Məhkəmə qərarları › İş №2(006)-526/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-526/2021

27.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-526/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, X2, İddiaçı5, İddiaçı2, Cavabdeh ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsızlığı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, X2, İddiaçı5, İddiaçı2, Cavabdeh ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə xxxx İKB ASC-nin 5 saylı filialı arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinin və İddiaçı4 oğlu xxxx İKB ASC-nin 5 saylı filialı arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə xxxx İKB ASC-nin 5 saylı filialı arasında 29 dekabr 2014-cii il tarixində 60 ay müddətinə 300.000 (otuz min) manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində kredit limiti ayrılmışdır. 2014-cü il 29 dekabr tarixli əlavə kredit müqaviləsinə əsasən, İddiaçı1 “xxxx” İKB ASC-nin “5 saylı” filialından illik 23%-lə 36 ay müddətinə 29330 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, 29 dekabr 2014-cü il tarixdə İddiaçı4 ilə ipoteka müqaviləsi bağlanmış və sonuncuya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, 1 otaqlı, ev 9, mənzil 14 ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan kredit və ipoteka müqavilələrini qanuna zidd hesab edirlər və aşağıdakı səbəblərə görə hər iki müqavilə etibarsız hesab olunmalıdır. İddiaçı1 Banka manatla ifadə olunan kreditin verilməsi üçün müraciət edilməsinə və kreditin manatla verilməsinə baxmayaraq, kredit müqaviləsi Azərbaycan Respublikasında əsas və yeganə ödəniş vasitəsi sayılan manatla deyil, xarici valyutada, yəni, ABŞ dolları ilə rəsmiləşdirilmişdir. 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanan zaman tərəflər, xüsusən də kredit alan (iddiaçı) mövcud şəraiti, iqtisadi vəziyyəti, bazarda manat-dollar mübadiləsinin son 14 ildə dəyişməyərək sabit qalmasını əsas götürmüşdür. İpoteka predmeti olaraq girov qoyulan evin real dəyəri qiymətləndirilərkən, yalnız bir tərəfin, bankın mənafe üstünlüyü əsas götürülmüşdür. Nəticə etibarilə, ipoteka predmeti olan mənzil öz real bazar dəyərindən qat-qat aşağı 35.000 (otuz beş min) manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi rəsmiləşdirilən zaman X3 ailə üzvləri olan və mübahisəli mənzildə yaşayan və qeydiyyatda olan İddiaçı3, İddiaçı5 və İddiaçı2 qızma əqdin əsl mahiyyəti izah edilməmiş, nəticə etibarilə sonuncular bağladıqları əqd barəsində yanılmışlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, İddiaçı1 iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Ona görə də cavabdehin nümayəndəsi X4 iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4, X5, İddiaçı5, İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Ъавабдещин нцмайяндяси Е.Мяъидов яризя иля мящкямяйя мцраъият едяряк, ишя иддиачыларын иштиракы олмадан бахылмасыны вя гятнамя гябул едилмясини мящкямядян хащиш етмишдир. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci və 259.0.7-ci maddələrinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 ilə xxxx İKB ASC-nin 5 saylı filialı arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, 60 ay müddətinə 300.000 (otuz min) manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı1 ilə xxxx İKB ASC-nin 5 saylı filialı arasında bağlanmış 2014-cü il 29 dekabr tarixli əlavə kredit müqaviləsindən görünür ki, İddiaçı1 “xxxx” İKB ASC-nin “5 saylı” filialından illik 23%-lə 36 ay müddətinə 29.330 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xxxx İKB ASC-nin 5 saylı filialı ilə İddiaçı4 ilə ipoteka müqaviləsi bağlanmış 29 dekabr 2014-cü il tarixli müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, 1 otaqlı, ev 9, mənzil 14 ipoteka ilə yüklü edilmişdir. Cavabdehin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı1 ilə xxxx İKB ASC-nin 5 saylı filialı arasında 29 dekabr 2014-cii il tarixində 60 ay müddətinə 300.000 (otuz min) manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində kredit limiti ayrılmışdır. 2014-cü il 29 dekabr tarixli əlavə kredit müqaviləsinə əsasən, İddiaçı1 “xxxx” İKB ASC-nin “5 saylı” filialından illik 23%-lə 36 ay müddətinə 29330 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, 29 dekabr 2014-cü il tarixdə İddiaçı4 ilə ipoteka müqaviləsi bağlanmış və sonuncuya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, 1 otaqlı, ev 9, mənzil 14 ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında borc münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində başqa müqaviləni - borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, mənzilin alqı-satqı müqaviləsi notariusda olmuş, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında mənzilin alqı-satqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisələndirilən 29 dekabr 2014-cü il tarixdə imzalanmış və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 6 ildən artıq müddət keçdikdən sonra 29 dekabr 2020-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə (müqaviləsinin etibarsız hesab edilməsi barədə) iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, X2, İddiaçı5, İddiaçı2, Cavabdeh ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, X2, İddiaçı5, İddiaçı2, Cavabdeh ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar