Məhkəmə qərarları › İş №2(006)-5239/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5239/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5239/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «iddia müddətinin tətbiqi və kredit bürosuna təqdim edilmiş məlumatlara düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «iddia müddətinin tətbiqi və kredit bürosuna təqdim edilmiş məlumatlara düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid kredit tarixçəsinə daxil edilmiş neqativ məlumatlara (yəni 86 gün gecikdirilmiş borc öhdəliyinin kredit tarixçəsindən silinməsinə) düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ərizənin məhkəməyə verilməsi üçün 21 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı hazırda onun adına olan kredit tarixçəsində yanlış məlumatların (gecikmələrin) əks olunduğunu qeyd edərək, həmin məlumatların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Lakin iş materiallarına onun bu məsələ (yanlış məlumatların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) ilə bağlı cavabdehə müraciət etməsinə dair hər hansı bir sənəd əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisənin pretenziya qaydasında həll edilməsi imkanı mövcud olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, işin baxılması zamanı kifayət qədər tamlığı ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll olunması imkanı tükənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «iddia müddətinin tətbiqi və kredit bürosuna təqdim edilmiş məlumatlara düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar