Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5391/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1, Digər Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nikahın pozulması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci ildə Şamaxı rayonu, Göylər kənd nümayəndəliyinin qeydiyyat şöbəsində qeydə (qeyd 17) alınmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2017-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər ay, hər uşağa 230 manat olmaqla, cəmi 690 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, birgə nikah dövründə Cavabdeh1 adına alınmış xx.xx.2014-cü il tarixində “Mitsubishi L200” markalı, **-HB-*** və xx.xx.2014-cü il tarixində “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi və həmin paylara uyğun İddiaçı Cavabdeh1 adına qeydə alınmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə həvalə edilməsi, ödənilmiş 60 manat mediasiya və 50 manat dövlət rüsumunun Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil2) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, İddiaçı cavabdeh X7 qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiasının uşaqların ananın himayəsində qalması və nikah dövründə əldə edilmiş əmlakın ər-arvad arasında bölünməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Cavabdeh1 atasına məxsus olmaqla faktiki olaraq atasının sahibliyində və istifadəsindədir. İddiaçı (vəkili-nümayəndəsi Vəkil1) iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci ildə Şamaxı rayonu, Göylər kənd nümayəndəliyinin qeydiyyat şöbəsində qeydə (qeyd 17) alınmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2017-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər ay, hər uşağa 230 manat olmaqla, cəmi 690 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 ilə atası Cavabdeh2 arasında olan “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2023cü il tarixli və “Mitsubishi L200” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız sayılması, birgə nikah dövründə Cavabdeh1 adına alınmış “Mitsubishi L200” markalı, **-HB-*** və “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi və həmin paylara uyğun İddiaçı Cavabdeh1 adına qeydə alınmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə həvalə edilməsi, ödənilmiş 60 manat mediasiya və 50 manat dövlət rüsumunun Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3019/2023 nömrəli qərardadı ilə İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nikahın pozulması və s.” iddia tələbinin “İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız sayılması və s.” hissəsinin ayrılaraq, ayrıca icraatda baxılması, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və s.” tələbinə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2(006)-3019/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında Şamaxı rayonu Göylər kənd İnzibati Ərazi Dairəsində xx.xx.2012-ci il tarixdə 17 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi artıq ödənilmiş 10 (on) manat məbləğində pulun dövlət büdcəsindən İddiaçı geri qaytarılması, ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manat və mediasiya xərcinin 54 (əlli) manat hissələrinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun və mediasiya xərcinin qalan hissələrinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırki iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci ildə Şamaxı rayonu, Göylər kənd nümayəndəliyi qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2017-ci il təvəllüdlü X8 andan olmuşdur. Cavabdehin Şamaxı rayonunun Göylər kəndində iki böyük mağazası vardır. Birgə nikah dövründə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixində “Mitsubishi L200” markalı, 99-HB392 və xx.xx.2014-cü il tarixində “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri alınmışdır. Cavabdeh iddiaçıdan ayrıldıqdan sonra nikah dövründə alınmış həmin maşınları bölgüdən yayındırmaq məqsədilə iddiaçının razılıq ərizəsi olmadan xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə alqı-satqı yolu ilə atası Cavabdeh2 satmışdır. Həmin maşınların satışında iddiaçının razılığı olmadığından, cavabdehlər arasında maşınlara dair bağlanmış alqı-satqı müqavilələri etibarsız sayılmalıdır. Həmin maşınlar birgə nikah dövründə alınmış əmlak hesab edilərək, əmlaklar üzərində 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilərək qeydiyyata alınmalıdır. İş üzrə Cavabdeh1 mediasiya şurasına dəvət olunmuş, lakin o, mediasiya sessiyasında iştirak etməmiş və bu barədə xx.xx.2023-cü il tarixdə arayış verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin “nəqliyyat vasitələrinin paylara uyğun tərəflərin adına qeydə alınmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə həvalə edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunmuş, qərardaddan şikayət vermə müddəti göstərilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikah haqqında AZ-İ seriyalı 752797 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X3 nikahı Şamaxı rayonu Göylər kənd İnzibati Ərazi Dairəsində xx.xx.2012-ci il tarixdə 17 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Musayeva” soyadı verilmişdir. Nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 15000 manata Cavabdeh2 satmışdır. Nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 “Mitsubishi L200 minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 15000 manata Cavabdeh2 satmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş kompüter uçot bazasından çıxarışdan görünür ki: - “Mitsubishi L200” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə gömrük bəyannaməsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə keçmiş, həmin tarixdə Cavabdeh1 nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi hazırda Cavabdeh2 mülkiyyətindədir; - “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə gömrük vəsiqəsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə keçmiş, həmin tarixdə Cavabdeh1 nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi hazırda Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2(006)-3019/2023 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında Şamaxı rayonu Göylər kənd İnzibati Ərazi Dairəsində xx.xx.2012-ci il tarixdə 17 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 3 övladları anadan olmuşdur. Tərəflər birgə nikahda olduqları dövrdə xx.xx.2014-cü ildə “Mitsubishi L200 minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2014-cü ildə “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini Cavabdeh1 adına əldə etmişlər. Cavabdeh1 “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, “Mitsubishi L200 minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini isə xx.xx.2023-cü il tarixdə, hər birini 15000 manata atası – digər Cavabdeh2 satmışdır. Nəqliyyat vasitələrinin ikisi də satıldığı gün Cavabdeh2 Cavabdeh1 həmin nəqliyyat vasitələrindən istifadə hüququna dair etibarnamə vermişdir. İddiaçı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış və onların saxlanması üçün hər ay 600 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə Cavabdeh1 tutulması qət edilmişdir. Hazırda iddiaçı birgə nikah dövründə əldə etdikləri, lakin münasibətlərinin pisləşdiyi dövrdə onun razılığı alınmadan Cavabdeh1 atası Cavabdeh2 satdığı həmin nəqliyyat vasitələrinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılması, nəqliyyat vasitələrinin 1/2 hissəsinə özünün, 1/2 hissəsinə isə Cavabdeh1 paylarının müəyyən edilməsini; Cavabdeh1 nəqliyyat vasitələrinin formal olaraq onun adına alındığını, əslində atasının mülkiyyətində və faktiki istifadəsində olduğunu bildirərək, digər Cavabdeh2 də oğlunun dediklərini təsdiq edərək, hər ikisi iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə araşdırmaları dövründə keçirilmiş hər bir məhkəmə hazırlıq iclasında cavabdehlərin iddia tələbinə etirazlarının əsasını məhz “nəqliyyat vasitələrinin formal olaraq Cavabdeh1 adına qeydiyyata alınması, faktiki mülkiyyətçinin Cavabdeh2 olması” təşkil etmişdir. İddiaçı tərəf isə bu dəlili qəbul etməyərək bildirmişdir ki, bu maşınlar məhz sahibkarlıq məqsədilə, mağazalarına yük daşımaları üçün Cavabdeh1 tərəfindən birgə nikah dövründə alınmış və onun istifadəsində olmuşdur. Sübutetmə yükü cavabdeh tərəfin üzərində olmasına baxmayaraq, onlar nəqliyyat vasitələrinin, həqiqətən də, Cavabdeh2 vəsaiti ilə formal olaraq Cavabdeh1 adına alınması, əslində nəqliyyat vasitələrinin Cavabdeh2 faktiki sahibliyində və istifadəsində olmasına dair mülahizələrini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə araşdırmaları ilə əldə edilmiş reyestr məlumatları ilə isə müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 həmin nəqliyyat vasitələrinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verilməmişdir. Belə ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 yalnız “Mitsubishi L200 minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva edən etibarnamə verilmişdir. Bu məlumat isə özlüyündə nəqliyyat vasitələrinin faktiki sahibinin Cavabdeh2 olması faktını təsdiq etmir. Çünki reyestrdən görünür ki, nəqliyyat vasitələri faktiki olaraq Cavabdeh1 sahibliyində olmuş, Cavabdeh2 isə yalnız “Mitsubishi L200 minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə etmək hüququ olmuşdur. Keçirilmiş bütün hazırlıq iclaslarında cavabdeh tərəf yuxarıda qeyd edilən məzmunda etirazla çıxış etmiş, yalnız hazırkı baxış iclasında Cavabdeh2 nümayəndəsi qismində çıxış edən arvadı, Cavabdeh1 anası X2 iddia tələbinə etirazın istiqamətini dəyişdirərək bildirmişdir ki, iddiaçı ilə oğlu 2012-ci ildə nikaha daxil olmalarına baxmayaraq, iddiaçı 2013-cü ilin mart ayında çıxıb getmiş və 1 ildən sonra qayıtmışdır. Nəqliyyat vasitələri də məhz onlar birgə təsərrüfat aparmadıqları dövrdə atasının adına olan başqa maşınlar (VAZ2107, Niva, Qazel) satıldıqdan sonra formal olaraq oğlunun adına alınmışdır. Cavabdeh1 da bu dəlili müdafiə edərək, iddiaçının 2013-cü ilin mart ayında getdiyini, yalnız bir ildən sonra 2014-cü ilin martın 28-də qayıtdığını bildirmişdir. İddiaçı tərəf isə bu dəlili inkar etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən avtomobillərin İddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları dövrdə - xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixlərdə Cavabdeh1 adına əldə edilməsi işin mübahisəsiz halını təşkil edir. Bu fakt AR DİN BDYPİ tərəfindən məhkəməyə təqdim edilmiş mötəbər yazılı sübutla öz təsdiqini tapmışdır. Cavabdeh tərəf hazırkı baxış iclasında iddiaçının küsüb getdiyi dövrdə Cavabdeh2 mülkiyyətində olan başqa maşınlar (VAZ2107, Niva, Qazel) satıldıqdan sonra, hazırkı maşınların formal olaraq Cavabdeh1 adına rəsmiləşdirildiyini, tərəflərin həmin dövrdə birgə təsərrüfat aparmadıqlarını və maşınların onların birgə vəsaiti hesabına əldə edilmədiyini, faktiki mülkiyyətçinin və istifadəçinin əslində Cavabdeh2 olduğunu bildirmiş, lakin bu dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı tərəf 2013-cü ilin mart ayında 1 il müddətinə küsüb getməsi dəlilini qəbul etmir, Cavabdeh1 isə iddiaçının 2013-cü ilin mart ayında getdiyini, lakin xx.xx.2014-cü ildə qayıtdığını bildirir. Bu məsələni sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh bu barədə mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə övladları anadan olduğundan, məhkəmə iddiaçının 2013-cü ilin mart ayında gedib 2014-cü ilin mart ayında qayıtması barədə dəlili ağlabatan hesab etmir. Eyni zamanda, əgər həqiqətən də belə bir fakt var idisə, cavabdeh tərəf keçirilmiş hazırlıq iclaslarında bunu mübahisələndirməmiş, etirazının əsasını maşınların faktiki sahibinin və istifadəçisinin Cavabdeh1 atası olması təşkil etmiş, yalnız hazırkı baxış iclasında cavabdeh tərəf bu dəlilə əsaslanaraq iddiaya etiraz etmişdir. Halbuki, bu məsələnin məhkəmə baxışında onlara məlum olmadığı aşkardır. Bu isə cavabdeh tərəfin ziddiyyətli ifadələr verərək, istənilən yolla, hətta məhkəməni yanıltmaq naminə olsa da, hazırki mübahisədə qələbə əldə etmək niyyətinin göstəricisidir. Məhkəmə cavabdeh tərəfin “maşınların atasının vəsaiti hesabına Cavabdeh1 adına alınması” barədə mülahizəsinə münasibətdə qeyd edir ki, AR DİN BDYPİ tərəfindən təqdim edilmiş məlumatlarla sübut olunur ki, maşınlar gömrük bəyannaməsi və gömrük vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətinə keçmişdir. Atasının adına olan maşınların satışından əldə edilən gəlirlərlə hazırkı maşınları Cavabdeh1 adına almaq faktını sübut etmək yükü yenə də cavabdeh tərəfin üzərində olmuş, lakin cavabdehlər bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Məhkəmə iddiaçının razılığı olmadan cavabdehlər arasında müqavilələr bağlandığından həmin müqavilələrin etibarsız hesab edilməli olması dəlilinə münasibətdə qeyd edir ki, sözügedən müqavilələr iddiaçının razılığı olmadan bağlandığına görə deyil, uydurma əqd olduğuna görə etibarsız hesab edilməlidir. Belə ki, ər və ya arvadın birinin əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq edilmiş razılığı yalnız daşınmaz əmlak üzərində sərəncam verilən zaman imperativ qaydada nəzərdə tutulmuşdur. Daşınar əşya olan avtomobilin alqı-satqısı zamanı ərin, yaxud arvadın notarial qaydada təsdiq olunmuş razılığının alınması barədə hər hansı birbaşa imperativ qanunvericilik norması mövcud deyildir. Belə ki, avtomobillərin alqı-satqısı zamanı mülki hüquq münasibətlərinin iştirakçılarından ər, yaxud arvadın notarial qaydada təsdiq olunmuş yazılı razılığını bu əməliyyatı həyata keçirən orqanlar da heç vaxt tələb etmirlər. Bir anlığa təsəvvür edilsə ki, mülki dövriyyədə avtomobillərin alqı-satqısı zamanı satıcının nikahda olduğu arvadının, yaxud ərinin notarial qaydada mütləq yazılı razılığı olmalıdır, onda belə çıxır ki, bu cür razılıq olmayan alqı-satqı müqavilələrinin hamısı ən azından bu əsasa görə etibarsız hesab edilməlidir. Bu cür vəziyyət isə bu sahədə yaranmış mülki hüquq münasibətlərini iflic vəziyyətə sala bilər. Buna görə də, mübahisəli avtomobilin etibarsız əqd hesab olunması üçün bu hal birbaşa əsas ola bilməz. Bununla yanaşı, işin qeyd olunan faktiki halları nəzərə alındıqda nəqliyyat vasitələrinin alqısatqı müqavilələrinin etibarsız sayılması və həmin avtomobillərə iddiaçının payının müəyyən edilməsi tələblərinə uyğun gələn maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 222.3, 225.1, 340.1-ci maddələri nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 222.3-cü maddəsinə müvafiq olaraq, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri “sanki varmış kimi” göstərmək məqsədilə bağlanır. Göründüyü kimi, “Mitsubishi L200” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı və “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin satılmasına dair müqavilələrin etibarsız sayılması tələbi iki hüquqi əsasa söykənə bilər: birincisi, əqdin hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnız görünüş üçün (uydurma əqd) bağlanması – MM 340.1; ikincisi, əqdin tərəfləri hüquqi nəticə yaratmaq istəmiş olsalar belə, satıcının əşyaya sərəncam verməsinə səlahiyyətinin olmamasını alıcının bilməsi və ya bilməli olması – MM 222.3. Nəzərə alınmalıdır ki, avtomobillərə dair alqı-satqı müqavilələri məhz iddiaçı ilə Cavabdeh1 ailə münasibətlərinin pis olduğu dövrdə - 2023-cü ilin may ayında bağlanmış, sadəcə 1 ay sonra iddiaçı “nikahın pozulması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, avtomobillər satıldığı gün satıcının özünə həmin avtomobillərdən istifadəyə dair etibarnamələr verilməsi də diqqətəlayiq hallardandır. Göstərilənlər avtomobillərə dair alqı-satqı müqavilələrinin etibarlılığına xələl gətirməklə, müqavilələrin əslində heç bir hüquqi nəticə yaratmaq istəmədən bağlanmasını deməyə əsas verir. Qeyd olunanlara əsasən, məhkəmə iddia tələbinin alqısatqı müqavilələrinin etibarsızlığı hissəsini əsaslı hesab edir. Mülki hüquq münasibətlərində ümumi qayda olaraq əqdlərin etibarlılığı tanınsa da və vicdanlılıq prezumpsiya olsa da, bunların əksi iddia edilməklə sübuta yetirilə bilər. Bu səbəbdəndir ki, MM-in 222.3-cü maddəsində birgə mülkiyyətçilərdən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqdin qarşı tərəfinin həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmamasını bildiyi və ya bilməli olduğu sübuta yetirildiyi təqdirdə etibarsız sayılması imkanı tanınmışdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələri ilə əlaqədar yuxarıda qeyd olunan faktiki hallar üzrə təkcə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci və 222.3-cü maddələrinin dispozisiya şərtləri ilə hüquqi dəyərləndirmə aparılmaqla həll etmək mümkündür. Məhkəmə iddia tələbi ilə əlaqədar, həmçinin, aşağıdakı normaları da qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-324.4-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 329.1-ci maddəsinə görə, qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 31.1-31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qanunun yuxarıda qeyd olunan müddəasına görə ər-arvadın birgə nikah dövründə əldə etdikləri bütün əmlaklar onların ümumi birgə mülkiyyətləri hesab olunur, buna görə də ümumi əmlakın əmələ gəlməsində (əldə olunmasında) ər-arvadın hər birinin iştirakının aktivliyindən asılı olmayaraq, onların həmin əmlaka bərabər hüquqları vardır. İstinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “avtomobillərə pay hüququnun müəyyən edilməsi” hissəsi də əsaslıdır. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur, çünki işin həllin üçün əlavə araşdırmaya ehtiyac qalmır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli və “Mitsubishi L200” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilələr etibarsız hesab edilməli, birgə nikah dövründə əldə edilmiş “Mitsubishi L200” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı və “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində İddiaçı ½ və Cavabdeh1 ½ hissədə pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “Ford Transit yük” markalı, **- HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli və “Mitsubishi L200” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilələr etibarsız hesab edilsin. Birgə nikah dövründə əldə edilmiş “Mitsubishi L200” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı və “Ford Transit yük” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində İddiaçı ½ və Cavabdeh1 ½ hissədə pay hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-5391/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5391/2023
15.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver