Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-529/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Xəlilova Zeynəb Mirzə qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbi üzrə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan cavabdhlərin istifadə etdikləri işıq sayğacının onun adından çıxarılıb cavabdehlərdən birinin adına salınmasının "xxxx" ASC-yə həvalə edilməsi və 4270 manat borcun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 sahibliyində olmaqla onlara məxsusdur və hər üç cavabdeh öz ailəsi ilə həmin evdə yaşayır. Ev 26 ünvanında yaşayan cavabdehlərin istifadə etdiyi işıq sayğacı 2006-cı ildə qeyri-müəyyən səbəbdən səhvən onun yaşadığı ev 27 ünvanında quraşdırılmış və adına qeydiyyata alınmışdır. Halbuki, onun həmin işıq sayğacına heç bir aidiyyəti yoxdur. İşıq sayğacı quraşdırıldığı tarixdən bu günə kimi işıq sərfiyyatına görə ödənilməli olan 4270 manat borc məbləği onun adına yazılmış və bu barədə ona bildiriş gəlmişdir. Borcun adından silinməsi barədə "xxxx" ASC-yə dəfələrlə müraciət etsə də, məsələ öz həllini tapmamışdır. Cavabdehlər borcun onlara aid olduğunu etiraf edərək bildirirlər ki, məhkəmə prosesində iştirak edib sayğacın və borcun onlara aid olmasını və bu barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş edəcəklər. Eyni zamanda qeyd etmək lazımdır ki, "xxxx" ASC ilə onun arasında elektrik enerjisinin satışı ilə bağlı heç bir müqavilə yoxdur. Sonda iddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, ünvan 1 ünvanında yaşayan cavabdehlərin istifadə etdikləri işıq sayğacı əslində İddiaçı adındadır və işıq sayğacı üzrə 4270 manat borc yaranmışdır. İddiaçı isə faktiki olaraq Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 3, ev 27 ünvanında yaşayır. Əgər digər Cavabdeh1 müraciət edərək işıq sayğacının onun adına keçirilməsi ilə bağlı müqavilə bağlasa idi, onda problem yaranmayacaqdı. Məhkəmə iclasında şahid qismində dindirən X3 öz ifadəsində bildirdi ki, Cavabdeh1 iddiaçının adına olan işıq sayğacından istifadə edir. İddiaçı faktiki olaraq ünvan 2 ünvanındakı işıq sayğacı onun adına quraşdırıldığı üçün borc məbləği barədə ona bilidiriş göndərilmişdir. Bununla bağlı iddiaçı "xxxx" ASC-yə ərizə ünvanlamış cavabında isə iddiaçıya yaranmış mübahisə ilə əlaqədar olaraq ASAN xidmət və ya ASAN Kommunal mərkəzlərinə müraciət etməsi tövsiyyə olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək İddiaçı iddia ərizəsini qəbul etdiyini və sayğacın onun adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, cavabdeh "xxxx" ASC nümayəndəsini və şahidin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, abonent kodu 070004400D30027 olan 13.02.2006-cı ildən İddiaçı adına olan elektrik enerjisindən istifadə edilməsi nəticəsində ümumilikdə 4270.50 manat borc yaranmışdır. İş materiallarında olan cavabdeh "xxxx" ASC-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, ünvan 3 ünvanında yaşadığı halda eyni ünvanın 26-cı evinin sayğacının onun adına quraşdırılması və yaranmış borc məbləği barədə ona bildiriş gəlməsi ilə bağlı ə 17.07.2021-ci il tarixli, H-433 nömrəli ərizəsinə cavab olaraq bildirilmişdir ki, mövcud təsdiqedici sənədlərlə ASAN xidmət və ya ASAN Kommunal mərkəzlərinə müraciət etməlidir. Azərbaycan Respublikası MM-nin 385.1, 442 və 443.1-ci maddələrinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır», «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.35. Enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). 8.22. Məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 5 ünvanında yaşayan cavabdehlərin istifadə etdikləri işıq sayğacı İddiaçı adından çıxarılaraq Cavabdeh1 adına alınmalı və 4270 manat məbləğində olan borc Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. ünvan 5 ünvanında yaşayan cavabdehlərin istifadə etdikləri işıq sayğacı İddiaçı adından çıxarılaraq Cavabdeh1 adına alınsın və 4270 manat məbləğində olan borc Cavabdeh1 aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-529/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-529/2022
27.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver