Məhkəmə qərarları › İş №2(006)-5309/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5309/2022

17.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5309/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun ödənilməmiş hissəsinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun ödənilməmiş hissəsinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona ödənilməmiş 400 manat məbləğində olan pul vəsaitinin ödənilməsi və ona dəymiş maddi və mənəvi zərərə görə 10.000 manat məbləğində təzminat ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2237/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçıların hüquqlarının qorunması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-də hesablanmış 956.75 manat məbləğində borc **********50001 saylı abunə hesabından silinməsi qət edilmişdir. Beləliklə, iş materiallarından da göründüyü kimi eyni tələb barəsində artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim, iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 153.4-cü maddəsinə görə isə, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun ödənilməmiş hissəsinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi iddianın yolverizməliyinə görə qəbul etməkdən imtina edilsin və iddia ərizəsi əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar