Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5532/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, Ərizəçi “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. Ərizəçi “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd edilən sənədlərin atası 16.*3.1955-ci il təvəllüdlü X1 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X2 16 mart 1955-ci il tarixdə Bakı şəhərində anadan olub, 18 sentyabr 2*16-cı il tarixdə isə vəfat edib. Onun adı ona məxsus sənədlərdə həm “Habil”, həm də “Qabil” kimi qeyd edilib. Müvafiq orqanlar bunu rus və azərbaycan dillərində həmin adın fərqli şəkildə tələffüzü ilə əlaqələndirsələr də, sənədlərdə fərqli şəkildə həmin adın qeyd edilməsi ərizəçi üçün vərəsəlik məsələsinin həllində çətinlik yaradır. Eyni məzmunlu tələb əsasında Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həmin təşkilat tərəfindən ərizəçiyə cavab verilməmişdir.
3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
4. Ərizəçi ərizəsində sadaladığı sənədlərin atasına məxsus olması faktının təsdiqlənməsinin zəruriliyini vərəsəlik məsələsində çətinlik yaratması ilə əsaslandırır. Məhkəmə, ilk növbədə, izah etməyi zəruri hesab edir ki, əgər ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (hazırki vəziyyətdə şəxsin adının səhv yazılması ilə) əlaqədar atası ilə qohumluq əlaqəsini sübut edə bilmirsə (bunun nəticəsində də vərəsəlik hüquqlarını realizə edə bilmirsə), bu halda məhkəməyə deyil, düzəliş aparılması məqsədilə müvafiq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, ərizəçi həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.
5. Digər tərəfdən şəxs ərizədə sadaladığı sənədlərin atasına məxsus olması faktının müəyyən edilməsini xahiş etdiyindən, məhkəmə buna münasibətdə bildirir ki, hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün zəruri şərtlərə əməl olunmalıdır.
6. Birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir). Ərizədən görünür ki, ərizəçi atasının adının həm “Habil”, həm “Qabil” olaraq qeyd edildiyi sənədlərin hamısının atasına məxsus olması faktının müəyyən edilməsini istəyir. Lakin, bu adlardan biri doğru kimi qəbul edilərsə, yalnız digəri ilə qeyd edilən sənədlər təhrif edilmiş qəbul edilməlidir. Deməli, ərizəçi bu adlardan yalnız biri ilə yazılmış sənədlərin şəxsə məxsus olması ilə bağlı müraciət edə bilər.
7. İkincisi, həmin sənədlər şəxsiyyəti təsdiq edən sənədlər (pasport, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlər olmalıdır. Hüquqmüəyyənedici sənədlər dedikdə isə, müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlər (vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair) nəzərdə tutulur. Ərizəçi həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan səhvlərlə əlaqədar belə sənədləri vermiş orqanların (təşkilatların) özlərinə, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlərlə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlara müraciət edə bilər.
8. Beləliklə, ərizəçi sənədlərin hansılarının hüquqmüəyyənedici olmasını müəyyən etməli və ərizəsində həmin sənədlərin ərizəçiyə nə məqsəd üçün lazım olduğu əsaslandırılmalıdır. Yəni, həmin sənədlərin atasına məxsus olmasının müəyyən edilməsi faktının ərizəçi üçün hansı hüquqi nəticə doğuracağını ərizəsində göstərilməlidir.
9. Üçüncüsü, ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, ərizəçi bununla bağlı müvafiq orqan və ya təşkilatlara müraciət etməsi və həmin orqan və ya təşkilatlar tərəfindən imtina edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 1*. Məhkəmə qeyd edir ki, ərizəçinin hüquqmüəyyənedici sənədlərin atasına məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılması üçün qeyd edilən şərtlərin hər biri eyni anda mövcud olmalıdır.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 13.4-cü maddə. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 114.1, 114.1.3-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 151.1-ci maddə. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1-ci maddə. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 3*7.1-ci maddə. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.2, 3*7.2.8-ci maddə. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 31*.1-ci maddə. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarı: 2.2. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.
6. Azərbaycan Respublikası MPM-nin 3*7.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.
8. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır.
Nəticə:
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 3*7, 31*, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
Ərizəçi “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 1** (bir yüz) manat məbləğində pul Ərizəçi geri qaytarılsın (qəbz №: **********). Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova