Məhkəmə qərarları › İş №2(006)-5440/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5440/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5440/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC 10.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********17183 X4 8 markalı telefon üçün 409 manat ödənilməmiş hissə, 111 manat dəbbə; 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ saat üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 138 manat dəbbə; 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy saat üçün 618 manat ödənilməmiş hissə, 159 manat dəbbə; 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy saat üçün 746 manat ödənilməmiş hissə, 145 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 2821 manat borc, 30 manat Ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 cavabdeh, “ABC TELECOM" MMC ilə 10.11.2019-cu il, 27.01.2020-ci il, 19.02.2020-ci il və 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********17183 X4 8 markalı telefon, HUAWEİ saat, 2 ədəd Samsung Galaxy saat almış və nəticədə 2821 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 620 manat İMEİ Kodu **********17183 X4 8 markalı telefon üçün ümumilikdə, 520 manat olmaqla ondan, 409 manat ödənilməmiş hissə, 111 manat dəbbə; 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 594 manat HUAWEİ saat üçün ümumilikdə, 633 manat olmaqla ondan, 495 manat ödənilməmiş hissə, 138 manat dəbbə; 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 759.6 manat Samsung Galaxy saat üçün ümumilikdə, 777 manat olmaqla ondan, 618 manat ödənilməmiş hissə, 159 manat dəbbə; 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 manat Samsung Galaxy saat üçün ümumilikdə, 891 manat olmaqla ondan, 746 manat ödənilməmiş hissə, 145 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 497 manat 60 qəpik təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlaıııbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Şərh edilənlərə əsasən, iddiaçının nümayəndəsi iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və giymətləndirilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.11.2019-cu il tarixli müqaviləsinə və 05 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, İMEİ Kodu **********17183 X4 8 markalı telefon üçün 409 manat ödənilməmiş hissə, 111 manat dəbbə, cəmi 520 AZN ödənilməmiş məbləğ hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.01.2020-ci il tarixli müqaviləsinə və 05 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, HUAWEİ saat üçün 495 manat ödənilməmiş hissə, 138 manat dəbbə, cəmi 633 AZN ödənilməmiş məbləğ hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli müqaviləsinə və 05 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Samsung Galaxy saat üçün 618 manat ödənilməmiş hissə, 159 manat dəbbə, cəmi 777 ödənilməmiş məbləğ hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.06.2020-ci il tarixli müqaviləsinə və 05 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Samsung Galaxy saat üçün 746 manat ödənilməmiş hissə, 145 manat dəbbə, cəmi 891 AZN ödənilməmiş məbləğ hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə zamanı, həm iddiaçının nümayəndəsinin izahatından, həmçinin iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən göründüyü kimi tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit üzrə əsas və faiz borclanın ödənilməsində ardıcıl olaraq gecikmələr və ümumiyyətlə ödəməmələr baş verir. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh müqavilələr üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi dəbbə pulunun məbləği azaldılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********17183 olan X4 8 markalı telefon üçün 409 manat ödənilməmiş hissə, 10 manat dəbbə; 27.01.2020-ci il tarixli müqaviləyə əsasən, Huawei saat üçün 495 manat ödənilməmiş hissə, 13 manat dəbbə; 03.06.2020-ci il tarixli müqaviləyə əsasən samsung Galaxy saat üçün 746 manat ödənilməmiş hissə, 15 manat dəbbə; 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy saat üçün 618 manat ödənilməmiş hissə, 15 manat dəbbə; ümumilikdə 2.321 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********17183 olan X4 8 markalı telefon üçün 409 manat ödənilməmiş hissə, 10 manat dəbbə; 27.01.2020-ci il tarixli müqaviləyə əsasən, Huawei saat üçün 495 manat ödənilməmiş hissə, 13 manat dəbbə; 03.06.2020-ci il tarixli müqaviləyə əsasən samsung Galaxy saat üçün 746 manat ödənilməmiş hissə, 15 manat dəbbə; 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy saat üçün 618 manat ödənilməmiş hissə, 15 manat dəbbə; ümumilikdə 2.321 (iki min üç yüz iyirmi bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar