Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5562/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-nin icraçı direktoru X2 və Cavabdeh MMC-nin təsisçisi X1 qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan İddiaçı cavabdehin əsl cavabdehlərlə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh MMC-ni cavabdehlər Cavabdeh MMC-nin icraçı direktoru X2 və Cavabdeh MMC-nin təsisçisi X3 ilə əvəz etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)1908/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-nin icraçı direktoru X2 və Cavabdeh MMC-nin təsisçisi X1 qarşı "pul" tələbinə dair həmin mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx xxxxxxx 2020-cı il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə hesab edir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli olduğundan, hazırkı iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan İddiaçı cavabdehlər Cavabdeh MMC-nin icraçı direktoru X2 və Cavabdeh MMC-nin təsisçisi X1 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə müki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-nin icraçı direktoru X2 və Cavabdeh MMC-nin təsisçisi X1 qarşı "pul" tələbinə dair iddiası üzrə 2(006)-5562/2020 saylı mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-5562/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5562/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver