Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5355/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X20 oğlunun katibliyi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “binanın əvvəlki vəziyyətə gətirillməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC cavabdehlər X5 və digərlərinə qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi mənzil 249-da, X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 5/7, mənzil 219-da, X1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 5/7, mənzil 436-da, X11 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 5/7, mənzil 442-də, X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 5/7, mənzil 442F-də aparılmış qanunsuz tikililərin sökülməsi (arakəsmə və sair) və fasad hissəsində acılmış pəncərə boşluqlarının qapadılması, mənzillərin və binanın fasad hissəsinin təsdiq edilmiş layihəyə əsasən əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin üzərlərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İş üzrə cavabdeh X15 etiraz ərizəsi təqdim edərək, mənzildə daxili planlamanı dəyişdirmədiyini, binaya təhlükə törədəcək hər hansı söküntü işi aparmadığını, yaşadığı mənzildəki binanın əlavə fasad hissəsində pəncərə boşluğunu İddiaçı MTK-nın tikinti sahə rəisinin razılığı ilə açdığını bildirmiş, bundan əlavə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin bitməsi səbəbindən və iddia əsassız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. X12 vəkili-nümayəndəsi X10“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməsini xahiş etmişdir.
4. Cavabdeh X2 məhkəməyə vəsatətlə müraciət edərək, Nəsimi Rayon Məhkəməsində icraatda olan 2(006)-2292/2024 nömrəli mülki iş həll edilənədək hazırki iş iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı "xxxx" MMC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, İddiaçı MTK-nın cavabdehlərin mülkiyyətində olan mənzillərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olması, həmçinin həmin mənzillərin yerləşdiyi binaları inşa etməsi və balansında saxlaması səbəbindən iş üzrə iddiaçının əsl iddiaçı - İddiaçı MTK ilə əvəz edilməsini xahiş etmişdir.
6. İddiaçı MTK-nın vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin əsl iddiaçı Azər-Ross İ K” MTK ilə əvəz edilməsini etiraz etmədiklərini və ərizənin təmin edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MTK-nın cavabdehlər X5, X11, X3, X1 və Cavabdeh qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsinin:
1. iddiaçı «Azər-Ross İ K” MTK-nın cavabdeh X5 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.”;
2. iddiaçı «Azər-Ross İ K” MTK-nın cavabdeh X6rşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.”;
3. iddiaçı «Azər-Ross İ K” MTK-nın X4, X7 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh X1 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.”;
4. iddiaçı «Azər-Ross İ K” MTK-nın Cavabdeh qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələblərinə dair hissələrinin ayrılaraq, hər birinin ayrıca icraatda baxılması, həmçinin iddiaçı «Azər-Ross İ K” MTK-nın cavabdeh X5 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.”; iddiaçı «Azər-Ross İ K” MTK-nın cavabdeh X6rşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.”; iddiaçı «Azər-Ross İ K” MTK-nın cavabdeh X4, X7 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh X1 qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.”; iddiaçı «Azər-Ross İ K” MTK-nın Cavabdeh qarşı “binanın əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələblərinə dair iddia ərizələri üzrə işlərin hər birinə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.
a) Məhkəmə prosesi:
8. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MTK-nın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək, hazırkı iddia üzrə tələb cavabdeh tərəfindən yerinə yetirildiyinə və zərurət aradan qalxdığına görə iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini (vəsatətini) nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
12. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə:
13. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “binanın əvvəlki vəziyyətə gətirillməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər. Hakim: Günay Abidova