Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5557/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «müqavilələr üzrə pulun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «müqavilələr üzrə pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9.647 ABŞ dolları 02 sent; 452 manat 09 qəpik; 97 Avro 50 avrosent pul vəsaitlərinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət (bank xidməti) haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.11.2018-ci il tarixli BPM**********18 saylı, BPM**********45 saylı, BPM**********84 saylı və 06.11.2018-ci il tarixli BPM**********24 saylı, BPM**********96 saylı «kart hesabının açılması və ödəniş kartından istifadə haqqında» müqavilələrə əsasən, cavabdehə ********************, ********************, ******************** saylı USD, ******************** saylı AZN, ******************** saylı Avro valyutalı kart hesabı açılmışdır. İddia ərizəsinə əlavə edilmiş BPM**********96 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 15 fevral 2019-cu il tarixdən başlayaraq hesab üzrə texniki overdraft (müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, ödəniş kartı/Əlavə kart vasitəsi ilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması – müqavilənin 1.1.5-ci bəndi) yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 6.521 ABŞ dolları 63 sent təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş BPM**********24 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 15 yanvar 2019-cu il tarixdən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 2.717 ABŞ dolları 79 sent təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş BPM**********18 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 05 dekabr 2018-ci il tarixdən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 407 ABŞ dolları 60 sent təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş BPM**********45 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 05 dekabr 2018-ci il tarixdən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 97 Avro 50 avrosent təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş BPM**********84 saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 15 dekabr 2018-ci il tarixdən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 452 manat 09 qəpik təşkil etmişdir. Həmin müqavilələrin 3.3.6-cı bəndlərinə əsasən texniki overdraft baş verdiyi halda, müştəri yaranmış borcu və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində ABB-yə ödəməlidir. Göründüyü kimi, cavabdeh müqaviləni imzalamaqla, onun şərtləri ilə razı olduğunu qəbul etmiş və müqavilə ilə təsbit olunmuş hüquq və öhdəlikləri öz üzərinə götürmüşdür. Hazırda Cavabdeh ABB-yə ümumilikdə 9.647 ABŞ dolları 02 sent; 452 manat 09 qəpik; 97 Avro 50 avrosent borcu mövcuddur. Tərəflər arasında bağlanmış müqavilələrin 9.3-cü bəndlərinə əsasən danışıqlar yolu ilə nizama salınmayan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilələrdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 02.11.2018-ci il tarixli BPM**********18 saylı, BPM**********45 saylı, BPM**********84 saylı və 06.11.2018-ci il tarixli BPM**********24 saylı, BPM**********96 saylı «kart hesabının açılması və ödəniş kartından istifadə haqqında» müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh ********************, ********************, ******************** saylı USD, ******************** saylı AZN, ******************** saylı Avro valyutalı kart hesabları açılmışdır. Hesablardan çıxarışlardan göründüyü kimi: BPM**********96 saylı müqavilə üzrə 15 fevral 2019-cu il tarixdən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 6.521 ABŞ dolları 63 sent; BPM**********24 saylı müqavilə üzrə 15 yanvar 2019-cu il tarixdən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 2.717 ABŞ dolları 79 sent; BPM**********18 saylı müqavilə üzrə 05 dekabr 2018-ci il tarixdən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 407 ABŞ dolları 60 sent; BPM**********45 saylı müqavilə üzrə 05 dekabr 2018-ci il tarixdən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 97 Avro 50 avrosent; BPM**********84 saylı müqavilə üzrə 15 dekabr 2018-ci il tarixdən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 452 manat 09 qəpik təşkil edir. Hazırda Cavabdeh iddiaçı Banka ümumilikdə 9.647 ABŞ dolları 02 sent; 452 manat 09 qəpik; 97 Avro 50 avrosent borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə "xxxx" ASC-də açılmış kart hesabları üzrə overdraft məbləğləri yaratmış, həmin overdraft məbləğlərini banka qaytarmamış, digər sözlə ifadə etdikdə, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 9.647 ABŞ dolları 02 sent; 97 Avro 50 avrosent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə (USD-AZN; Avro-AZN) üzrə manatla, 452 manat 09 qəpik, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9.647 ABŞ dolları 02 sent; 97 Avro 50 avrosent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə (USD-AZN; Avro-AZN) üzrə manatla, 452 manat 09 qəpik, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5557/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5557/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver