Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-554/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Əhmədova Ülvı̇ yyə Veys qızının nümayəndəsi X3, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ n nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əhmədova Ülvı̇ yyə Veys qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "borcun silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədova Ülvı̇ yyə Veys qızı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "borcun silinməsi tələbinə dair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, "xxxx" ASC tərəfindən tərtib olunmuş 034466 saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qanunsuz olaraq işıq sərfinə görə hesablanmış 1829,37 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən, özünə məxsus fərdi yaşayış evində yaşayır. Ailə üzvləri ilə birlikdə mənzilindəki təbii elektrik enerjisindən istifadə edir. Evdə istehlak etdikləri elektrik enerjisinin haqqını 10 il bundan əvvəl quraşdırılmış sayğaca uyğun olaraq vaxtlı-vaxtında ödəyirlər. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları bizim yaşadıqları mənzilə gəlmiş və yaşadıqları evin çöl divarında quraşdırılmış sayğaca baxış keçirmişlər. Ona həyat yoldaşım zəng vuraraq bu barədə məlumat verdiyi üçün o evə gəldikdə artıq sayğaca baxış keçirilməsi yekunlaşmış və əməkdaşlar oradan gedirdilər. O, "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirərək sayğaca kənar faza xəttinin daxil olması səbəbindən ona 034466 nömrəli akt tərtib edildiyi bildirilmişdi. Lakin ona həmin akt təqdim edilmədi və həmçinin o, həmin aktı imzalamamışdır. Hazırki vaxtadək də həmin aktın surəti ona təqdim olunmamışdır. Qeyd edir ki, onun tərəfindən təbii elektrik enerjisi sərfiyyatına dair sayğaca heç bir müdaxilə edilməmiş və elektrik sayğacından kənar istifadə olunma halı olmamışdır. Bundan əlavə, həmin sayğac yaşadıqları evin çöl divarında quraşdırılmış və onların həmin sayğaca müdaxilə etməkləri ümumiyyətlə mümkünsüz olmuşdur. Həmçinin hər hansı qanun pozuntusu aşkar edilirsə, akt tərtib edilən zaman hal şahidlərinin iştirakı ilə akt tərtib edilməli idi. Ən böyük qanun pozuntusunu bu aktı tərtib edən "xxxx" ASC-nin nümayəndələri etmişlər. Belə ki, əgər qanun pozuntusu neytral şəxslər (hal şahidləri) tərəfindən təsdiq edilmirsə, onda elektrik sayğacında müdaxilə olub-olmamasının müəyyən edilməsi ancaq "xxxx" ASC-nin əməkdaşlarının insafına qalır. Eyni zamanda, o, bu müddət ərzində işlətdiyi elektrik enerji sərfiyyatına görə borcunu vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh təşkilatın işçiləri tərəfindən demək olar ki, hər ay onun yaşadığı ünvandakı elektrik sayğacı yoxlanılmış və orada heç bir qüsur aşkar edilməmişdir. Sonuncu dəfə bu ilin iyul ayında cavabdeh təşkilatın işçiləri tərəfindən onun yaşadığı ünvandakı elektrik sayğacı yoxlanılmış və orada heç bir qüsur aşkar edilməmişdir. O yaşadığı ünvana aid cavabdeh "xxxx" ASC tərtib edilmiş 034466 saylı, xx.xx.2023-cü il tarixli akta uyğun tətbiq edilmiş borcun silinməsini tələb etmişdir. Lakin onun bu müraciəti nəticəsiz qalmışdı və ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Əhmədova Ülvı̇ yyə Veys qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ n nümayəndəsi X4 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin 034466 №-li 12 sentyabr 2023-cü il tarixli aktına əsasən abonent Əhmədova Ülvı̇ yyə Veys qızına məxsus İ.Həmidov küçəsi, döngə 3, mənzil 1 (abonent kodu **********30001) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olur. Kənar faza xətti sayğacları qidalandıran ümumi sip xətrinən götürülərək 04 kv.m-liq sip dirəyinin yuxarı uc hissəsindən xüsusi dəlik açaraq dirəyin içərisi ilə fərdi yaşayış evinə çəkilmişdir. İş üzrə 034466 nömrəli 12 sentyabr 2023-cü il tarixli akta əsasən Əhmədova Ülvı̇ yyə Veys qızına (abonent kodu **********30001) əlavə olaraq 14414 kvt.s (2,86 kvt.s x 24 saat x (0,7) x 300 gün əlavə sərfiyyat, yəni 1829,3 manat (89 kvt.s. x 0,08 manat = 71 manat, 1000 kvt.s x 0,09= 90 manat, 13325 kvt.s. x 0,13 manat = 1732,2 manat) məbləğində ödəniş hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abunə haqqında arayışdan görünür ki, Əhmədova Ülvı̇ yyə Veys qızına məxsus İ.Həmidov küçəsi, döngə 3, mənzil 1 (abonent kodu **********30001) ünvanına 1829,48 manat borc hesablanmışdır. Belə ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, "xxxx" ASC tərəfindən əhaliyə elektrikin satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir.[33] Qaydaların 6.3-cü bəndinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. [36] Qaydaların 6.4-cü bəndinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın əsasən elektrik paylayıcısı ilə ilə məişət elektrik istifadəçisi arasında elektrikin alqı-satqısı müqaviləsinin şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Həmin müqavilənin 6-1-ci bəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mübahisəli aktlarda istehlakçının işıqdan kənar xətt vasitəsilə sayğaca müdaxilə etməsi müəyyən edilmiş, cavabdehə müxtəlif vaxtlarda müəyyən ödənişlər edilmiş, lakin hesablanan məbləğin müəyyənləşdirilməsində sübutlar təqdim edilməmişdir. Məhkəmə həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən tərtib edilən aktlar üzrə məbləğlər istehlakçılardan ağlabatan məbləğdə tutulmalıdır. Məhkəmə qeyd edir ki, 034466 saylı, xx.xx.2023-cü il tarixli akt qismən qüsurlu hesab edilməli, istehlakçıdan xx.xx.2009-cu il tarixdən (xx.xx.2009-xx.xx.2023) tutulmalı məbləğ bir aya görə ortalama ağlabatan məbləğ kimi 30 (otuz) manat olmalıdır (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 20 (iyirmi manat), qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 50 (əlli) manat). Bu həmçinin abonəçinin abonə saldosundan çıxırışına əsasən də uyğun müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Əhmədova Ülvı̇ yyə Veys qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "borcun silinməsi tələbinə dair" iddia ərizəsi qismən təmin edilməli, 034466 saylı, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1829,37 manat borcun 1799,37 (1829,37 manat -30 manat) manatı məbləğində pul "xxxx" ASC tərəfindən Əhmədova Ülvı̇ yyə Veys qızının abunə hesabından (kod **********30001) silinsin. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 034466 saylı, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1799,37 (bir min yeddi yüz doxsan doqquz manat, otuz yeddi qəpik) manat məbləğində pul "xxxx" ASC tərəfindən Əhmədova Ülvı̇ yyə Veys qızının abunə hesabından (kod **********30001) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-554/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-554/2024
20.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver