Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-550/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar Rayon Notariat Ofisi olmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar Rayon Notariat Ofisi olmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Hüquqi şəxsin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 tərəfindən "xxxx" MMC-dəki 100% payın Cavabdeh2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh2, onun nümayəndəsi (vəkili) Nümayəndə və digər Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, tərəflərin barışıqla bağlı razılığa gəldiklərini bildirmiş, barışığın şərtlərini aşağıdakı formada müəyyənləşdirmişlər: 1.1. İddiaçı iddia tələbindən və "xxxx" MMC-də ona düşəcək pay hüququndan imtina edir. Gələcəkdə həmin əmlakdan ona düşəcək pay hüququndan cavabdehlərə qarşı bununla bağlı hər hansısa bir tələbinin olmaması ilə bağlı üzərinə öhdəlik götürür. 1.2. Hazırda "xxxx" MMC-nin yerləşdiyi X1 adına olan ********** qeydiyyat nömrəli, 0.5 ha torpaq sahəsi (Məhkəmə qərarı ilə Cavabdeh2 adına qaytarılmış, lakin hələ icra olunmamışdır) və onun üzərində yerləşən tikililərdən ona düşəcək pay hüququndan imtina edir, cavabdehlərə qarşı bununla bağlı hər hansısa bir tələbinin olmayacağı ilə bağlı üzərinə öhdəlik götürür. 1.3. İddiaçı Cavabdeh1 adına olan 99DY958 qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ MİNİK” markalı, “SEDAN” tipli WDB2110081A992329 mühərrikli, 99DK484 qeydiyyat nişanlı, MAN YÜK modeli, tipli, WMAT46ZZZ1L02786 şassili, 99DU191 qeydiyyat nişanlı, MAN YÜK modelli, WMAH37ZZ87M480136 şassili “Sənaye” tipli nəqliyyat vasitələri ilə əlaqədar cavabdehlərə qarşı heç bir iddia tələbinin olmayacağı ilə bağlı üzərinə öhdəlik götürür. 1.4. Cavabdeh2 İddiaçı tərəfindən hazırkı sazişin 1.1; 1.2; 1.3-cü bəndində göstərilən öhdəliklərinin icrası müqabilində hazırkı sazişə dair qərardad qanuni qüvvəsini aldığı vaxtdan sonrakı gün 100.000 min manat pul vəsaitini və onun adına olan 90VM399 qeydiyyat nişanlı, “HYUNDAİ SANTAFE MİNİK” markalı, G4KEDU013864 mühərrikli, KMHS81CDDU130044 ban nömrəli nəqliyyat vasitəsinin İddiaçı tam mülkiyyətinə verilməsi ilə bağlı üzərinə öhdəlik götürür. 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4. Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar Rayon Notariat Ofisi olmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı (gələcəkdə iddiaçı adlandırılacaq), digər tərəfdən Cavabdeh2 və Cavabdeh1 (gələcəkdə cavabdeh adlandırılacaq) arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin: 1.1. İddiaçı iddia tələbindən və "xxxx" MMC-də ona düşəcək pay hüququndan imtina edir. Gələcəkdə həmin əmlakdan ona düşəcək pay hüququndan cavabdehlərə qarşı bununla bağlı hər hansısa bir tələbinin olmaması ilə bağlı üzərinə öhdəlik götürür. 1.2. Hazırda "xxxx" MMC-nin yerləşdiyi X1 adına olan ********** qeydiyyat nömrəli, 0.5 ha torpaq sahəsi (Məhkəmə qərarı ilə Cavabdeh2 adına qaytarılmış, lakin hələ icra olunmamışdır) və onun üzərində yerləşən tikililərdən ona düşəcək pay hüququndan imtina edir, cavabdehlərə qarşı bununla bağlı hər hansısa bir tələbinin olmayacağı ilə bağlı üzərinə öhdəlik götürür. 1.3. İddiaçı Cavabdeh1 adına olan 99DY958 qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ MİNİK” markalı, “SEDAN” tipli WDB2110081A992329 mühərrikli, 99DK484 qeydiyyat nişanlı, MAN YÜK modeli, tipli, WMAT46ZZZ1L02786 şassili, 99DU191 qeydiyyat nişanlı, MAN YÜK modelli, WMAH37ZZ87M480136 şassili “Sənaye” tipli nəqliyyat vasitələri ilə əlaqədar cavabdehlərə qarşı heç bir iddia tələbinin olmayacağı ilə bağlı üzərinə öhdəlik götürür. 1.4. Cavabdeh2 İddiaçı tərəfindən hazırkı sazişin 1.1; 1.2; 1.3-cü bəndində göstərilən öhdəliklərinin icrası müqabilində hazırkı sazişə dair qərardad qanuni qüvvəsini aldığı vaxtdan sonrakı gün 100.000 min manat pul vəsaitini və onun adına olan 90VM399 qeydiyyat nişanlı, “HYUNDAİ SANTAFE MİNİK” markalı, G4KEDU013864 mühərrikli, KMHS81CDDU130044 ban nömrəli nəqliyyat vasitəsinin İddiaçı tam mülkiyyətinə verilməsi ilə bağlı üzərinə öhdəlik götürür. 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar Rayon Notariat Ofisi olmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Hüquqi şəxsin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 tərəfindən "xxxx" MMC-dəki 100% payın Cavabdeh2 qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-550/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-550/2024
14.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver