Məhkəmə qərarları › İş №2(006)-555/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-555/2022

29.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-555/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi üzrə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ağayev X2 rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə 25.02.2015-ci il tarixdə bağladıqları KXM 01 saylı nömrəli kredit müqaviləsi və qeyd olunan müqavilənin təminatı olan 25.02.2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinin, "xxxx" ASC ilə 15.09.2015-ci il tarixli İPK 02 saylı nömrəli kredit müqaviləsi və qeyd olunan müqavilənin təminatı olan 15.09.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC iiə İddiaçı arasında bağlanmış 25.02.2015-cı i! tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən, borc alana 24 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 65000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh ASC ilə X4iu arasında bağlanmış 25.02.2015-ci il tarixli İM 01 say!ı ipoteka müqaviləsinə görə, kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 sayh mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. “Atrabank’ ASC ilə İddiaçı arasırde bağlanmış 15.09.2015-ci il tarix!i, İPK 02 saylı kredit müqaviləsinə əsasən, borc alana 18 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. “Atrabank’ ASC ilə X3 arasında bağlanmış 15.09.2015-ci il tarixli sonraKi ipoteka müqaviləsinə görə, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi», 2G saylı evin 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı müqaviləni bağladıqdan sonra hər ay vaxtlı-vaxtında kredit üzrə ödənişini etsə də, sonradan Azərbaycan manatın 130% həcmində kəskin devalvasiyası nəticəsində borcunu ödəyə bilməmişdir. İddiaçı borcunu ödəyə bilmədiyi üçün “Atrabank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan indiki dövr üçün müəyyən edilmiş kursa uyğun olaraq borcunu geri ödəməyi tələb etmişdir. 2015-ci ildə tərəflər arasında kredit müqaviləsi bağlanarkən 75000 ABŞ dolları 78750 manata bərabər idi. İndiki tələb edilən məbləğ isə iddiaçıların bütün ödəmələrindən sonra belə 127500 manata bərabərdir. Hesab edirlər ki, iddiaçı ilə cavabdeh arasında bağlanan müqavilədə kreditin qaytarılma şərtləri tam və dəqiq göstərilmədiyi üçün qeyd etibarsız sayılmalıdır. Beləliklə, iddiaçı devalvasiya olacağı təqdirdə kredit müqaviləsinə əsasən götürdüyü 75000 ABŞ dolları məbləğində kreditə görə 127500 manat pul ödəməli olacağı və 152380 ABŞ dolları kimi qiymətləndirilən əmlakını (160 000 manatın kredit götürülən vaxta dollara münasibətdə ekvivalenti) sonradan 94 117 ABŞ kimi qiymətləndiriləcəyini bilsəydi, əqdi təbii ki bağlamazdı. Bu səbəbdən də iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakvı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 25 fevral 2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən, “borcverən” tərəfindən “borcalana” ayrılan kredit xətti üzrə məbləğ 65000 USD təşkil edir. Kredit xətti 24 ay müddətinə, illik 23% ödəmək şərti ilə verilir. 25 fevral 2015-ci il tarixli, İM 01 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, bu müqavilənin predmeti kimi Cavabdeh ASC ilə İddiaçı Rafik oğlu arasında bağlanmış 25 fevral 2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, yəni verilmiş kreditin və ona hesablanmış fazilərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə tərəflərin razılığa gəlmələri təşkil edir. İpotekanın predmetini X1 məxsus xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən əmlak təşkil edir. 15 sentyabr 2015-ci il tarixli, İPK 02 nömrəli kredit (borc) müqaviləsinin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən, “borcverən” tərəfindən “borcalana” verilən kreditin məbləği 10000 ABŞ dolları təşkil edir. Kredit 18 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə verilmişdir. 15 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, bu müqavilənin predmeti kimi Cavabdeh ASC ilə İddiaçı Rafik oğlu arasında bağlanmış 15 sentyabr 2015-ci il tarixli, İPK 02 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, yəni verilmiş kreditin və ona hesablanmış fazilərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə tərəflərin razılığa gəlmələri təşkil edir. İpotekanın predmetini 25 fevral 2015-ci il tarixli İpoteka Müqaviləsinə əsasən yüklü edilmiş X1 məxsus xüsusi mülkiyyətdə olan ünvan 1, mənzil 36 ünvanında ümumi sahəsi 72,45 kv.m yaşayış sahəsi 50,15 kv.m 4 otaqlı mənzil təşkil edir. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1, mənzil 36 ünvanı ipoteka ilə 24 ay müddətinə yüklü edilmişdir. Həmin daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 933 nömrəli reyestr kitabının 86609 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-393/2021 saylı, 18.03.2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2580/2020 saylı iş üzrə 04 mart 2020-ci il tarixli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2580/2020 saylı iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsi ilə isə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-369/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, tərəflər, yəni İddiaçı və Cavabdeh ASC arasında müxtəlif müqavilələr bağlanmışdır. Müqavilələr bağlanarkən onun mühüm şərtlərinə əməl edilmiş, tərəflərin imzası təsdiq edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, 25.02.2015-ci il tarixdə bağladıqları KXM 01 saylı nömrəli kredit müqaviləsi və qeyd olunan müqavilənin təminatı olan 25.02.2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinin, 15.09.2015-ci il tarixli İPK 02 saylı nömrəli kredit müqaviləsi və qeyd olunan müqavilənin təminatı olan 15.09.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə aşağıda qeyd olunan maddi normalara əsaslanaraq hesab edir ki, iddiaçı sözügedən müqavilələrin etibarsızlığına səbəb ola biləcək halları məhkəmədə sübuta yetirmədi. Belə ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-nin 14-cü maddəsi). Həmçinin, Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan başqa Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsindən göründüyü kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-nın 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər mübahisə predmeti olan müqaviləni bağlayarkən Qanunun tələblərinə riayət etmişlər. Məhkəmə onuda qeyd edir ki, istənilən bir halda müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya qismən icra edilməsi müqavilənin etibarsız hesab edilməsi üçün deyil, ləğv edilməsi üçün əsas ola bilər. Mülki Məcəllənin 337-ci maddəsinin 1 və 2-ci bəndlərinə uyğun olaraq, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». Odur ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar