Məhkəmə qərarları › İş №2(006)-5436/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5436/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5436/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52281 olan «X9 8» markalı telefon üçün 699 (altı yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat dəbbə pulu, 04.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********10881 olan «X9 8» markalı telefon və aksesuar üçün 669 (altı yüz altmış doqquz) manat ödənilməmiş hissə, 180 (bir yüz səksən) manat dəbbə pulu, 17.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********40128 olan «İphone 11» markalı telefon üçün 2587 (iki min beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, 763 (yeddi yüz altmış üç) manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********72562 olan «İphone 11» markalı telefon üçün 2402,6 (iki min dörd yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 679,4 (altı yüz yetmiş doqquz manat, qırx qəpik) dəbbə pulu, ümumilikdə 8194 (səkkiz min yüz doxsan dörd) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 02.12.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 757 manat (18 ay x 42 manat + 1 manat ilkin ödəniş) İMEİ kodu **********52281 olan «X9 8» markalı telefon üçün ümumilikdə, 913 (doqquz yüz on üç) manat olmaqla, 699 (altı yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat dəbbə pulu, 04.12.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 800 manat (20 x 40 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********10881 olan «X9 8» markalı telefon və aksesuar üçün ümumilikdə 849 (səkkiz yüz qırx doqquz) manat olmaqla, 669 (altı yüz altmış doqquz) manat ödənilməmiş hissə, 180 (bir yüz səksən) manat dəbbə pulu, 17.12.2019cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 2867,4 manat (18 ay x 159 manat 30 qəpik + 0 manat ilkin ödəniş) İMEİ kodu **********40128 olan «İphone 11» markalı telefon üçün ümumilikdə, 3350 (üç min üç yüz əlli) manat olmaqla, 2587 (iki min beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, 763 (yeddi yüz altmış üç) manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 2730,6 manat (iki min yeddi yüz otuz manat, altmış qəpik) İMEİ kodu **********72562 olan «İphone 11» markalı telefon üçün ümumilikdə, 3082 (üç min səksən iki) manat olmaqla, 2402,6 (iki min dörd yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 679,4 (altı yüz yetmiş doqquz manat, qırx qəpik) dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 797 manat 40 qəpik təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 02.12.2019-cu il tarixli müqavilə həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 757 manat təşkil edən (18 ay x 42 manat + 1 manat ilkin ödəniş) İMEİ kodu **********52281 olan «X9 8» markalı telefonu Camal-X1. 04.12.2019-cu il tarixli müqavilə həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 800 manat təşkil edən İMEİ kodu **********10881 olan «X9 8» markalı telefon və aksesuar üçün 0 manat ilkin ödənişlə, 20 ay müddətinə, hər ay 40 manat ödəniş etmək şərti ilə Camal-X1. 17.12.2019-cu il tarixli müqavilə həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 2867,4 manat təşkil edən (18 ay x 159 manat 30 qəpik + 0 manat ilkin ödəniş) İMEİ kodu **********40128 olan «İphone 11» markalı telefonu Camal-X1. 28.12.2019-cu il tarixli müqavilə həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 2730,6 manat təşkil edən (iki min yeddi yüz otuz manat, altmış qəpik) İMEİ kodu **********72562 olan «İphone 11» markalı telefon 0 manat ilkin ödənişlə, 18 ay müddətinə, hər ay 151.7 manat ödəniş etmək şərti ilə Camal-X1. 24.07.2020-cı il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 29.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 02.12.2019-cu il tarixli, 04.12.2019-cu il, 17.12.2019-cu il, 28.12.2019-cu il tarixli müqavilələrinə əsasən ümumilikdə, 8194 (səkkiz min yüz doxsan dörd) manat borcu vardır. 11.11.2020-ci il tarixli, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 30.06.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52281 olan əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 1 (bir) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə, hər ay 42 (qırx iki) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 04.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********10881 olan əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 20 ay müddətinə, hər ay 40 (qırx) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 17.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********40128 olan əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə, hər ay 159,3 (bir yüz əlli doqquz manat, otuz qəpik) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 28.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********72562 olan əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə, hər ay 151,7 (bir yüz əlli bir manat, yetmiş qəpik) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin 02.12.2019-cu il tarixli, 04.12.2019-cu il, 17.12.2019-cu il, 28.12.2019-cu il tarixli müqavilələrində dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 02.12.2019-cu il tarixli müqavilə üzrə 214 manat dəbbə pulunun məbləği endirilməli və 50 manat məbləğində, 04.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 180 manat dəbbə pulunun məbləği endirilməli və 50 manat məbləğində müəyyən edilməli, 17.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 763 manat dəbbə pulunun məbləği endirilməli və 80 manat məbləğində müəyyən edilməli, 28.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 679,4 manat dəbbə pulunun məbləği endirilməli və 80 manat məbləğində müəyyən edilməli həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh 02.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52281 olan «X9 8» markalı telefon üçün 699 (altı yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 04.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********10881 olan «X9 8» markalı telefon və aksesuar üçün 669 (altı yüz altmış doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 17.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********40128 olan «İphone 11» markalı telefon üçün 2587 (iki min beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********72562 olan «İphone 11» markalı telefon üçün 2402,6 (iki min dörd yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, ümumilikdə 6617,6 (altı min altı yüz on yeddi manat, altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52281 olan «X9 8» markalı telefon üçün 699 (altı yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 04.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********10881 olan «X9 8» markalı telefon və aksesuar üçün 669 (altı yüz altmış doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 17.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********40128 olan «İphone 11» markalı telefon üçün 2587 (iki min beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********72562 olan «İphone 11» markalı telefon üçün 2402,6 (iki min dörd yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu, ümumilikdə 6617,6 (altı min altı yüz on yeddi manat, altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar