciyəri zədələməklə, sol kürək sümüyünün güllə sınması, döş onurğasının torakal belin sınması, beyin zədələnməsi ilə, çanaq orqanlarının funksiyalarının pozulması ilə kor güllə yarası almışdır. Uzun müddət müalicə alsa da, 29 oktyabr 1997-ci ildə vəfat etmişdir. - Məhkəməyə təqdim edilmiş doğum və ölüm haqqında şəhadətnamələrdən, pensiya vəsiqəsindən, xəstəlik haqqında şəhadətnamələrdən, xidməti vəsiqədən, hərbi biletdən göründüyü kimi, Ərizəçi ilə mərhum X11 bacı-qardaşdır. X1, anaları X15r. X7 adına verilmiş doğum haqqında şəhadətnamədən başqa təqdim olunmuş bütün digər sənədlərdə soyadı, adı və atasının adı X3 qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamədə isə soyadı, adı və atasının adı X4 qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, tarixi Qərbi Azərbaycandan (o vaxtkı ermənistan SSR) pənah gətirmiş azərbaycanlıların sənədlərində bu qəbildən olan səhvlər, uyğunsuzluqlar həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması, həmçinin azərbaycanlıların ad, soyad, atalarının adlarının məqsədyönlü şəkildə səhv göstərilməsi ilə bağlıdır. Yuxarıda qeyd olunan səbəblərdən, vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçinin ərizəsində qeyd etdiyi hal da istisna deyil. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ermənistan SSR Vardenis rayonu Pembək sovetliyi tərəfindən xx.xx.1969-cu il tarixli İ-JZ seriyalı 005463 nömrəli, X6 adına verilmiş doğum haqqında şəhadətnamə hazırkı iş üzrə Ərizəçi qardaşı X8 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ermənistan SSR Vardenis rayonu Pembək sovetliyi tərəfindən xx.xx.1969-cu il tarixli İ-JZ seriyalı 005463 nömrəli, X6 adına verilmiş doğum haqqında şəhadətnamə hazırkı iş üzrə Ərizəçi qardaşı X8 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ermənistan SSR Vardenis rayonu Pembək sovetliyi tərəfindən xx.xx.1969-cu il tarixli İ-JZ seriyalı 005463 nömrəli, X6 adına verilmiş doğum haqqında şəhadətnamə hazırkı iş üzrə Ərizəçi qardaşı X8 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar