Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5249/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb oğlunun katibliyi ilə, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və bu barədə MKR-də borcun olmaması barədə müvafiq qeydləri aparmaqla, ipotekaya xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və bu barədə MKRdə borcun olmaması barədə müvafiq qeydləri aparmaqla, ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB QSC ilə onun arasında bağlanmış 08 noyabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinə və eyni tarixdə bağlanmış GMEŞ/0093 saylı ipoteka müqaviləsinə xitam verilməsi; ona məxsus ünvan 1 ünvanda, 0,01675 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 23,1 m2 yaşayış, 64,40 m2 köməkçi sahədən ibarət 1 nömrəli yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi və bu barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılması; onun 08 noyabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin olmaması barədə LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlər aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB QSC ilə onun arasında 08 noyabr 2007-ci il tarixdə ********** saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən illik 24 % ödənilməsi şərti ilə 18 ay müddətinə 17.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə onunla "xxxx" KB QSC arasında GMEŞ/0093 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə İddiaçı öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipotekaya qoyan ünvan 1 ünvanda, 0,01675 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 23,1 m2 yaşayış, 64,40 m2 köməkçi sahədən ibarət 1 nömrəli yaşayış evini girov qoymuşdur. Məhkəmənin nəzərinə onu da çatdırır ki, müqavilənin bitmə müddətindən 12 il vaxt keçmişdir. Belə ki, müqavilənin müddəti 18 ay olmasına və həmin müddətin 2009-cu ildə bitməsinə baxmayaraq, hələ də İddiaçı məxsus ünvan 1 ünvanda, 0,01675 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 23,1 m2 yaşayış, 64,40 m2 köməkçi sahədən ibarət 1 nömrəli yaşayış evi cavabdeh tərəfindən girovda saxlanılır ki, bununla da onun mülkiyyətdən sərbəst istifadə hüququ pozulur. İddiaçı məhkəməyə ərizə göndərərək, üzürlü səbəbə görə məhkəmə iclasına gələ bilmədiyini göstərmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İddiaçı ilə cavabdeh LPO "xxxx" KB QSC arasında bağlanmış 08 noyabr 2007-ci il tarixli KMFŞ/0093-********** saylı kredit müqaviləsinə əsasən İddiaçı bankdan 18 ay müddətinə illik 24 % ödəmək şərti ilə 17.000 manat kredit almışdır; - 08 noyabr 2007-ci il tarixli KMFŞ/0093-********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün müqavilə tərəfləri olan İddiaçı ilə cavabdeh LPO "xxxx" KB QSC arasında 08 noyabr 2007-ci il tarixdə GMFŞ/0093-********** saylı ipoteka müqaviləsi bağlanmış, ünvan 1 ünvanda, 0,01675 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 23,1 m2 yaşayış, 64,40 m2 köməkçi sahədən ibarət 1 nömrəli yaşayış evi ipoteka ilə yüklü edilmişdir; - Mərkəzi Kredit Reyestrindən çıxarışda iddiaçının LPO "xxxx" KB QSC-yə borcu olduğu qeyd olunur; lakin iddia müddətləri çərçivəsində iddiaçıya qarşı hər hansı tələb irəli sürülməmişdir; - İddiaçıya məxsus daşınmaz əmlak kredit müqaviləsinin müddətinin bitməsindən uzun illər keçməsinə baxmayaraq, ipoteka yüklülüyündən azad edilməmişdir; - bu iddiaçının hüquqlarını pozur; iddiaçı bununla bağlı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna pretenziya qaydasında müraciət edərək, borcun silinməsi, bu barədə Mərkəzi Kredit Reyestrində borcun olmaması barədə müvafiq qeydləri aparmaqla, ipotekaya xitam verilməsini xahiş etmişdir; - lakin iddiaçının müraciəti təmin edilməmişdir; - iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Göründüyü kimi, hazırkı iddiada qeyd edilən kredit və ipoteka müqaviləsi üzrə müddət keçmişdir və tələblər qüvvəsini itirmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh LPO "xxxx" KB QSC arasında bağlanmış 08 noyabr 2007-ci il tarixli KMFŞ/0093-********** saylı kredit müqaviləsi və 08 noyabr 2007-ci il tarixli GMFŞ/0093-********** saylı ipoteka müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilməli, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməli və müqavilələr ləğv edilməli, İddiaçı həmin müqavilələr üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılmalı və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməli, İddiaçı məxsus ünvan 1 ünvanda, 0,01675 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 23,1 m2 yaşayış, 64,40 m2 köməkçi sahədən ibarət 1 nömrəli yaşayış evi ipoteka yüklülüyündən azad edilməli və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh LPO "xxxx" KB QSC arasında bağlanmış 08 noyabr 2007-ci il tarixli KMFŞ/0093-********** saylı kredit müqaviləsi və 08 noyabr 2007-ci il tarixli GMFŞ/0093-********** saylı ipoteka müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilsin, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilsin və müqavilələr ləğv edilsin. İddiaçı həmin müqavilələr üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılsın və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda, 0,01675 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 23,1 m2 yaşayış, 64,40 m2 köməkçi sahədən ibarət 1 nömrəli yaşayış evi ipoteka yüklülüyündən azad edilsin və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılsın. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5249/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5249/2021
10.09.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver