Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5574/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «çoxmənzilli yaşayış binasının yerləşən fərdi mənzilin təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «çoxmənzilli yaşayış binasının yerləşən fərdi mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə (VÖEN: **********) ünvan 1 ünvanda pilot layihə əsasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasından İddiaçı 2-ci blok 8-ci mərtəbədə yerləşən 87,0 m2 ümumi sahəsi olan mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında 05.10.2017-ci il tarixdə «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin hissəsinin alğısatqısına dair» 2/10H saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə 1 və 2 saylı əlavələr də imzalanmışdır. Belə ki, cavabdeh şirkət pilot layihə əsasında 30 ay müddətində ünvan 1 ünvanda yerləşən, onun da 58,0 m2 ümumi sahəsi olan mənzilinin yerləşdiyi 5 mərtəbəli binanı uçuraraq (demontaj edərək), yerində yeni çoxmənzilli yaşayış binası (göydələn) inşa etməyə başlamışdır. Cavabdeh MTK ilə onun arasında bağlanan 05.10.2017-ci il tarixli 2/10H nömrəli müqaviləyə əsasən, ona inşa edilən yeni binada 2-ci blok, 8-ci mərtəbədə hissə-hissə ödəniş müqabilində 41.470 manata 29,0 m2 ibarət əlavə mənzil sahəsi daxil olmaqla, ümumilikdə 87,0 m2-dən ibarət təmirsiz mənzil veriləcəyi öhdəliyi götürülmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh şirkət mənzilini ona tam təhvil verilənə kimi, sökülmüş 58,0 m2 sahəsinə görə ona kirayə haqqı olaraq hər ay 500 manat pul ödəməli idi. Lakin bu günə kimi bu öhdəliklərini pozaraq, kirayə haqqının ödənilməsindən yayınır. Bu müddət ərzində çətin də olsa, öz cibindən bu məbləği qarşılayaraq ailəliklə kirayədə qalır. O, müqavilə şərtləri əsasında 05.10.2017-ci il tarixdə 12.000 manat, 09.04.2018-ci il tarixdə 11.310 manat, 28.06.2018-ci il tarixdə 950 manat və 13.12.2018-ci il tarixdə 6.650 manat olmaqla cavabdeh şirkətə 29 m2-dən ibarət əlavə mənzil sahəsinə görə ümumilikdə 30.910 manat pul ödəmişdir. Bu barədə GDG seriyalı 442839, 442079, 380381, 255206 saylı kassa mədaxil orderlərinin əslini iddia ərizəsinə əlavə edir. Lakin hazırda cavabdeh şirkət müxtəlif bəhanələr gətirərək, mənzilini ona təhvil verməkdən qərəzli şəkildə yayınır. Hazırda 2021-ci il olmasına baxmayaraq, cavabdeh pilot layihə müqaviləsi üzrə 4.1.3-cü bəndində nəzərdə tutulmuş (30 ay müddətinə 2019cu ildə tikintini başa çatdırmamış) öz öhdəliklərini pozmuş və son 2 ildir binanı təhvil verməmişdir. Eyni zamanda, ona ödənilməli aylıq 500 manat kirayə haqqını da birtərəfli qaydada kəsmişdir. Bu hal azmış kimi, heç bir əsas olmadan şifahi formada ona bildirmişlər ki, xəbəri olmadan mənzilini başqa bir adama satmışlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarını əsas tutaraq, Cavabdeh MTK (keçmişdə təşkilati-hüquqi forması MMC) ilə İddiaçı arasında 05 oktyabr 2017-ci il tarixdə 2/10H saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair müqavilə bağlanmış, İddiaçı mülkiyyətində olan ünvan 1 71 saylı evin 21 sayı, sahəsi 45,5 m2 olan mənzili sökülərək, əvəzində həmin ünvanda inşa ediləcək yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində, sahəsi 87,0 m2-dən ibarət mənzil (mənzilin 58,0 m2 hissəsi əvəzsiz, 29,0 m2 hissəsi isə 1 m2 x 1430 manatdan olmaqla, 19 ay müddətinə kreditlə) verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən ilkin ödəniş edildikdən sonra, ümumi dəyərinin qalan hissəsi növbəti aydan başlayaraq, 19 ay ərzində, hər ayın 16-dək bu müqavilənin ayrılmaz tərkib hissəsi olan aylıq ödəniş qrafikində şərtləndirilmiş qaydada alıcı ödəməlidir. Müqavilənin 4.1.6-cı bəndinə əsasən mənzil tikintisi ilə əlaqədar alıcı tərəfindən bu müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada ödəmələr davamlı olaraq 3 dəfə yerinə yetirilmədikdə bir tərəfli qaydada xəbərdarlıq edərək bu müqaviləyə xitam verir, satıcı həmin günə kimi alıcı tərəfindən ödənilmiş məbləğinin 10 %-ni özündə saxlayır, qalan məbləği isə geri qaytarır. İddiaçı birinci aydan başlayaraq aylıq ödəniş şərtini pozmuş və 6 ayda heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən ona güzəşt edilmiş və 6 aydan sonra 16.05.2018-ci il tarixdən başlamaqla yeni aylıq ödəniş cədvəli tərtib edilmiş, qabaqcadan 24 aylıq kirayə pulu ödənilmişdir. Yenə də, bir ay 10 gündən sonra bir aylıq ödənişi, bundan 6 ay sonra 7 aylıq ödəniş edilmişdir. 13.12.2018-ci il tarixdən sonra isə heç bir ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdeh tərəfindən rəsmi qaydada bildirişlər göndərilmiş, xəbərdarlıqlar edilmiş, özü, qardaşı, nümayəndəsi tərəfindən borcun ödənilməsi ilə bağlı sözlər verilmiş, lakin yerinə yetirilməmişdir. Nəhayət, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 2/10 saylı «çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğısatqısına dair» müqaviləyə birtərəfli qaydada xitam verilmiş, həmin əmrlə ünvan 1ndə inşa edilən yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində sahəsi 87,0 m2-dən ibarət mənzili, daha az sahəli mənzillə – həmin blokun 4-cü mərtəbəsində 67,0 m2-dən ibarət mənzil sahəsi ilə əvəzləşdirilmiş, göstərilən şərtlərlə yeni müqavilə bağlanılması və əvvəlki müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq tərəflər arasında (kirayə və təmir pulu) son haqq-hesab aparılması ilə bağlı ofisə gəlməsinə dair rəsmi qaydada məlumatlandırmışlar. O cümlədən, İddiaçı şəxsən dəvət edərək, rəhbərlik tərəfindən görüşlər keçirilmişdir və nəhayət onun tələbi nəzərə alınmaqla, ona hal-hazırda yuxarıda göstərilən 73,2 m2 ümumi sahəsi olan mənzillə təmin edə biləcəklərini bir daha məhkəmənin diqqətinə çatdırırlar. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, Cavabdeh MMC-nin təşkilati-hüquqi forması dəyişdirilərək Cavabdeh MTK-ya çevrilmişdir. - tərəflər arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 2/10H saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin hissəsinin alğı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Cavabdeh MTK tərəflər arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 4/20 saylı müqavilənin 2-ci bəndinə əsasən alıcı İddiaçı mülkiyyətinə verilməsi nəzərdə tutulan 58,0 m2-dən ibarət mənzilə əlavə edilmək şərti ilə ona daha 29,0 m2-dən ibarət mənzil hissəsini və ümumilikdə ünvan 1ndə özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 2-ci blok, 8-ci mərtəbə, sahəsi 87,0 m2-dən ibarət təmirsiz mənzili tikib alıcıya təhvil verməyə, satıcı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzil hissəsini qəbul etməsinə və həmin mənzil hissəsinin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürürlər. - Müqavilənin 2-ci bəndinə əsasən tikilən təmirli mənzil hissəsinin sahəsinin 1 m2nin qiyməti 1.430 manat müəyyən edilir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzil sahəsi çöl divarların ortasından hesablanır. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil hissəsinin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 41.470 manat təşkil edir. - Müqavilənin 3-cü bəndində tərəflər ödəmə şərtlərini razılaşdırmışlar. - Müqavilənin 4.1.6-cı bəndində qeyd edilən halda, cavabdehin iddiaçı ilə bağlanmış müqaviləyə həmin bənddə sadalanmış şərtlərə riayət etməklə birtərəfli qaydada xitam vermək hüququ var. - Sözügedən müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı Cavabdeh MMC qarşısında 29,0 m2-dən ibarət mənzil hissəsinin tikintisinə görə CavabdehMMC-yə ilkin ödəniş kimi 23310 manatı bu müqavilə imzalandığı gün ödəmək şərti ilə, qalıq məbləği kimi 18160 manat həcmində pul vəsaitini 16.11.2019-cu il tarixinə kimi hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürür. Sözügedən öhdəliyi İddiaçı adından etibarnamə əsasında X1 imzalamışdır. - Sözügedən müqaviləyə 2 saylı əlavədən (aylıq ödəniş qrafiki) görünür ki, İddiaçı tərəfindən ilkin ödəniş 23310 manat 05.10.2017-ci il tarixdə sonuncu ödəniş isə 16.12.2018-ci il tarixdə 950 manat məbləğində həyata keçirilmişdir. - GDG seriyalı 442839, 442079, 380381, 255206 saylı kassa mədaxil orderlərinin əslindən görünür ki, iddiaçı 05.10.2017-ci il tarixdə 12.000 manat, 09.04.2018-ci il tarixdə 11.310 manat, 28.06.2018-ci il tarixdə 950 manat və 13.12.2018-ci il tarixdə 6.650 manat, ümümilikdə cavabdehə 30.910 manat pul ödəmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 25.01.2018-ci il tarixli bildirişxəbərdarlıq məktubunun məzmunundan görünür ki, aylıq ödəniş qrafikinə əsasən 16.11.2017-ci il tarixdə aylıq 1200 manat ödəməli olduğu halda aylıq ödənişləri həyata keçirməmişdir. Aralarında bağlanılmış müqavilənin 4.1.6-cı bəndinə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarını rəhbər tutaraq ondan 3600 manat məbləğində pul ödənişini 3 gün müddətində qeyd-şərtsiz ödənilməsi tələb edilmiş, əks halda bağlanmış müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi diqqətinə çatdırılmışdır. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 25.01.2018-ci il tarixli bildirişxəbərdarlıq məktubunun məzmunundan görünür ki, onun tərəfindən 4 aydan artıqdır ki, aylıq ödənişlər ödənilmədiyindən aralarında bağlanılmış müqavilənin 4.1.6-cı bəndinə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarını rəhbər tutaraq ondan 3600 manat məbləğində pul ödənişini 3 gün müddətində qeyd-şərtsiz ödənilməsi tələb edilmiş, əks halda bağlanmış müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi diqqətinə çatdırılmışdır. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 03.06.2019-cu il tarixli bildirişxəbərdarlıq məktubunun məzmunundan görünür ki, onun tərəfindən bir neçə dəfə aylıq ödənişlər gecikdirilmişdir və dəfələrlə ona xəbərdarlıq edilmişdir. 13.12.2018-ci il tarixdən isə heç bir ödəniş edilməmiş, artıq həmin tarixdən 6 ay müddət keçməsinə baxmayaraq aylıq ödənişlər həyata keçirilməmişdir. Aralarında bağlanılmış müqavilənin 4.1.6-cı bəndinə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarını rəhbər tutaraq ondan aylıq ödənişlərin 3 gün müddətində qeyd-şərtsiz ödənilməsi tələb edilmiş, əks halda bağlanmış müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi diqqətinə çatdırılmışdır. - Cavabdeh MMC-nin 20.08.2020-ci il tarixli 07/L saylı əmrindən görünür ki, müqavilə şərtlərinə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 2/10 saylı «çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqaviləyə birtərəfli qaydada xitam verilmiş, ünvan 1ndə inşa edilən yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində sahəsi 87,0 m2-dən ibarət mənzili, daha az sahəli mənzillə – həmin blokun 4-cü mərtəbəsində 67,0 m2-dən ibarət mənzil sahəsi ilə əvəzləşdirilmiş, göstərilən şərtlərlə yeni müqavilə bağlanılması və əvvəlki müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq tərəflər arasında (kirayə və təmir pulu) son haqqhesab aparılması iddiaçıya təklif edilmişdir. - Cavabdeh MMC-nin iddiaçıya ünvanladığı 20.08.2020-ci il tarixli bildiriş xəbərdaqlığından görünür ki, ona 20.08.2020-ci il tarixli 07/L saylı əmri göndərilməklə yeni müqavilənin bağlanması və aralarında olan maliyyə məsələlərinin həll edilməsi baxımından zəruri olduğundan qısa müddət ərzində MMC-yə gəlməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir Həmçinin, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin araşdırılmış hallarından məlum olur ki, Cavabdeh MTK (keçmişdə təşkilati-hüquqi forması MMC) ilə İddiaçı arasında 05 oktyabr 2017-ci il tarixdə 2/10H saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair müqavilə bağlanmış, sonuncunun mülkiyyətində olan ünvan 1 71 saylı evin 21 sayı, sahəsi 45,5 m2 olan mənzili sökülərək, əvəzində həmin ünvanda inşa ediləcək yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində, sahəsi 87,0 m2-dən ibarət mənzil (mənzilin 58,0 m2 hissəsi əvəzsiz, 29,0 m2 hissəsi isə 1 m2 x 1430 manatdan olmaqla, 19 ay müddətinə kreditlə) verilmişdir. İddiaçı müqavilənin əlavələrinə uyğun üzərinə götürdüyü öhdəliyə əsasən ödəniş qrafiki üzrə ilkin ödənişi həyata keçirdikdən sonra birinci aydan başlayaraq aylıq ödəniş şərtlərini pozmuş və 6 ayda heç bir ödəniş etməmişdir. İşin materiallarından görünür ki, cavabdeh tərəfindən 6 aydan sonra 16.05.2018-ci il tarixdən başlamaqla yeni aylıq ödəniş cədvəli tərtib edilmiş, qabaqcadan 24 aylıq kirayə pulu ödənilmişdir. İddiaçı tərəfindən bir ay 10 gündən sonra bir aylıq ödənişi, bundan 6 ay sonra 7 aylıq ödəniş edilmişdir. 13.12.2018-ci il tarixdən sonra isə heç bir ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdeh tərəfindən rəsmi qaydada bildirişlər göndərilməsinə xəbərdarlıqlar edilməsinə baxmayaraq iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh MMC ilə onun arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 2/10H saylı «çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqaviləyə birtərəfli qaydada xitam verilmiş, həmin əmrlə ünvan 1ndə inşa edilən yaşayış binasının 2ci blok 8-ci mərtəbəsində sahəsi 87,0 m2-dən ibarət mənzili, daha az sahəli mənzillə – həmin blokun 4-cü mərtəbəsində 67,0 m2-dən ibarət mənzil sahəsi ilə əvəzləşdirilmiş, göstərilən şərtlərlə yeni müqavilə bağlanılması və əvvəlki müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq tərəflər arasında (kirayə və təmir pulu) son haqq-hesab aparılması ilə bağlı ofisə gəlməsinə dair rəsmi qaydada məlumatlandırılmışdır. İddiaçı cavabdeh tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmasını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, öhdəliyə əsasən iddiaçı müqavilə imzalanan gün 23.310 manat məbləğində ilkin ödənişi ödəməli, ilkin ödəniş edildikdən sonra, ümumi dəyərin qalan hissəsini növbəti aydan başlayaraq 19 ay ərzində, hər ayın 16-dək bu müqavilənin ayrılmaz tərkib hissəsi olan aylıq ödəniş qrafikində şərtləşdirilmiş qaydada ödəməli, hesablaşmaları müəyyən olunmuş müddətdə Azərbaycan manatı ilə həyata keçirməli idi. Lakin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə məhz iddiaçı tərəfindən pozulmuş, yaşayış sahəsinə görə ödənilməli olan pul məbləğləri ödəniş cədvəli üzrə vaxtında və tam şəkildə ödənilməmiş, ödənişlər dəfələrlə yubadılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, onlar dəfələrdə iddiaçıdan gəlib kirayə pullarını götürməsini xahiş etmişlər. Lakin iddiaçı gəlib kirayə pullarını götürməmişdir. Binanın tikintisində yubanma isə cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi ilə bağlı olmayıb, ərazidə yaşayan vətəndaşların bəzilərinin çıxmaması ilə bağlı olmuşdur. Cavabdeh tərəf yenə də, iddiaçının vəziyyətini anlayışla qarşılayaraq, ilk müqavilədə nəzərdə tutulmuş 87,0 m2-dən ibarət təmirsiz mənzil əvəzinə onu 67 kv.m deyil, 73,2 m2 ümumi sahəsi olan mənzillə təmin edilməsini müzakirə edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamış, müqavilə şərtlərinə istinad edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 2/10H saylı «çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğısatqısına dair» müqaviləyə birtərəfli qaydada xitam verilmiş, ünvan 1ndə inşa edilən yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində sahəsi 87,0 m2-dən ibarət mənzili, daha az sahəli mənzillə – həmin blokun 4-cü mərtəbəsində 67,0 m2-dən ibarət mənzil sahəsi ilə əvəzləşdirilmiş, göstərilən şərtlərlə yeni müqavilə bağlanılması və əvvəlki müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq tərəflər arasında (kirayə və təmir pulu) son haqqhesab aparılması ilə bağlı ofisə gəlməsinə dair iddiaçı tərəf rəsmi qaydada məlumatlandırılmışdır. Məhkəmə işin yuxarıda sadalanan halları və ünvan 1 ünvanda pilot layihə əsasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasından İddiaçı 2-ci blok 8-ci mərtəbədə yerləşən 87,0 m2 ümumi sahəsi olan mənzilin təhvil verilməsi ilə bağlı tərəflər arasında 05.10.2017-ci il tarixdə bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin hissəsinin alğı-satqısına dair» 2/10H saylı müqavilə hazırda qüvvədə olmadığını nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə 87,0 m2-dən ibarət mənzilin təhvil verilməsinə dair iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin cavabdeh tərəfin iddiaçının vəziyyətini anlayışla qarşılayaraq, ilk müqavilədə nəzərdə tutulmuş 87,0 m2-dən ibarət təmirsiz mənzil əvəzinə 73,2 m2 ümumi sahəsi olan mənzillə təmin edə bilməsinə dair təklifinin irəli sürməsini də nəzərə alır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın üzərinə (VÖEN: **********) ünvan 1 ünvanda pilot layihə əsasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasından İddiaçı 2-ci blok 8-ci mərtəbədə yerləşən 87,0 m2 ümumi sahəsi olan mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın üzərinə (VÖEN: **********) ünvan 1 ünvanda pilot layihə əsasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasından İddiaçı 2-ci blok 8-ci mərtəbədə yerləşən 87,0 m2 ümumi sahəsi olan mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5574/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5574/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver