Məhkəmə qərarları › İş №2(006)-5320/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5320/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5320/2020 03.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən “Gorenje” markalı plitə, İMEİ kodu **********40991 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung LED” markalı televizor almış və nəticədə 1960 (min doqquz yüz altmış) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 475 manat (2 ay x 164 manat + 147 manat ilkin ödəniş) olan “Gorenje” markalı plitə üçün ümumilikdə 173 manat olmaqla, ondan 158 manat ödənilməmiş hissə, 49 manat cərimə (30 gün x 1,64 manat) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 15 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat (6 ay x 117 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********40991 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 643 manat olmaqla, ondan 585 manat ödənilməmiş hissə, 175 manat cərimə (150 gün x 1,17 manat) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 58 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1204 (min iki yüz dörd) manat (11 ay x 104 manat + 60 manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizor üçün ümumilikdə 1144 manat olmaqla, ondan 1040 manat ödənilməmiş hissə, 312 manat cərimə (300 gün x 1.04 manat) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 104 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 598 manat təşkil edir. Müqavilənin şərtlərinə görə “müştəri” bu müqavilənin 2-ci bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Gorenje” markalı plitə üçün 158 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********40991 olan “Samsung Galaxy A50” markalı telefon üçün 585 manat ödənilməmiş hissə, 58 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Samsung LED” markalı televizor televizor üçün 1040 manat ödənilməmiş hissə, 104 manat cərimə pulu, ümumilikdə 1960 manat borc borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1990 manat cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə göndərilmiş bildiriş onun tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, məhkəməyə iddia ilə bağlı etiraz ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli müqavilədən görünür ki, «xxxx» MMC “Gorenje” markalı plitəni Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 2 ay müddətinə hər ay 164 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********40991 olan “Samsung Galaxy A50” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə hər ay 117 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, «xxxx» MMC “Samsung LED” markalı televizoru Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 11 ay müddətinə hər ay 104 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 158 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu olmaqla, ümumilikdə 173 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 585 manat ödənilməmiş hissə, 58 manat cərimə pulu olmaqla, ümumilikdə 643 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1040 manat ödənilməmiş hissə, 104 manat cərimə pulu olmaqla, ümumilikdə 1144 manat, hər üç müqavilə üzrə ümumilikdə isə 1783 manat əsas, 177 manat cərimə, cəmi 1960 manat borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh «xxxx» MMC ilə xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən “Gorenje” markalı plitə, İMEİ kodu **********40991 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung LED” markalı televizor almış və nəticədə 1960 (min doqquz yüz altmış) manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 158 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu olmaqla, ümumilikdə 173 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 585 manat ödənilməmiş hissə, 58 manat cərimə pulu olmaqla, ümumilikdə 643 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1040 manat ödənilməmiş hissə, 104 manat cərimə pulu olmaqla, ümumilikdə 1144 manat, hər üç müqavilə üzrə ümumilikdə isə 1783 manat əsas, 177 manat cərimə, cəmi 1960 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 158 (bir yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, cəmi 173 (bir yüz yetmiş üç) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə pulu, cəmi 643 (altı yüz qırx üç) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1040 (bir min qırx) manat ödənilməmiş hissə, 104 (yüz dörd) manat cərimə pulu, cəmi 1144 (bir min yüz qırx dörd) manat, ümumilikdə 1783 (bir min yeddi yüz səksən üç) manat borc, 177 (yüz yetmiş yeddi) manat cərimə pulu olmaqla, cəmi 1960 (bir min doqquz yüz altmış) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində pul tutularaq «xxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 158 (bir yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, cəmi 173 (bir yüz yetmiş üç) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə pulu, cəmi 643 (altı yüz qırx üç) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1040 (bir min qırx) manat ödənilməmiş hissə, 104 (bir yüz dörd) manat cərimə pulu, cəmi 1144 (bir min yüz qırx dörd) manat, ümumilikdə 1783 (bir min yeddi yüz səksən üç) manat borc, 177 (bir yüz yetmiş yeddi) manat cərimə pulu olmaqla, cəmi 1960 (bir min doqquz yüz altmış) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində pul tutularaq «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar