Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5405/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nəsimi rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Bakı şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15.02.1986-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi, 15.02.1986-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi Ərizəçi himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) X6 ərizənin müdafiə edərək izahatında göstərmişdir ki, X5 ərizəçinin qardaşıdır. O,15.02.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Anadan olduğu vaxtdan etibarən ailəmizlə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşamışdır. Doğulduğu vaxtdan Turalın sağlamlığında problemlər olmuş daim müalicə olunmuşdur. Müayinələr nəticəsində onun psixi probləmləri olduğu aşkar edilmiş və həmin vaxtdan daim müalicə olunmuşdur. Müalicəsi daimi olduğu üçün və həmişə kənar şəxsin yardımına ehtiyacı olduğundan əvvəllər valideynlərim, son vaxtlar isə mən həmişə ona qulluq etməli olmuşam. Xəstəliyinin daimi xarakterli olduğu müəyyən edildikdən sonra onu Tibbi Sosial Ekspert Komissiyasından keçirərək müddətsiz birinci əlillik dərəcəsi almışıq. Tural 18.03.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinə olunmuşdur. Müayinə nəticəsində ona "Anadangəlmə kipotireoz. Hipotireoz nəticəsində dərin ağıl zəifliyi, qamətin pozulması, yastı ayaqlılıq" diaqnozu ilə müddətsiz olaraq 1-ci qrup əlillik təyin olunmuşdur. Kənar şəxsin qulluğuna ehtiyacı olduğu göstərilmişdir. Göründüyü kimi Turalın daimi olaraq kənar şəxslərin qulluğuna ehtiyacı var. Tural mənimlə birlikdə yaşayır. Onun daimi qulluğa ehtiyacı olduğundan, ona həmişə mən qulluq edir. Hazırki vəziyyətdə qardaşı X4 qəyyum təyin olunması zəruridir. Qardaşına qəyyum təyin olunması üçün onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamənin qəbul edilməsi əsasdır. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 uşaqlıqdan əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 14.10.2021-ci il tarixli, 2371 saylı rəyindən görünür ki, X2 dərin əqli gerilik anadangəlmə hipotiroz nəticəsində (F73) aşkar olunur. Bunun anamnestik məlumatlar erkən yaşlarından endokrin patologiyanın qeyd olunması, nevroloji əlamətlərin meydana çıxması, uzun müddət nevropatoloq və endokrinoloqlar tərəfindən müalicə olunmasına baxmayaraq vəziyyətində ciddi yaxşılaşma qeyd olunmaması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1. 15.02.1986-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilərmi? Cavab: X5 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X5 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Beləliklə məhkəmə hesab edir ki, X1 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmamaları halları təsdiq edildiyindən ərizə təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 15.02.1986-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilsin. 15.02.1986-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi Ərizəçi himayəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5405/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5405/2021
15.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver