Məhkəmə qərarları › İş №2(006)-5479/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5479/2021

06.09.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5479/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-nin Lənkəran filialına qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Kamilov X1 rayon Məhkəməsinə müraciət edərək, 01.10.2015-ci il tarixdə No 6502nkLKN/15 sayla rəsmiləşdirilmiş kredit müqaviləsi qanunsuz və əsassız olduğu üçün onun ləğv edilməsi və 28.02.2014-cü il tarixdə "xxxx" ASC-nin 14 saylı filialından 9.600 ABŞ dolları dəyərində götürdüyü kreditə dair müqavilə əsasında onun müvafiq cədvəl üzrə edilmiş ödənişlər də nəzərə alınmaqla, qalan kredit borcunun müəyyənləşdirilməsi; onun maddi zərərə düşməyində təqsirli olan cavabdeh "xxxx" KB ASC-dən 5. 000 manat məbləğində pulun kompensasiya kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(049)-910/2021 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, o, 2014-cü il fevral ayının 28-də "xxxx" KB ASC-nin Bakı şəhərində yerləşən 14 saylı filialından tələb olunan sənədlərə və şərtlərə əsasən bağlanmış müvafiq kredit müqaviləsi üzrə 4 il müddətinə həmin dövrdə manatla ABŞ dollarının mövcud məzənnəsinə uyğun 9.600 ABŞ dolları dəyərində kredit götürməklə, hazırda cavabdeh qismində məhkəməyə cəlb edilmiş "xxxx" ASC-nin müştərisi olmuşdur. Heç bir gecikdirməyə yol vermədən həmin krediti müvafiq ödəmə cədvəli üzrə ödənişlər etmişdir. Onu da qeyd etməyi lazım bilir ki, o, o vaxt cavabdehdən krediti xarici valyutada -ABŞ dolları ilə aldığı rəsmiləşdirilsə də, əslində kredit ona faktiki olaraq manatla verilmiş və həmin dövrdə ABŞ dollarının milli valyutaya münasibətdə rəsmi məzənnəsi 0,78 AZN təşkil edirdi. Devalvasiya olduqda "xxxx" KB ASC-nin Lənkəran filialının əməkdaşları tərəfindən həmin Banka dəvət olundu. Orada bildirdilər ki, devalvasiya baş verib, onun Unibankdan götürdüyü kreditin bundan sonra ödənilməli qalıq borcu, vaxt uzadılmaqla yeni cədvəl üzrə ödənişlərini davam etsin. O, bunun, bir müştəri kimi onun xeyrinə olan təklif olaraq Bank tərəfindən edilmiş xeyirxah təklif olduğunu düşünərək razılaşdı. Bu təklif və razılaşmanın nəticəsi kimi 01.10.2015-ci il tarixdə 6502nkLKN/15 saylı Kredit və X5 və yeni ödəniş cədvəli tərtib olundu, onun bir nüsxəsi də ona verildi. Həmin cədvəl üzrə bir neçə ay ödənişlər etdikdən sonra müqavilə və ödəniş cədvəlinə baxdıqda məlum oldu ki, guya o, Unibankın Lənkəran filialından yeni kredit götürmüşdür. Həmin filialda oldu, bu barədə fikrini bildirdi və həmin müqavilənin ləğv edilməsini xahiş etdi. Bank işçisi bunun mümkün olmadığını bildirdi. Həmin “müqavilə” rəsmiləşdirilərkən o, faktiki olaraq nəinki heç bir məbləğdə (istər xarici, istərsə də milli valyutada olsun) kredit almamış, heç bank əməkdaşları ona bunu bildirməmiş və ona imzalatdırdıqları sənədlərin məzmununu və mahiyyətini izah etməmişdilər. Halbuki, həmin “yeni müqavilə üzrə” Unibankın Lənkəran filialı ona guya 7.454 ABŞ dolları kredit vermişdir. O, isə bir daha qeyd edir ki, o, ilk dəfə 2014-cü ilin fevralında həqiqətən götürdüyü kredit istisna olmaqla, Unibankdan başqa kredit almamışdır. Yeni müqavilə üzrə birinci ödəmə cədvəlində qalan borc necə silinmişdir, məlum deyil. Belə hesab edir ki, Unibank KB ASC-nin Lənkəran filialı tərəfindən, müştəri kimi onun olan güvənc və inamından sui-istifadə edib onu qəsdən aldatmaqla, ona qarşı də dələduzluq edilmişdir. O, bütün bunlar barədə X4 rəhbərliyinə dəfələrlə müraciət etmiş, lakin müraciətlərindən heç bir müsbət nəticə hasil olmamışdır. Sonda Unibank ASC- ninrəhbərliyi ona məsələnin məhkəmə qaydasında həll olunmasını tövsiyə edən cavab göndərməklə kifayətlənmişdir. Bunu, onun müştərisi olan bəlkə də yüzlərlə kreditordan biri olan vətəndaş kimi belə qiymətləndirir ki, Lənkəran şəhərində yerləşən filialının şəxsində cavabdeh Unibank KB ASC ona etibar edərək müştərisi olmuş şəxslərə göstərdiyi bank xidməti olduqca yarıtmaz təşkil edilmişdir. Burada vətəndaş məmnunluğundan söhbət belə gedə bilməz. Onun müştəri hüquqlarının bu və ya digər formada Unibank-ın əməkdaşlarının hüquqazidd davranışı nəticəsində pozulduğunu və onun üçün əhəmiyyətli sayılan məbləğdə lüzumsuz vəsait sərfinə səbəb olmaqla, maddi zərərə məruz qaldığını xüsusi qeyd etmək istəyir və hesab edir ki, bunda təqsirli olan Unibank ona kompensasiya ödəməlidir. O, həmin kompensasiyanın həcmini 5.000 manat məbləğində müəyyən edərək, bu barədə məhkəmə qərarı qəbul edilməsi, məncə tamamilə ədalətli qərar olardı. Ona gərə də müvafiq hüquqi vasitələrin tətbiqi və tədbirlərin görülməsi sayəsində, habelə qüvvədə olan qanunlarının gücünə, Ölkədə aparılan sosialiqtisadi və hüquqi islahatların uğurla həyata keçirilməsində mühüm rol oynayan məhkəmələrin ədalətinə, nəhayət, vətəndaşların qanunlarla qorunan mənafelərinin üstünlüyünü əsas tutmağı daim tələb etməklə hər bir Azərbaycan vətəndaşının və bütün Azərbaycanlıların Prezidenti kimi X7 cənablarının humanistliyinə arxalanaraq, Unibank KB ASC tərəfindən kobudcasına pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddanın rədd edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, kreditor "xxxx" X8 Səhmdar Cəmiyyəti ərizə»sjni onunla əsaslandırmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu İddiaçı arasında bağlanmış 01 oktyabr 2015-ci il tarixli kredit və X5nə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 24 % ödəmək şərtilə 7.454 (yeddi min dörd yüz əlli dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit və bank hesab müqaviləsinin 1.1-ci maddəsinə görə, bu müqaviləyə gönə borcverən yuxanda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 21 iyun 2016-cı il tarixinə kredit və X5 üzrə “Unibank" KB ASC-yə 7.320,93 ABŞ dolları əsas, 883,46 ABŞ dolları faiz, 7,83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.223 (üç min iki yüz iyirmi üç) ABŞ dolları 16 sent borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (preienziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kreditor "xxxx" X9 Səhmdar Cəmiyyəti ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək borclu İddiaçı 7.320,93 ABŞ dolları məbləğində kredit borcu, 883,46 ABŞ dolları faiz borcu, 7,83 ABŞ dolları cərimə borcu, cəmi 8.212,22 (səkkiz min iki yüz on iki dollar iyirmi iki sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “Unibank" KB ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-10313/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclu İddiaçıdan 7.320,93 ABŞ dollan məbləğində əsas, 883,46 ABŞ dolları məbləğində faiz borcu, 7,83 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 8.212,22 (səkkiz min iki yüz on iki dollar iyirmi iki sent) ABŞ dollan məbləğində vəsaitin, habelə dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun tutulub kreditor “Unibank" KB ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Borclu G.X.Kamilöv tərəfindən verilmiş etiraza əsasən Lənkəran Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərardadı ilə 2(049)-10313/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və ərizəyə tərəflərin iştirakları ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-80/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “borc tələbinə dair” iddiasının təmin edilməsi, cavabdeh İddiaçı 7.320,93 ABŞ dolları əsas borc, 883,46 ABŞ dolları faiz, 7.83 ABŞ dolları cərimə, cəmi 8.212,22 ABŞ dolları (səkkiz min iki yüz on iki dollar 22 sent) borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 rnanat məbləğində dövlət rüsumunun “Unibank" X9 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 170 (bir yüz yetmiş) manat ekspertiza xərcinin cavabdeh İddiaçı tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti ilə Şirvan Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(106)-849/2019 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-80/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Kamilov X1 rayon Məhkəməsinə müraciət edərək, 01.10.2015-ci il tarixdə No 6502nkLKN/15 sayla rəsmiləşdirilmiş kredit müqaviləsi qanunsuz və əsassız olduğu üçün onun ləğv edilməsi və 28.02.2014-cü il tarixdə "xxxx" ASC-nin 14 saylı filialından 9.600 ABŞ dolları dəyərində götürdüyü kreditə dair müqavilə əsasında onun müvafiq cədvəl üzrə edilmiş ödənişlər də nəzərə alınmaqla, qalan kredit borcunun müəyyənləşdirilməsi; onun maddi zərərə düşməyində təqsirli olan cavabdeh "xxxx" KB ASC-dən 5. 000 manat məbləğində pulun kompensasiya kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Buna görə də məhkəmə hesab edir ki, iddia "xxxx" KB ASC-nin Lənkəran filialına münasibətdə təmin edilməməlidir. Bundan başqa iddiaçı onun maddi zərərə düşməyində təqsirli olan cavabdeh "xxxx" KB ASC-dən 5.000 manat məbləğində pulun kompensasiya kimi ona ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin tələb də təmin edilə bilməz. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçının bu tələbi də rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Qeyd olunanlara əsaslanıb məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı maddi zərərin ödənilməsi tələbini məhkəmədə sübuta yetirə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" KB ASC-nin Lənkəran filialına qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar