Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5261/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı müstəqil tələbləri sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya Şöbəsini, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər “X3» MMC-yə, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələbləri sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya Şöbəsini, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər “X3» MMC-yə, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin 30.05.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin iddiası qismən təmin edilərək, 14.08.2013-cü il tarixə olan cəmi 1.300.528,45 ABŞ dolları 05.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 1.621.349,84 ABŞ dollarının iddiaçıdan bankın xeyrinə tutulması, tutmanın iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova, məhəllə 615 ünvanında istifadədə olan 0,09837 ha torpaq sahəsində yerləşən birmərtəbəli, 965 kv.m. əsas sahədən ibarət 2 saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın açıq hərracdan satılaraq borcuna yönəldilməsi, satışdan artıq qalan məbləğin ona ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12.03.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə faizborcuna aid hissədə dəyişdirilmişdir. Ali Məhkəmənin 30.10.2017-ci il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə əsasında verilmiş icra vərəqəsi icraya göndərilmiş, icra hərəkətləri həyata keçirilməyə başlanılmış, Yasamal rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən 10.05.2017-ci il tarixdə tutma yönəldilmiş əmlakı 9.000.000 manata qiymətləndirilmişdir. Sözügedən əmlakının bazar qiyməti 15.000.000 manatdan az olmadığından MMC-nin qiymətləndirilməsi ilə razılaşmamışdır və buna görə də qiymətləndirməyə dair 10.05.2017-ci il tarixli hesabatın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 10.05.2017-ci il tarixli hesabat etibarsız hesab edilmiş və qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti 14.214.000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.12.2017-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə proseslərinin getdiyi vaxtda iddiaçının məlumatı və iştirakı olmadan əmlakı 9.000.000 manat qiymətləndirilərək, Cavabdeh1 MMC tərəfindən 03.07.2017-ci il tarixdə hərraca çıxarılmış və Cavabdeh2 ASC hərracı udmuş, 21.08.2017-ci il tarixdə hərracıq yekunlarına dair protokol tərtib edilmiş, müvafiq alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı bu barədə bilən kimi sözügedən hərracın nəticələrinə dair protokolun vəalqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, əmakına dair keçirilmiş hərracın yekunlarına dair 21.8.2017-ci il tarixli protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bu qətnamədən Cavabdeh2 ASC tərəfindən apellyasiya şikayəti verildiyi vaxtda iddiaçının əmlakının qiymətləndirilməsi ilə bağlı mülki iş üzrə Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 15.12.2017-ci il tarixli qətnaməsini ləğv edilərək həmin işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin 28.08.2018-ci il tarixli qərardadı ilə «hərracın yekunlarına dair 21.08.2017-ci il tarixli protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işlə «əmlakın qiymətləndirilməsinə dair hesabatın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.08.2019-cu il tarixli qətnaməsi ilə «əmlakın qiymətləndirilməsinə dair hesabatın etibarsız hesab edilməsi» tələbi ilə bağlı Nərimanov rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli qətnaməsi, həmçinin «hərracın yekunlarına dair 21.08.2017-ci il tarixli protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbi ilə bağlı Nərimanov rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və hər iki iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən sözügedən qətnamə qəbul edilənə kimi Cavabdeh2 ASC ƏMDK yanında DƏDRX-ə qarşı iddia ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.06.2018-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə dair bankın adına çıxarışın verilməsi vəzifəsi DƏDRX-ə həvalə edilmişdir. İddiaçı tərəfindən həmin qərardan şikayət verilmiş, qərar ləğv edilmiş və mülki işlərə baxılana qədər həmin iş üzrə icraat dayandırılmışdır. Buna baxmayaraq, Cavabdeh2 ASC hansısa yollarla iddiaçının mülkiyyətinə dair öz adına çıxarış almağa müvəffəq olmuşdur. Bunu bilən kimi iddiaçı «həmin çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda özgəninkiləşdirmənin qadağan edilməsinə dair iddianın təmin tədbiri də vermiş və məhkəmənin 10.07.2019-cu il tarixli qərardadı ilə ərizəsi təmin edilmişdir. Eyni zamanda iddiaçı ƏMDK yanında DƏDRXə qarşı qanunsuz çıxarış verilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 02.10.2019-cu il tarixli qərardadı ilə əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Göründüyü kimi, əmlakın üzərinə məhkəmə qərarlalı ilə həbs qoyulmasına baxmayaraq, Cavabdeh2 ASC hansısa yollarla öz adına çıxarış alaraq iddiaçının mülkiyyət hüquqlarını açıq-aşkar pozmuş və pozmaqda da davam edir. İddiaçı tərəfindən Cavabdeh2 ASC-nin rəhbərliyinin israrlı xahişlərinə və ona söz verdikləri şərtlərə görə əmlakı Cavabdeh2 ASC-nin «Mərkəzi Bank»a olan borcuna görə «Mərkəzi Bank»ın xeyrinə sonrakı ipoteka müqavilələri ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqavilələrində iddiaçının əmlakının dəyəri 9.650.000 manat qiymətləndirilmişdir. İddiaçının əmlakı ilə bağlı hərrac keçirilən zaman isə sonrakı ipoteka qoyan kimi «Mərkəzi Bank»a məlumat verilməmiş, «Mərkəzi Bank»ın həmin hərracdan və əmlakının ilkin ipoteka saxlayan tərəfindən öz adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Qeyd olunanlardan göründüyü kimi ipoteka predmeti ilə bağlı hər hansı hərəkətlərin edilməsi zamanı mütləq qaydada sonrakı ipoteka saxlayanların məlumatı (razılığı) olmalıdır. Lakin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova, məhəllə 615 ünvanında istifadədə olan 0,09837 ha torpaq sahəsində yerləşən birmərtəbəli, 965 kv.m. əsas sahədən ibarət 2 saylı qeyri-yaşayış binasının qiymətləndirilməsi, açıq hərraca çıxarılması, hərracdan satılması ilə bağlı proseslərdən sonrakı ipoteka saxlayan kimi «Mərkəzi Bank»ın məlumatı (razıdlığı) olmamışdır ki, keçirilmiş qeyd-şərtsiz etibarsız sayılması üçün əsasdır. Mülkiyyət hüquqlarını qorumaq üçün bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova məhəllə 615 ünvanında istifadədə olan 0,09837 ha torpaq sahəsində yerləşən birmərtəbəli, 965 kv.m. əsas sahədən ibarət 2 saylı qeyri-yaşayış binasına dair keçirilmiş hərracın yekunlarına dair 21.08.2017-ci il tarixli protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir və məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qətnamələr qəbul edilmişdir. Lakin bundan əvvəl verdiyi iddia ərizəsinin əsasını – iddiaçının şəxsən özünün hərrac barədə məlumatının və iştirakının olmaması təşkil edirdi. Hazırki iddianın əsasını isə – hərracın keçirilməsi barədə məhz sonrakı ipoteka saxlayan kimi «Mərkəzi Bank»ın məlumatının (razılığının) olmaması təşkil edir. Göstərilənlərə əsasən iddiaçının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova, məhəllə 615 ünvanında istifadədə olan 0,09837 ha torpaq sahəsində yerləşən birmərtəbəli, 965 kv.m. əsas sahədən ibarət 2 saylı qeyri-yaşayış binasına dair keçirilmiş hərracın yekunlarına dair 21.08.2017-ci il tarixli protokolun və həmin tarixli müvafiq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının bu məsələ ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çıxışları da Mərkəzi Bankın mövqeyini əhatə edir və göründüyü kimi qeyd olunan məsələ ilə bağlı iddi tələbi də məhz Mərkəzi Bank tərəfindən verilməli idi. İddiaçının izahatında da göründüyü kimi, bu məsələ ilə bağlı daha əvvəl də məhkəmələrə müraciətlər olunmuş və iddia tələbləri rədd olunmuşdur. İddiaçının başqa banklara da borcları vardır. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi Nərgiz Səmədova iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qaşı üçüncü şəxs qismində Cavabdeh2 ASC və Bakı şəhər Yasamal rayon İcra Şöbəsinə qarşı iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 10.05.2017-ci il tarixli 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiymətinin 14.214.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.12.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin olunmamış, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli qərarı ilə Cavabdeh2 ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan əlavə Nərimanov rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və Cavabdeh2 ASC-yə qarşı iddiası təmin edilmiş, Cavabdeh1 MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən qeyri-yyaşayış sahəsinin Cavabdeh2 ASC-yə satılmasına dair hərracın yekunları barədə 21.08.2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.08.2018-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və Cavabdeh2 ASC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair 2(103)-6124/2018 saylı mülki işin İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üçüncü şəxs qismində Cavabdeh2 ASC və Bakı şəhər Yasamal rayon İcra Şöbəsi cəlb edilməklə «əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin qiymətinin müəyyən edilməsi» tələbinə dair 2(103)-9334/2018 saylı mülki işlə bir icraatda birləşdirilməsi və həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli,2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs Cavabdeh2 ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Nərimanov rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və hazırki iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.02.2020-ci il tarixli 2(102)- 8358/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə müəyyən edilmişdir ki, hərrac qanunvericiliyin tələblərinə əməl edilməklə keçirilmişdir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər “X3» MMC və Azərbaycan Respublikasının Mərkəzi Bankı, müstəqil tələbləri sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya Şöbəsi və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh2 ASC (borcalan) və İddiaçı (ipoteka qoyan) arasında bağlanmış 17.04.2015-ci il tarixli İBQ15-1678/1 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m. olan qeyri-yaşayış binası 17.04.2015-ci il tarixli KBQ15-1678 saylı kredit müqaviləsinin öhdəliklərinin öhdəliklərin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 9.650.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı, Cavabdeh2 ASC («Borcalan») və İddiaçı («İpoteka qoyan») arasında bağlanmış 13.05.2016-cı il tarixli İBS16-1841/1 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-cı məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m. olan qeyri-yaşayış binası 12.05.2016-cı il tarixli KBS16- 1841 saylı kredit müqaviləsinin öhdəliklərinin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 9.650.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh2 ASC («Borcalan») və İddiaçı («İpoteka qoyan») arasında bağlanmış 10.12.2016-cı il tarixli İBS16-1853/1 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m. olan qeyri-yaşayış binası 08.12.2016-cı il tarixli KBS16- 1853 saylı kredit müqaviləsinin öhdəliklərinin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 9.650.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 2(005)-4766/2017 saylı, 23.06.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0,09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m. ümumi, 965 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası "xxxx" MMC-nin 10.05.2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0,09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m. ümumi, 965 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiyməti 14.214.000 manat müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 2(005)-5525/2017 saylı 21.12.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" MMC-yə, Yasamal rayon İcra Şöbəsinə və Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab olunması barədə tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0,09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m. ümumi, 965 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 ASC-yə satılmasına dair hərracın yekunları barədə 21.08.2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2842/2018 saylı, 14.06.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m. əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binasının Cavabdeh2 ASC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2842/2018 saylı, 08.10.2018-ci il tarixli qərardadın surətindən görünür ki, iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraat Nərimanov rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli,2(005)-5525/2017 saylı qətnaməsi qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-2289/2019 saylı 14.05.2019-cu il tarixli qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2 ASC-yə qarşı «sonrakı ipotekaya müqavilələrinin və ipoteka qeydlərinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1669/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli 2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs Cavabdeh2 ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli, 2(005)-5525/2017 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmiş, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 21.08.2017-ci il tarixli hərracın nəticələri məhkəmələrdə mübahisələndirilmiş və iddiaçının iddia tələbi təmin edilməyərək huquqi qiymət verilmişdir. Daha sonradan iddiaçı hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yenidən hərracın nəticələrini mübahisələndirmiş, lakin bu dəfə digər əsaslarda müraciət etmişdir. İddiaçı irəli sürdüyü tələbi onunla əsaslandırmışdır ki, iddiaçının əmlakı ilə bağlı hərrac keçirilən zaman sonrakı ipoteka qoyan kimi «Mərkəzi Bank»a məlumat verilməmiş, bankın həmin hərracdan və əmlakın ilkin ipoteka saxlayan tərəfindən öz adına rəsmiləşdirilməsindən məlvmatı olmamışdır. Bu səbəbdən iddiaçı keçirilmiş hərracın yekunlarına dair protokolu və həmin tarixli müvafiq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlir. Məhkəmə iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verməyi zəruri hesab edir. “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, “Mərkəzi Bank»ın hüquqları pozulmuş olsaydı, bu halda Mərkəzi Bank özü hərracın etibarsızlığı ilə bağlı iddia tələb ilə məhkəməyə müraciət edə bilərdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün, irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı müstəqil tələbləri sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya Şöbəsini, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər “X3» MMC-yə, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələbləri sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya Şöbəsini, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər “X3» MMC-yə, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5261/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5261/2021
05.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver