Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-560/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən N.Qardaşları küçəsi, 68 saylı ünvanda heç bir müvafiq icazə sənədləri olmadan qanunsuz tikinti işləri aparılmışdır. Həmin əraziyə xidmət göstərən 14 saylı MKİS tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir ki, apardığı qeyri-qanuni tikilini söküb əvvəlki vəziyyətinə qaytarsın. Lakin cavabdeh bu işləri yerinə yetirməkdən imtina etmişdir. Ona görə də bu barədə xx.xx.2021-ci il tarixli xəbərdarlıq tərtib olunmuşdur. Cavabdehin özbaşına heç bir müvafiq icazə sənədi olmadan apardığı tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının» tələblərinə ziddir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən Nəsimi rayonu, N.Qardaşları küçəsi, 68 saylı ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa etdiyi qanunsuz tikilinin sökülməsi barədə və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh müvafiq icra hakimiyyəti orqanın razılığı olmadan ünvan 1 ünvanda qanunsuz tikinti işləri aparıb. Cavabdeh göstərilən ünvanda ona məxsus evin üzərində, giriş-çıxışı ümumi olan həyətin üstünü bağlayaraq qanunsuz və kustar üsulla 2-ci mərtəbənin tikintisini aparıbdır. Qanunsuz tikinti işləri nəticəsində onun evinə böyük ziyan dəyib və divarlarda dərin çatlar əmələ gəlibdir. Tikinti işləri aparılan ev artıq istismar müddətini başa vurduğu və yaxın gələcəkdə planına uyğun söküləcəyi səbəbindən hər hansı bir tikinti işlərinin aparılması binanın uçması təhlükəsini yaradır. Dəfələrlə xəbərdarlığa və hüquqi mühafizə orqanlarına müraciət etmələrinə baxmayaraq cavabdeh özbaşına tikintini davam etdirmişdir. Cavabdehin bu qanunsuz hərəkəti nəticəsində ona maddi və mənəvi ziyan da dəymişdir. Bu qanunsuz hərəkətlərlə ona 5000 manat məbləğində maddi ziyan dəymiş və mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh qanunsuz hrəkətləri ilə həmçinin ona mənəvi zərər də vurmuşdur. Hal-hazırda Nəsimi rayon MKTB-nin cavabdehə qarşı həmin qanunsuz tikilinin sökülməsi barədə iddiası məhkəmənin icraatındadır. Bu səbəbdən də iddia predmetinə müstəqil tələb irəli sürən 3-cü şəxs kimi başlanmış məhkəmə prosesinə qoşulması qərarına gəlmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanda Cavabdeh apardığı qanunsuz tikilinin onun hesabına sökülməsi, mülkiyyətində olan mənzilə vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə 5000 manat, cəmi 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq 3-cü şəxsə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi X13 öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Nümayəndə həmçinin izahatında göstərmişdir ki, hazırki mübahisəli daşınmaz əmlak onun ata və anasının olub. Onların vəfatından sonra bacı və qardaşları və o, da daxil olmaqla məhkəmə qaydasında payları müəyyənləşdirilib. Ən çox pay isə ona verilib. O, isə öz əmlakına çıxarış almışdır. Hazırki sökülməsini tələb etdiyi tikili isə qardaşına verilmiş otaqların üzərində tikilmişdir. Həmin tikinti işləri cavabdeh tərəfindən kustar üsulla və heç bir icazə alınmadan aparılmışdır. Həmin tikilmiş tikili onların yaşayış sahəsinin yanında olsa da, heç bir qaydalara uyğun olmadan və kustar üsulla aparıldığından hər an uçma təhlükəsi vardır və bu onların və digər şəxslərin həyatı üçün təhlükəlidir. Bu səbəbdən onun iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edir.
6. Məhkəmə iclasında Cavabdeh hər 2 iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırda uşaqları ilə birlikdə yaşadığı yaşayış sahəsi qaynatası və qayınanası tərəfindən həyat yoldaşına verilmişdir. Onlar öldükdən sonra həyat yoldaşının bacı və qardaşları məhkəmədə iddia qaldıraraq paylarının tanınmasını tələb etmişlər. Məhkəmə tərəfindən müvafiq bölgü aparılmış və hazırda yaşadıqları yaşayış sahəsi üzərində həyat yoldaşının pay hüququ tanınmışdır. Həmin sahə iki otaqdan ibarətdir. Onlar həmin sahəyə çıxarış almışlar. Daha sonra həyat yoldaşı həmin otaqlardan birini ona bağışlamışdır. Qarşı tərəflərin sökülməsini istədikləri tikili isə özlərinə məxsus olan otaqların üstündə tikilmişdir və müstəqil tələb irəli sürən 3-cü şəxs onun heç bir maneə yaratmır, çünki onun payına düşən hissə onların mülkiyyətində olan tikilidən ayrıdır. Nəticə olaraq onun heç bir hüququnu pozmur. Bu səbəbdən hər iki iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 68 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 1/7 hissəsi X5 (xx.xx.2013-cü il tarixdən), 5/7 hissəsi X6 (xx.xx.2013-cü il tarixdən), 1/14 hissəsi İlyas Rzayevin, ¼ hissəsi Cavabdeh (xx.xx.2017-ci il tarixdən) mülkiyyətindədir.
9. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 68 nömrəli ev “A” və “B” tikililərdən ibarətdir. “A” tikilisi 3 otaqlardan ibarət, ümumi sahəsi 74,5 kv.m., yaşayış sahəsi 56,6 kv.m.,köməkçi sahə 17,9 kv.m., zirzəmi 46,1 kv.m., tikinti altı sahə 97,8 kv.m., “B” tikilisi 4 otaqlardan ibarət, ümumi sahəsi 50,5 kv.m., yaşayış sahəsi 50,5 kv.m., tikinti altı sahəsi 66,0 kv.m. təşkil etmiş, evin hüquqi subyekti X14 və başqalarıdır.
10. İş üzrə 14 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh, X9, X10, X11 Bakı şəhəri, Novruzov Qardaşları küçəsində yerləşən 68 saylı evdə (1/7 hissəsi, ümumi sahəsi 24,44 kv.m.) qeydiyyatdadırlar.
11. İş materiallarında olan Bakı şəhəri 14 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Novruzov qardaşları döngə 1, 68-ci ildə yoxlama işi aparılmış, Cavabdeh tərəfindən aparılan qanunsuz tikinti işləri dayandırılmış və sökülərək əvvəlki vəziyyətə qaytarılmışdır. Cavabdeh qanunsuz tikinti işlərinin təkrarən aparılması barədə ciddi xəbərdarlıq olunmuşdur.
12. İş materiallarında olan Bakı şəhəri 14 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, tərəflərdən dəfələrlə xəbərdarlıq olunduğuna, tikdirdiyi qanunsuz tikili tərəflərdən sökülməsinə baxmayaraq, təkrarən Novruzov Qardaşları küşəsi, döngə 1, ev 68-də yaşayan Cavabdeh qanunsuz tikinti işləri aparmışdır. Belə ki, təxminən 12 kv.m-lik tikinti işləri apararaq üstünü bağlamışdır. Tərəflərdən tikintinin sökülməsi üçün müdaxilələr olunmuş, lakin təhdidlərə, özünü öldürmək, yandırmaq kimi hərəkətlər edəcəyini demiş, tikintini sökmək imkanı verməmişdir.
13. İş materiallarında olan Bakı şəhəri 14 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlara əsasən qanunsuz apardığı tikintinin təcili surətdə sökülməsini, əks təqdirdə tikinti inzibati qaydada söküləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. İş üzrə 14 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən X8 Bakı şəhəri, Novruzov Qardaşları küçəsində yerləşən 68 saylı evdə qeydiyyatdadır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/785 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, - 1-ci sual üzrə: Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən bir mərtəbəli yaşayış evinin üzərində, uzunluğu 4.0 m., eni 2,55 m., hündürlüyü isə 2,35 m. olan tikilinin inşa edildiyi müəyyən edilmişdir; - 2-ci sual üzrə: ünvan 2 ünvanda yerləşən bir mərtəbəli yaşayış evinin üzərində inşa olunmuş tikilinin (otaq) tikintisinə dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, həmin tikilinin inşaası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir; - 3-cü sual üzrə: ünvan 2 ünvanda aparılan sahəsi 10,2 kv.m. (4,0 x 2,55m) olan tikilinin həmin evə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli texniki pasportda əks olunmadığı müəyyən olunmuşdur; - 4-cü sual üzrə: Fərdi yaşayış evinin üzərində əlavə tikililərin inşa olunması, həmin evin əsas yükdaşıyıcısı konstruksiyalarının əlavə yüklənməsinə və ümumilikdə həmin binaların dayanıqlığının və möhkəmliyinin zəifləməsinə səbəb olur və ya müəyyən dərəcədə təsir göstərir. Buna görə də bu kimi işlər, həmin sahələr üzrə ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən təsdiq edilmiş gücləndirmə layihələri işlənib hazırlandırıldıqdan sonra və gücləndirmə işləri görülməklə aparılmalıdır. Lakin həmin tikilinin qonşu sahələrə maneəçilik və ya məhdudiyyət yaradıb-yaratmaması müəyyən olunması tikinti-texniki ekspertizanın həll etdiyi məsələlər dairəsinə aid deyil; - 5-ci sual üzrə: ünvan 2 evin X7 məxsus sahənin xarici divarı üzərində müxtəlif ölçüdə çatların olduğu müəyyən edilmişdir. Lakin həmin çatların əmələ gəlməsinin səbəbi yaşayış evi üzrə tikinti konstruktoru tərəfindən müvafiq araşdırmalar və hesablamalar aparılaraq, ayrı-ayrı konstruktiv elementlərin faktiki vəziyyəti öyrənildikdən sonra müəyyən oluna bilər. ünvan 2 evin X7 məxsus sahənin qapıları bağlı olduğundan (açarları olmadığından) daxili divarların üzərində zədələrin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 evin 1/7 hissəsi X5, 5/7 hissəsi X6, 1/14 hissəsi İlyas Rzayevin, ¼ hissəsi Cavabdeh mülkiyyətindədir. Cavabdeh özünə məxsus evin üzərində 2-ci mərtəbənin tikintisi aparmış və həmin tikili öz hüquqi statusuna görə özbaşına tikilidir. Hazırda iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs həmin qanunsuz tikilinin sökülməsini məhkəmədən xahiş edirlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə ilk öncə iddiaçı tərəfindən verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
18. Hazırki mübahisə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
19. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı).
20. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Cavabdeh tərəfindən ünvan 3 saylı ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa edilmiş qanunsuz tikilinin sökülməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir.
21. Göründüyü kimi iddiaçı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələbini irəli sürməsi tələbinin əsassız olduğuna dəlalət edir.
22. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
24. «Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması", Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir.
25. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.2-ci maddəsinə əsasən tikintisinə hu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir.
26. Məhkəmə qeyd edir ki, dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur.
27. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”nın 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə etməli və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.
29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəhərsalma və Tikinti Məcəlləsi”nin məqsədləri üçün dövlətin adından məhkəməyə müraciət etmək hüququ yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsusdur.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi (həm qanunsuz tikilinin sökülməsi, həm cavabdehin hesabına əvvəlki vəziyyətə bərpa edilməsi) iddiaçıya aid hissədə əsaslı hesab edilə bilməz.
31. Məhkəmə müstəqil tələb irəli sürən 3-cü şəxs X5 Cavabdeh qarşı qanunsuz tikilinin onun hesabına sökülməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırda müstəqil tələb irəli sürən 3-cü şəxsin subyektiv hüququ mövcud olsada, cavabdehin inşa etmiş olduğu tikilinin onun maraqlarına toxunmasını məhkəmədə tam sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmənin sonuncu iclası zamanı təqdim edilmiş fotoşəkillərə əsasən (hər iki tərəfin iştirakları ilə) mübahisəli ərazi ilə bağlı fotoşəkillərdə cavabdehin tikmiş olduğu tikilinin müstəqil tələb irəli sürən 3-cü şəxsin faktiki yaşadığı yerin üzərində tikilmədiyi, bunun əksinə həmin tikilinin sırf cavabdehin yaşadığı yerin üzərində tikilməsi müəyyən edilmişdir (hər iki tərəf bunu məhkəmədə etiraf etmişdir). Bundan əlavə isə qeyd olunan ərazi (mülkiyyət sahəsi) həm cavabdehin , həm də müstəqil tələb irəli sürən 3-cü şəxsin paylı mülkiyyətindədir və həmin sahə isə naturada bölgüsü aparılmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh ilə müstəqil tələb irəli sürən 3-cü şəxs həmin ərazi ilə bağlı eyni hüquqa malik subyektlər olmaqla biri-birindən üstün hüquqa malik deyildirlər. Bu səbəbdən müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası əsassız hesab edilməklə təmin edilə bilməz.
32. Məhkəmə həmçinin qeyd edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs X8 ünvan 4 ünvanında Cavabdeh ona məxsus evin üzərində, giriş-çıxışı ümumi olan həyətin üstünü bağlayaraq qanunsuz və kustar üsulla 2-ci mərtəbənin tikintisininin apardığını, qanunsuz tikinti işləri nəticəsində onun evinə böyük ziyanın dəyməsi və divarlarda dərin çatların əmələ gəlməsini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
33. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən bir mərtəbəli yaşayış evinin üzərində, uzunluğu 4.0 m., eni 2,55 m., hündürlüyü isə 2,35 m. olan tikili inşa edilmişdir. İnşa olunmuş tikilinin həmin evə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli texniki pasportda əks olunmadığı müəyyən olunmuşdur. Fərdi yaşayış evinin üzərində əlavə tikililərin inşa olunması, həmin evin əsas yükdaşıyıcısı konstruksiyalarının əlavə yüklənməsinə və ümumilikdə həmin binaların dayanıqlığının və möhkəmliyinin zəifləməsinə səbəb olur və ya müəyyən dərəcədə təsir göstərir. Buna görə də bu kimi işlər, həmin sahələr üzrə ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən təsdiq edilmiş gücləndirmə layihələri işlənib hazırlandırıldıqdan sonra və gücləndirmə işləri görülməklə aparılmalıdır. Lakin həmin tikilinin qonşu sahələrə maneəçilik və ya məhdudiyyət yaradıb-yaratmaması müəyyən olunması tikinti-texniki ekspertizanın həll etdiyi məsələlər dairəsinə aid deyil. ünvan 2 evin X7 məxsus sahənin xarici divarı üzərində müxtəlif ölçüdə çatların olduğu müəyyən edilmişdir. Lakin həmin çatların əmələ gəlməsinin səbəbi yaşayış evi üzrə tikinti konstruktoru tərəfindən müvafiq araşdırmalar və hesablamalar aparılaraq, ayrı-ayrı konstruktiv elementlərin faktiki vəziyyəti öyrənildikdən sonra müəyyən oluna bilər. ünvan 2 evin X7 məxsus sahənin qapıları bağlı olduğundan (açarları olmadığından) daxili divarların üzərində zədələrin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
34. Məhkəmə ekspert tərəfindən verilmiş rəyə münasibətdə qeyd edir ki, eskpertin vermiş olduğu rəy məhkəmə üçün tikilinin qanunsuz olması və onun tikilməsi gələcəkdə təhlükə yaratması hissəsində əsaslı hesab edilsədə hazırki iddiaçıların (Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin ) bu iddianı verməkdə subyektiv hüquqa malik olmaması və müstəqil tələb irüləi sürən 3-cü şəxs tərəfindən əsassız iddia verildiyindən əlavə araşdırmağa zərurət qalmamışdır.
35. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyana görə 5000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, müstəqil tələb irüləi sürən 3-cü şəxs tərəfindən onun mülkiyyətində olan mənzilə 5000 manat ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə də tələb əsassız hesab edilməlidir.
36. AR MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
37. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
38. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
39. Məhkəmə vurulmuş mənəvi ziyana görə 5.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz.
40. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
41. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
43. Məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.
44. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
45. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün, məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu (özünə aid hissədə) müstəqil tələb irəli sürən 3-cü şəxsə aid edilməlidir.
47. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın (bir yüz) ½ hissəsi iddiaçıya şamil edilməli olsada (iddia tələbi rədd edildiyi üçün) iddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin isə dövlət büdcəsindən maliyyələşməsi nəzərə alınmaqla ekspert xərcinin yarı hissəsi ondan tutula bilməz.
48. Bu halda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdan yalnız 50 (əlli) manat müstəqil tələb irəli sürən 3-cü şəxs X4 tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülmüşdür.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri müstəqil tələbi irəli sürən 3-cü şəxsə (özünə aid hissədə) aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdan 50 (əlli) manat müstəqil tələb irəli sürən 3-cü şəxs X4 tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601000mı0********** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov